Slimfit
  1. AVTO VƏ MOTO

BMW-dən 2,1 litrlik yeni X5 modeli

BMW-dən 2,1 litrlik yeni X5 modeli
Sakura

BMW 100 km üçün orta hesabla 2,1 sərfiyyatı olan son versiya hibrid X5 modelini təqdim etdi

Yeni nəsil X5 krossoverinin debütündən 3 ay sonra bavariya şirkəti özünün “doldurula bilən” hibrid modifikasiyası haqqında məlumat paylaşdı.

X5 xDrive45e iPerformance - yeni modifikasiya belə ad aldı. Burada hərəkətə 282 at gücünə malik üç litrli 6 silindrli benzin və 110 gücünə malik elektrik mühərriki cavabdehdir. Ötürücü qutu - 8 pilləli “avtomat”dır. Quraşdırmanın ümumi ötürücülüyü 394 at gücü və 600Nm fırlanma anından ibarətdir.

X5 xDrive45e iPerformance ilk yüzlüyə 5,6 saniyəyə sürətlənir, yəni əvvəlki nəsil hibrid X5-dən 1 saniyə tez sürətlənir. Bildirilmiş maksimum sürət 235 km/s-dır, litium-ion akkumulyatorunun bir doldurması 80 km yürüş üçün kifayət etməlidir (bu əvvəlkindən 50km daha çoxdur). Bununla belə hərəkətin elektrik rejimində maksimum sürət 140 km/s-a çata bilər. Benzin-elektrikli X5-in digər özəlliklərindən baza variantında artıq nəzərdə tutulmuş tam ötürücülük, pnevmatik asma və adaptiv amortizatorları nümumə çəkmək olar.


X5 xDrive45e iPerformance modelinin avropa satışları 2019-cu ildə başlayacaq. BMW qiymət bir müddət sonra açıqlayacaq.

 

Mənbə: Auto.tut.by

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR