Dərc edildi: Baxış sayı: 65
Mehriban Əliyeva Azərbaycanın xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə təbrik edib.
Ens.Az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycanın bütün xristian icmasını müqəddəs Milad bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu əziz bayram günündə bütün xeyirxah niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevincli günlər və xoşbəxt gələcək arzulayıram! Uca Tanrı edilən bütün duaları qəbul etsin!".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət