Slimfit
  1. MƏDƏNİYYƏT

Məşhur loqotiplərdə gizlənən 10 simvol

Məşhur loqotiplərdə gizlənən 10 simvol
Sakura

Dünyada məşhur olan brendlərin loqotipləri bizi hər yerdə əhatə edir: televiziya reklamı, işə gedərkən,…

McDonald’s

 

İlk McDonald’s restoranlarının arxitektoru binanı iki qızılı arka ilə təchiz etmək istəyirdi, məhz bunlar fastfudun simvoluna çevrildi. Daha sonra şirkət bu loqotipdən imtina etmək istəyirdi, lakin onları Luis Çeskin adlı psixoloq bu fikirdən daşındırdı. O deyirdi ki, simvol qadın döşünün çevrilmiş şəklinə bənzəyir və buna görə də insanlara qayğısız uşaqlığını xatırladır.

 

Chanel

 

Bu loqotipin özünün xüsusi və romantik tarixi var. Onu Koko Şanelin özü çəkib, o bu zaman Nitsada Chateau Cremat qəsrində idi. Məşhur əfsanəyə görə o qəsrin arkalı qapılarının formasından ilhamlanıb və bütün dünyada məşhur olan loqotipi çəkib. Çoxları hərflərin sehrindən bəhs edir, çünki CC - təkcə qəsrin adının ilk hərfləri deyil, həmçinin Kokonun inisialıdır.

 

Google

 

 

Google loqotipi üçün üç əsas rəng seçilib: qırmızı, sarı və göy. Qeyd edək ki, bu rənglər müəyyən alqoritmlə sıralanıb. Məntiqi sadəcə olaraq yaşıl hərf pozur, bu da əsas hesab olunur. Bu gözlənilməz yaşıl rəng vasitəsilə dizaynerlər demək istəyirlər ki, Google stereotipləri pozur və adi qaydalarla oynamır.

 

Gillette

 

İlk baxışdan elə təsəvvür yaranır ki, Gilette loqotipi – markanın adi adıdır. Lakin bir az diqqətlə baxsaq görə bilərik ki, G və I hərflərinin kənarları məşhur ülgücün formasını xatırladır.

 

Mitsubishi

Bu loqotipin təməli Mitsubishi şirkətinin mənşəyində olan İvasaki ailəsinin gerbinə dayanır. Onların gerbi özündə bir-birinə keçirilmiş 3 brilyantı birləşdirir. 3 brilyant etibarlılıq, bütövlük və uğuru, qırmızı rəng isə - əminliyi simvolizə edir. Bundan əlavə Yaponiyada inanırlar ki, məhz bu rəng müştəriləri cəlb etməyə kömək edir.

 

Goodwill

 

Goodwill – yemək, geyim və ilk zərurət əşyalarını toplayıb ehtiyacı olanlara paylayan bütün dünyada məşhur olan qeyri-kommersiya təşkilatıdır. Şirkətin əməkdaşları inanır ki, xeyirli işləri təkcə bayram günləri deyil, hər gün etmək lazımdır. Məhz buna görə onların loqotipi – xoşbəxt sifəti xatırladan G hərfidir.

 

FedEx

 

Çoxları E və X hərflərinin arasında olan oxa diqqət etmir, lakin onu bircə dəfə belə görən loqotipdə ilk onu görməyə başlayır. Dizaynerlərin fikrincə məhz bu ox müştərilərin altşüuruna təsir göstərməlidir, sürəti simvolizə etməli və kuryer xidmətinə etibarı təlqin etməlidir.

 

Nike

 

Bu loqotipin dizaynı üçün 1975-ci ildə Karolin Devidson (Carolyn Davidson) adlı tələbəyə cəmi 35 dollar ödənilib. Dünyaca məşhur simvolun döyüşçüləri qələbəyə ruhlandıran qədim yunan ilahəsi Nikinin qanadlarını təqlid etməsini tapmaq asan deyil.

 

Pepsi

 

Meksikada bütün müqəddəslərin anım günündə Pepsi şirkəti çevrilmiş loqotiplə məhsul buraxdı. Çoxları elə fikirləşdilər ki, bu istehsal xətasıdır. Lakin zirək insanlar başa düşdülər ki, belə vəziyyətdə loqotip isded oxunur ki, bu da is dead (“o ölüdür”) birləşməsini xatırladır.

 

Le Tour de France

 

Ola bilər siz məşhur Tur-de-Frans loqotipini milyon dəfə görübsünüz, lakin siz heç vaxt onda velosipedçi şəklinin gizləndiyinə fikir verməyibsiniz. Diqqətlə baxın: R hərfi – onun bədəni, günəş isə - təkərdir.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR