Slimfit
  1. TEXNOLOGİYA

Uşaqlar virtual reallıqda

Uşaqlar virtual reallıqda
Sakura

Uşaqlar virtual reallıqda

Alabama Universitetinin psixologiya üzrə professoru və ABŞ Uşaq Psixologiyası Cəmiyyətinin Mükafatı Laureatı Elmlər Doktoru David Şvebel bütün Amerikada xəsarət və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə uşaqlarla iş üzrə mütəxəssis kimi tanınır.

Bir gün o maraqlandı ki, əgər uşaqlara informasiyanın çatdırılmasının ən yaxşı üsulunun oyun forması və praktik məşğuliyyət olduğunu nəzərə alsaq uşaqları izdihamlı küçələri və yol kəsişmələrini keçməyi necə daha effektiv öyrətmək olar. Bu zaman mütəxəssisin köməyinə virtual reallıq gəldi.

Psixoloq Google Cardboard (karton, optik linza, maqnit, çarpaq-yapışqan və daxili smartfondan xüsusi sxem üzrə yığılmış virtual reallıq dəbilqəsi) üçün unikal tətbiq hazırladı. Onun tərəfindən ixtira edilmiş simulyasiya uşaqlara reallıqda çox təhlükəli yollarda “olmağa” və virtual dünyada kritik vəziyyətdə öz davranışını “məşq etdirməyə” imkan verir. Mobil uşaq psixologiyası üçün məhz belə tədris – materialın qavranmasının təminatçısıdır. Deməli bu həm də təhlükəsizliyin təminatıdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR