Slimfit
  1. TEXNOLOGİYA

Ağcaqanadları qovan smartfon hazırlandı

Ağcaqanadları qovan smartfon hazırlandı
Sakura

Ağcaqanadları qovan smartfon hazırlandı

LG şirkəti yeni turistik smartfon LG K7i smartfonunu təqdim edib. Əsasən möhkəm çərçivəsinə diqqət yetirən başqa rəqiblərinin əksəriyyətindən fərqli olaraq koreyalılar daha irəliyə gedərək smartfona özəl yeni funksiya əlavə ediblər: bu funksiya gəzinti və düşərgə həvəskarlarının xeyrinə olacaq.

LG K7i smartfonunun fərqləndirici özəlliyi daxil edilmiş Mosquito Away ağcaqanad qovucusudur ki, bu əvvəllər ancaq məişət cihazlarında tətbiq olunurdu. Yenilik atmosferə ultrasəs siqnalları göndərən dinamik formasına malikdir ki, nəzəriyyəyə görə qaniçən ağcaqanadları məkanı tərk etməyə məcbur etməlidir.

Qeyd edək ki, müəyyən məlumatlara əsasən ultrasəs ağcaqanadlara mənfi təsir göstərmir. Belə fikrə BBC malikdir ki, Mosquito Away texnologiyasının istehsalçının adi marketinq gedişi olduğunu düşünür. Alimlər bu barədə birmənalı fikir söyləmir, BBC əməkdaşlarının fikrini nə təkzib edir, nə də təsdiq edirlər.

Yeniliyin müzakirə olunan funksiyasını unutsaq LG K7i 120 dollar dəyərində adi ucuz smarton olduğunu söyləyə bilərik. O çox da güclü aparat təminatına malik deyil. Smartfon 5 dyümlü HD ekrana, 4 nüvəli naməlum istehsalçılı prosessora və 2Qb RAM-a malikdir. ƏS qismində Android 6.0 Mashmallow quraşdırılıb.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR