Slimfit
  1. AVTO VƏ MOTO

Ən çox oğurlanan avtomobillərin reytinqi

Ən çox oğurlanan avtomobillərin reytinqi
Sakura

Ən çox oğurlanan avtomobillərin reytinqi

Rusiyanın “Alfastraxovanie” şirkətinin mütəxəssisləri Kasko sığortası ilə sığortalanmış müştərilərin sorğularını analiz etdi və ən çox oğurlanan avtomobillərin siyahısını tərtib etdi.

Mütəxəssislər 2016-cı ilin ikinci yarısı və 2017-ci ilin birinci yarısına aid məlumatları analiz etdilər. Nəticələr oğurlanmış avtomobillərin eyni brendin sığortalanmış avtomobillərinin sayı ilə olan müqayisəsinə əsasən əldə edilmiş göstəricilər oldu.

Siyahıdakı göstəricilər avtomobilin oğurlanma riski əks etdirir. Ən böyük göstəricini Lexus GX göstərdi – 1,68%.

İkinci yerdə Porsche şirkətinin Panamera modeli qərar verdi, bu maşının oğurlanma riski 1,61% oldu. Üçüncü yerdə Audi A8 oldu ki, onu da 1,52% halda oğurlayırlar.

Həmçinin Top 5-ə Land Rover Evoque (1,24%) və Toyota Camry (1,11%), Top 10-a isə Lexus LX (0,88%), Infinity QX56 (QX80) (0,86%), Land Rover Range Rover Sport (0,73%), BMW 6-cı seriya (0,72%) və Toyota Land Cruiser (0,69%) daxildir.

Şirkət rəhbərliyinin dediyinə görə oğrulara həm bahalı, həm də orta qiymətli avtomobillər daxildir. Əsas kriteriya modelə və onun hissələrinə olan tələbatdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR