Slimfit
  1. AVTO VƏ MOTO

Hyundai avtomobildə toz sensoru quraşdıracaq

Hyundai avtomobildə toz sensoru quraşdıracaq
Sakura

Hyundai avtomobildə toz sensoru quraşdıracaq

Hyundai avtomobillərində havanın tozla şirklənməsinin monitorinqi texnologiyası quraşdırılacaq. Bunun üçün şirkət İşveçin müxtəlif sensorlar istehsalçısı Sensirion şirkəti ilə müştərək işləyir.

Məlumata əsasən 2-3 il sonra Hyundai öz nəqliyyat vasitələrini salona kiçik toz hissələrinin, zəhərli kimyəvi maddələrin düşməsini müəyyən edən xüsusi sensorlarla təchiz edəcək. Onlar avtomatik olaraq konsidioner sisteminə qoşulacaq.

Bəzi premium klass maşınları havanın təmizlənməsi sistemi ilə təchiz olunub, lakin bunun reallaşdırılması ilə bağlı texniki problemlərə görə tozlanmaya nəzarət üçün sensorlar yoxdur. Məlumdur ki, bu istiqamətdə araşdırmaları həmçinin BMW və Mercedes-Benz şirkətləri də aparır.

Digər problem qiymətdir. Ev hava təmizləyicilərində istifadə olunan ucuz çin sensorlarından fərqli olaraq avtomobil həllərinin qiyməti baha olacaq, çünki onlar ekstremal hava şəraitinə dözməlidirlər.

Bəzi araşdırmalar göstərdi ki, avtomobil salonunda olan insanlar küçədə gedənlərdən çox səviyyədə çirkli hava ilə nəfəs alırlar. Uzun müddət belə hava ilə nəfəs alanda toz hissəcikləri ağciyər xəstəlikləri, həmçinin xərçəngə səbəb ola bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR