Slimfit
  1. TEXNOLOGİYA

2099-cu ilə qədər texnoloji proqnoz

2099-cu ilə qədər texnoloji proqnoz
Sakura

2099-cu ilə qədər texnoloji proqnoz

Google şirkətinin texniki direktoru və məşhur texnoloji futuroloq Rey Kurçveyl texnologiyanın inkişafı proqnozu ilə çıxış edib. Onun bir çox proqnozlarına inanmaq çox çətindir. Lakin inkişafın hazırki tempini nəzərə alsaq gələcəkdə belə nailiyyətlərin olacağı mümkün ola bilər.

2019 – personal və periferik cihazlar üçün kabel və naqillər istənilən sahədə keçmişdə qalacaq.

2020 – Personal kompüterlər insan beyninin hesablama gücünə çatacaq.

2021 – İnternetə simsiz giriş planetin 85%-i əhatə edəcək.

2022 – ABŞ və Avropada insanla robot münasibətlərini tənzim edən qanunlar qüvvəyə minəcək. Robotların fəaliyyəti, onların hüquqları, vəzifələri və digər məhdudiyyətləri qanuniləşdiriləcək.

2024 – Avtomobillərdə mütləq kompüter intellektinin istifadəsi mütləq olacaq. İnsanlara kompüter köməkçiləri quraşdırılmayan avtomobillərə minmək qadağan olunacaq.

2025 – Qadjet-implantların kütləvi bazarının yaranması.

2027 -  Tamamilə avtonom mürəkkəb əməliyyatları həyata keçirən şəxsi robotlar soyuducu kimi adi vasitəyə çevriləcək.

2028 – Günəş enerjisi o qədər ucuz və əlçatan olacaq ki, bəşəriyyətin bütün enerji ehtiyacını qarşılayacaq.

2029 – Kompüter Türinq testini keçərək onda şüurun olmasını sübut edəcək. Bu insan beyninin kompüter simulyasıyası hesabına reallaşacaq.

2030 – Sənayedə nanotexnologiyaların istifadəsinin artması bütün məhsulların istehsalının əhəmiyyətli dərəcədə ucuzlaşmasına gətirib çıxaracaq.

2031 – 3d printerlər istənilən səviyyəli xəstəxanalarda insan orqanının çapı üçün istifadə olunacaq.

2032 – Nano robotlar tibbi məqsədlər üçün istifadə olunmağa başlayacaq. Onlar insan hüceyrələrinə qida maddələrini çatdıra biləcək və tullantıları aradan qaldıra biləcək. Onlar həmçinin insan beynini ətraflı analiz edə biləcək ki, bu da beynin işləmə prinsipini daha dərindən öyrənməyə imkan verəcək.

2033 -  Özü idarə olunan avtomobillər yollarda çoxalacaq.

2035 – Kosmik texnika o qədər inkişaf edəcək ki, o Yeri daimi asteroid toqquşmasından qoruya biləcək.

2036 – Biologiyaya proqramlaşdırma kimi yanaşmadan istifadə edərək bəşəriyyət ilk dəfə xəstəliklərin müalicəsi üçün hüceyrələri proqramlaşdıra biləcək, 3d-printerlərin istifadəsi isə yeni toxuma və orqanların hazırlanması üçün geniş şəkildə istifadə olunacaq.

2037 – İnsan beyninin sirlərinin açılmasına ciddi irəliləyiş olacaq. Xüsusi funksionallı yüzlərlə müxtəlif subregionlar müəyyənləşdiriləcək. Bu regionların inkişafını kodlaşdıran alqoritmlərdən bəzilərinin şifrələri açılacaq və kompüterlərin neyron şəbəkəsinə daxil ediləcək.

2038 -  Robotlaşdırılmış insanların, transhumanistik texnoloji məhsulların yaranması. Onlar əlavə intellekt (məs: insan beyninin bacarmadığını etmək, hansısa xüsusi bilik sahəsinə yönləldilərək tam əhatə etmək) və müxtəlif implantlarla (göz kameralarından tutmuş əl protezlərinə qədər) təchiz olunacaq.

2039 – nano maşınlar birbaşa beyinə implant olunacaq və beyin hüceyrələrindən siqnalların ötürülüb qəbul edilməsini həyata keçirəcək. Bu əlavə heç bir cihaz tələb etməyən “tam yüklənmə” virtual reallığına gətirib çıxaracaq.

2040 – Axtarış sistemləri insan bədəninin daxilinə yerləşdirilən qadjetlər üçün əsasa çevriləcək. Axtarış nəinki dil, həmçinin fikirlə həyata keçiriləcək, axtarış sorğularının nəticələri isə həmin linza və ya eynəklərin ekranına çıxarılacaq.

2041 – İnternetin maksimum ötürmə qabiliyyəti indikindən 500 milyon dəfə çox olacaq.

2042 – İmmun sistemini tamamlayan və xəstəlikləri “təmizləyən” nano robotlar ordusunun köməyi ilə ölümsüzlüyün ilk potensial reallaşdırılması.

2043 – Çoxlu sayda nano robotların köməyi ilə insan bədəni istənilən formanı ala biləcək. Daxili orqanlar daha keyfiyyətli kibernetik cihazlarla əvəz olunacaq.

2044 – Neobioloji intellekt biolojidən milyard dəfə ağıllı olacaq.

2045 – Texnoloji vəhdətin yetişməsi. Yer yeganə nəhəng kompüterə çevriləcək.

2099 – Texnoloji vəhdət prosesi bütün kainata yayılacaq.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR