Səyyahın səhrada avtomobili xarab oldu, ondan motosiklet düzəldərək sağ qaldı
Emil Lerey həmişə qeyri-adi səyahətə yollanmaq arzusunda idi. Lakin onun seçimi nəinki qəribə, hətta əsl mənada ekstremal oldu. 40 il əvvəl 43 yaşlı fransız öz Citroen 2CV avtomobilində Tan-Tan şəhərindən Marokko səhrasını keçmək qərarına gəldi.
Polis postunda Lereyə xəbər verdilər ki, Tilememe və ondan kənardakı konlifktə görə o bundan sonra tək gedə bilməz. Lakin səyyahın fikri ciddi idi və məmurlardan yayınmaq üçün yoldan kənara çıxıb səhraya yollandı.
Burada onun planları pozuldu. O maşınını qəzəbləndirdi və insansız yerdə köməyə ümidsiz qaldı. Belə yerdə deyirlər: bəlaya düşmək üçün səhra ən yaxşı yer deyil. Lakin Emil ümidini üzmədi və bu bəladan çıxacağına söz verdi.
Lereyin 10 günlük yemək və içmək ehtiyatı var idi və o maşında oturub kömək gözləsə çox uzun müddət sağ qala bilməyəcək. Səhradan piyada çıxmaq ümidi də az idi – çünki yaxın qəsəbəyə yol 32km-dən artıq idi. Lerey özünə hörmət edən mexanikin edəcəyini etdi – sınmış avtomobildən motosikl hazırlamaq qərarına gəldi. Buna nail oldu! Nəticədə o nəinki səhradan çıxa bildi, həm də tarixə “dünyanın ən ekstremal mexaniki” kimi düşür.
Avtomobildən motosikl hazırlamaq ideyasının özü dahiyanə, lakin çətin reallaşdıra bilən idi. Qarajın əvəzində parlaq günəş və zəhərli qum tufanları. Avtomobilinin kuzovunu gecə yatmaq üçün istifadə edirdi ki, orada küləkdən qorunmaq mümkün idi.
İlk olaraq Lerey sınmış avtomobildən mühərriki və ötürmə qutusunu çıxardı – onlar bütün motokonstruksiyanın mərkəzinə çevrildi. Çox qeyri-adi görünsə də bu insan maşını sökmək və yeni nəqliyyat vasitəsi yığmaq üçün heç bir xüsusi alətdən və ya qaynaq aparatından (detalları bir-birinə birləşdirməyə imkan verə bilərdi) istifadə etmədi. Bunun əvəzində Lerey sadəcə bütün detalları bir-birinə bükdü. Bunun üçün o metal detalları 90 dərəcə altında kənarlarını əyirdi və çəkiclə onlarda deşik açırdı.
Maraqlı fakt budur ki, onun motosikli fizika qanunlarını pozaraq nəinki irəli, həm də geriyə hərəkət edə bilirdi. Bu da 2CV ötürməsinə görə idi.
Lerey ümid edirdi ki, bu iş 3 gündən artıq çəkməyəcək, lakin sərt təbiət şəraiti və alətlərin olmaması səbəbindən bunun üçün 12 gün vaxt sərf etdi. Son gündə onun ancaq yarım litr su ehtiyatı qalmışdı.
Uğur ekstremal səyyahın üzünə güldü və o sivilizasiyaya gedib çatdı. Lakin onu orada Marokko polisi və böyük məbləğdə cərimə gözləyirdi. İş orasındadır ki, o öz motosiklinə avtomobilinin nömrəsini yerləşdirmişdi və sənədlərdəki nəqliyyat vasitəsilə sürdüyü uyğun gəlmirdi.
Bu barədə xarici KİV 1990-cı illərdə məlumat yaydı, lakin əslində bu hadisə 20 il əvvəl baş vermişdi. Bu gün Emil Lerey artıq ahıl yaşdadır. O Fransanın şimal-qərbində yaşayır və özünün əfsanəvi motosiklini qarajında saxlayır.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət