Slimfit
  1. KOSMOS

NASA-dan Günəş tutulmasının canlı yayımı

NASA-dan Günəş tutulmasının canlı yayımı
Sakura

NASA-dan Günəş tutulmasının canlı yayımını saytımızdan izləyə bilərsiniz

Bu gün 21 avqust tarixində ABŞ çox nadir hadisə olan Günəş tutulmasını müşahidə edəcək. NASA-nın saytında planetin istənilən sakini buna canlı yayımda baxa bilərlər.

NASA verdiyi məlumata əsasən Günəş tutulması Oreqon ştatından bizim saatla təxminən 22:20-də başlayacaq. Bir saat yarım ərzində o bütün ərazini tutacaq və Cənubi Karolinada bitəcək. Güman olunur ki, Günəş tutulmasının ən tam fazası təxminən 2 dəqiqə 40 saniyə çəkəcək.

 Günəş tutulmasının tam fazası ancaq ABŞ ərazisində görünəcək. Bu Amerika tarixi üçün ilk hadisədir, çünki unikal təbiət hadisəsi “Böyük Amerika tutulması” adlanır.

NASA görüntünü müxtəlif baxış nöqtələrindən alacaq – yerdən, havadan və kosmosdan. Tutulma NASA App ilə canlı yayımlanacaq. Proqramı iOS və Android ilə işləyən cihazlarda quraşdıra bilərsiniz. Bundan başqa proqram həmçinin Amazon Fire, Fire Tv və Apple TV üçün də mümkündür. Bununla yanaşı Günəş tutulmasını saytımızdan və ya NASA-nın saytından izləyə bilərsiniz.

 

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR