Amerika şirkəti Boston Dynamics özünün SpotMini robot itlərini 2019-cu ildə satmağa başlayacaq
Ens.az TechCrunch nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçilərindən biri Mark Reybert TC Sessions Robotics konfransda elan edib.
Onun sözlərinə görə, indi SpotMini istehsal mərhələsindədir. “Biz bu ilin sonuna qədər 100 ədəd SpotMini nümunəsinin yaradılması üçün müqavilə bağlamağı planlaşdırırıq. Bu kütləvi satışlara doğru bir addım olacaq, onu biz 2019-cu ildə başlamağa ümid edirik”, - Reybert deyib. Onun sözlərinə görə robot it ofisdə, sonra isə məişətdə də faydalı ola bilər.
Boston Dynamics təsisçisi qeyd edib ki, robotun son versiyası əvvəlkindən 10 dəfə ucuz başa gələcək, amma dəqiq qiymət hələlik məlum deyil.
Şirkətdə vurğulayırlar ki, SpotMini 29kq çəkisi olan ən sakit robot yüklənmədən asılı olaraq 90 dəqiqə işləyə bilər.
Amerikan mühəndislik şirkəti Boston Dynamics iki və ya dörd ayaqlı, həmçinin təkərli robotların hazırlanması ilə məşğuldur. Hazırlananlar hərbi məqsədlər, yüklərin daşınması və s. üçün nəzərdə tutulub. İndiyə qədər ancaq prototiplər yaradılıb, hazırlananlardan heç biri bazara çıxarılmayıb. Şirkət 2013-cü ildə təsis olunub, sonra onu Google alıb, amma daha sonra isə SoftBank yapon holdinqinə satıb.
Tərcümə: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət