Slimfit
  1. KOSMOS

Amazon ulduzların məlumatlarının şifrəsini açmağa qərar verdi

Amazon ulduzların məlumatlarının şifrəsini açmağa qərar verdi
Sakura

Amazon ulduzların məlumatlarının şifrəsini açmağa qərar verdi

Dünən Amazonun bazar kapitallaşdırması 1 trilyon dolları keçdi və paralel olaraq şirkət özü üçün əsl mənada yüksək məqsədlər qoymağa qərar verdi. O ulduzlara yöləndi.

Reuters tərəfindən dərc edilmiş hesabata əsasən, Amazon hazırda Çili hökuməti ilə nəhəng teleskoplarınin köməyi ilə Kainatın ulduzları haqqında əldə edilmiş məlumatları emal etmək və saxlamaq üçün danışıqlar aparır.

Belə saziş bağlansa, bu prinsipcə həm astronomların, həm Amazonun, həm də ölkə əhalisinin xeyrinə olacaq.

Hazırda astronomiyaya sərf olunan maliyyənin 70%-i birbaşa Çiliyə gedir. Bu dövlət özünün təmiz səması, işıq çirklənməsinin olmaması və aşağı səviyyəli yağıntısının sayəsində astronomik araşdırmalar üçün çox uyğundur. Məhz buna görə  burada dünyada ən güclü teleskoplardan bir neçəsi yerləşib və bir neçəsi də hazırda inşa olunur. Bu cihazlar ətrafımızdakı Kainat haqqında böyük həcmdə məlumatlar toplayır.

Problem bütün bu məlumatların necə saxlanması və emal olunmasındadır. Elə bu məsələdə Amazonun bulud hesablama mərkəzi olan Amazon Web Services (AWS) kömək edə bilər.

Çilinin prezidenti Sebastyan Pinyerin bəyanatına əsasən, dövlət bütün teleskoplardan yığılmış məlumatları buludda vahid “virtual observatoriya”-da toplamaq istəyir. Bunun üçün böyük həcmdə rəqəmsal yer tələb olunur - çünki orada milyardlarla ulduz haqqında məlumatlar yerləşdiriləcək.

Amazon bu informasiyanın saxlanması haqqında müqaviləni əldə etsə, onda bu ona iki səbəbə görə sərfəlidir.

Birincisi, hazırda AWS Latın Amerikası dövlətini inandırmağa çalışır ki, ona məhz Amazonun bulud xidmətindan istifadə etməsi lazımdır. Əgər astronomik məlumatlar layihəsi qüvvəyə minsə, bu şirkətin regionda mövqeyini xeyli möhkəmləndirəcək.

İkincisi, belə partnyorluq və informasiya massivi süni intellekt alqoritmlərinin hazırlanmasında kömək edəcək ki, onu da sonra astronomik məlumatların şifrəsinin açılması sahəsində tətbiq etmək mümkün olacaq. Belə süni intellekt böyük məlumatlar bazasında anomaliyaları aşkar edə bilər ki, bu da həm tibb, həm də maliyyə sektorunda kömək edəcək, prinsipcə belə alqoritmlər çox şeyə qadirdir: mağazadakı potensial oğruların izlənməsindən tutmuş nəsli kəsilməkdə olan heyvanların müdafiəsinə qədər.

Düzdür, bunun üçün müqavilə bağlamaq mütləq lazımdır, amma hələlik heç bir sənəd imzalanmayıb.

 

Mənbə: Populyarnaya Mexanika

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR