Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ən populyar 10 tibbi əfsanə

Ən populyar 10 tibbi əfsanə
Sakura

Ən populyar 10 tibbi əfsanə

Biz yoxlanılmamış informasiyaya ictimai fikrə görə inanmağa adət etmişik. Bu çox zaman sağlamlığımıza aid olur – bəzi tibbi əfsanələr o qədər şüurumuzda möhkəmlənib ki, onlar aksiom kimi qəbul olunur. Bu da əbəs yerə.

Ən populyar əfsanələr bizi nəyin öldürə bilməsi və ya bilməməsi haqqında olur. Onların çoxu yanlış olur. Duzdan və ya büstqalterdən imtina etməmək üçün informasiyanı dəqiqləşdirmək lazımdır.

“Hipotermiya ancaq soyuq havada baş verir”. Hipotermiya və ya donvurma yayda da baş verə bilər – soyuq suda uzun müddət üzəndən sonra külək altında. Belə şəraitdə ölümcül donmaq mümkün olmayacaq, lakin halsızlıq mütləq olacaq.

“Duz – ağ ölümdür”. Ən məşhur “yemək” əfsanələrindən biri duzun ziyanıdır. Əslində isə dünyada tərkibində təhlükəli miqdarda duz olan yeməyi barmaqla saymaq mümkündür. Xəstənin duz qəbulunu məhdudlaşdırmağa məcbur edən xəstəlik isə onsuz da çox azdır.

“Qəzada ən təhlükəli ölümcül yaralanmaqdır”. Burada yaralanmaq deyəndə xarici xəsarətlərin alınması nəzərdə tutulur. Əslində isə daxili orqanların zədələnməsi xarici təsir kimi ölüm hallarının əksəriyyətini təşkil edir. İnsan orqanları məkanda maşının sürətilə yerini dəyişin və qəfil dayanma onların partlamasına səbəb ola bilər.

“Böyə dişləməsi ölümcüldür”. Böyənin çox təhlükəli görünməsi və həqiqətən zəhərli olmasına baxmayaraq onun dişləməsi xüsusi allergiyasız insan üçün təhlükəsizdir. Əgər sizə Lycos singoriensis böyəsi hücum etsə ağrısı və şişi eşşək arısının ağrısından güclü olmayacaq.

“Kor insanlar görə bilmir”. Qəribə olsa da bəzi korluq görmənin tam itməsi deyil. Travma nəticəsində görməni itirən bir çox insan diqqətini cəmləşdirəndə əşyaların cizgilərini görə bilirlər.

“Stress – xoraya gedən birbaşa yoldur”. Stress həqiqətən orqanizmin zəifləməsinə gətirib çıxara bilər və onu xəstəliklər üçün müdafiəsiz edə bilər, lakin birbaşa xoranı yarada bilməz. Xüsusən də ona meyllilik yoxdursa.

“Məşqdən əvvəl gəzmək lazımdır”. Səhvsiz fakt kimi görünür, çünki bunu həkimlər və məşqçilər məsləhət görür. Lakin gəzinti düzgün aparılmadıqda və ya uzandıqda mənasız və bəzən zərərli ola bilər. Bu istənilən məşqin effektini azaldır.

“Dar büstqalterlər döş xərçənginə gətirib çıxarır”. Bu əfsanə çox yayılıb, lakin onun heç bir elmi təsdiqi yoxdur. Bu o demək deyil ki, sinəni çox sıxan büstqalter geyinə bilərsiniz.

“Az hərəkət edəndə infarkt şansı azalır”. İnfarkt ən çox yayılmış ölüm səbəblərindən biridir. Ondan hamı qorxur. Lakin tənbəl həyat tərzi heç kimi infarktdan qorumayacaq, əksinə ona yaxınlaşdıracaq.

“Onurğa sütununun sınması sağalmır”. Kürəyindən ciddi travma alan insanlara elə gəlir ki, onlar bir daha yeriyə bilməyəcəklər, bəzən isə ümumiyyətlə hərəkət edə bilməyəcəklərinə inanırlar. Əslində isə intensiv məşqlər və düzgün qulluq orqanizmə hətta ən çətin vəziyyətlərdə belə bərpa olunmağa kömək edə bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR