Dərc edildi: Baxış sayı: 2295
Alimlər ağcaqanadları nəyin cəlb etdiyini aydınlaşbırıblar.
Əgər siz ağcaqanadlar üçün daha çox donor rolunu oynayırsınızsa, onların daha çox xoşuna gəlməsinin bir neçə səbəbi var. Xoş xəbər də var: onları cəlb edən bəzi səbəbləri həll etmək olar.
Are You a Mosquito Magnet? Adlı çoxsaylı araşdırmalar zamanı müxtəlif növ ağcaqanad araşdırılıb. Məlum olub ki, onlar növünə görə seçimləri fərqlənə bilər. Həm də bu araşdırmalardan əldə olunan məlumatlar onların seçiminin səbəblərini aydınlaşdırmağa kömək edə bilər.
Kim daha dadlıdır?
- Ağcaqanadlar karbon qazı daha çox qəbul edənlərə üstünlük verir: əsasən kök insanlar və hamilə qadınlar.
- İdmanlar məşğul olan insanların orqanizmində daha çox süd turşusu ifraz olur və o tərlə birlikdə ağcaqanadları cəlb edir.
- Araşdırmaların birində qeyd olunur ki, ağcaqanadlar pivə içənləri digər ayıq insanlardan daha çox dişləyir.
- I qrup qana sahib insanları ağcaqanadlar digərlərindən daha çox dişləyir.
- Müəyyən genlər bəzi insanları ağcaqanadlar üçün daha çox cəlbedici edir.
- Dərilərində bakteriya müxtəlifliyi çox olan insanlar ağcaqanadlar üçün daha az cəlbedicidir.
- Bəzi insanların orqanları ağcaqanadları cəlb edən maddələr ifraz edir. Təəssüf ki, bu maddələrin hansılar olması hələ aydınlaşdırılmayıb.
- Malyariya daşıyan ağcaqanadlar daha çox hamilə qadınları dişləyir.
- Qadınları ağcaqanadlar kişilərdən daha çox dişləyir. Bununla yanaşı ağcaqanadların dişləməsi qadinlarda daha təsirli olur.
Müəllif: Famil Ələkbərov
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət