Slimfit
  1. MƏŞHURLAR

Nil Armstronqun həyat prinsipləri

Nil Armstronqun həyat prinsipləri
Sakura

Nil Armstronqun həyat prinsipləri

Astronavt 2012-ci il 25 avqust tarixində 82 yaşında vəfat edib.

Ay – is yer deyil. Qısa müddətli ziyarətə layiqdir.

Mən Rayt qardaşlarının (amerikan ixtiraçıları və aviatorları) yaşadığı Deytondan 60 mil şimalda yerləşən Ohayoda böyümüşəm. Yəqin mənim uşaqlağımdakı bütün həyəcan hər bir halda onunla olan qonşuluqdan yaranıb. Qardaşların cəsarətliliyi mənə rahatlıq vermirdi.

Məktəbdə oxuyarkən biz ancaq təyyarəçilər haqqında danışırdıq. Bəzən isə qızlar barədə.

Mən ən çox İkinci Dünya Müharibəsi bitəndə 15 yaşım olması barədə təəssüflənirəm. Yuxarı siniflərdə mənimlə oxuyan uşaqlar var idi ki, 18 yaşı olan kimi əsgərliyə gedirdilər. Sonra onlardan sağ qalanı məktəbi bitirmək üçün qayıdırdı və bizimlə eyni stolda otururdu.  Mən onlara necə paxıllıq etdiyimi xatırlayıram. Çünki onların gözündə başqalarında olmayan nəsə var idi.

Koreya müharibəsini mən qırıcı təyyarə ilə keçirdim və bir dərs aldım: qırıcı pilotu ancaq gündüz uçuşlar etməlidir. Komandamızda gecə pilotları da var idi. Mən onlara dəhşətlə baxırdım. Onların üzündən hətta yoldaşlarının dəfn zamanı belə gülərüzlük itmirdi. Onlar demək olar ki yatmırdılar və hər zaman gülürdülər.

Biz hər birimiz müxtəlif cür böyüyürük. Koreya müharibəsindən sonra kollecə qayıdanda yadımdadır ki, mənim yaşıdlarım mənə cavab görünürdü. Mən hətta onlarla nə barədə danışacağımı bilmirdim.

Kino aldadır. Koreya müharibəsi haqqında olan filmlərdə daim gözəl qızlar göstərirlər. Mən bütün Koreya müharibəsi dövrünü keçmişəm və gözəl qız gördüyümü xatırlamıram.

Yaxşı pilotlar gəzməyi xoşlamır. Yaxşı pilotlar uçmağı sevir.

Planer – dünyada ən möhtəşəm şeydir. O elə hiss yaradır ki, sen quş olmaqdan bircə addımdasan.

Məndən çox vaxt soruşurlar ki, nə üçün insan Aya uçdu. Ən yaxşısı qızılbalıqdan soruşun ki, nə üçün o axına qarşı üzür.

Bilmirəm hər kəsə sübut edə bildimmi, ancaq özümə sübut etdim: biz bu planetə bağlı deyilik.

Mən çox yaxşı bu dəhşətli hissi xatırlayıram: o balaca göy noxud dənəsi – Yerdir. Mən baş barmağımı qaldırdım və gözümün birini qıydım. Yer barmağımın altında itdi. Yəqin düşünmək olar ki, mən özümü nəhəng hesab edirdim. Xeyr, mən özümü balaca hesab edirdim.

Mənə kosmik gəmidə uçmağın necə olması sualları əzab verirdi. Bir şey deyim: bu çox gurdur, həddindən çox gur.

Mən xoşlamıram ki, insanların çoxu məni Aydan olan o adam kimi tanıyır. Mənə elə gəlir ki, biz daxildə istəyirik ki, bizi hər hansı bioqrafiyamızda olan hansısa parlaq hadisəyə görə yox, edilən, yaradılan və deyilənlərin məcmusuna görə tanısınlar.

Məndən dəfələrlə soruşublar ki, Marsa uçmaq istərdimmi. Mən heç vaxt “xeyr” cavabı verməmişəm. Əlbəttə mənim şansım yoxdur, lakin istəmirəm ki mənim hazır olmadığımı düşünsünlər.

Mən qocayam. Lakin mənə NASA-dan zəng edəndə mən onlara həmişə xatırladıram: əgər mənim üçün iş varsa deyin, uzatmayın – ola bilsin, ömrümün axırına çox az qalıb.

Elm üçün bunu deyə bilərəm: çox şeyə söz verilib və çox az iş görülüb.

50-ci illərin sonunda mən çox eşidirdim ki, insanlar belə deyirdi: “İnsan ancaq öz planetində uça bilər. Kosmos – balonlar və meymunlar üçündür”. Hər dəfə bunu eşitdikdə həmin adamın burnunu sındırmaq istəyirdim. Lakin nəyə görəsə hər dəfə özümü saxlayırdım.

Mən yalana nifrət edirəm. Mən insanlar Çin səddinin kosmosdan görə bildiklərini deyəndə əsəbləşirəm. Mən çoxları ilə danışmışam, əsasən də Çin üzərində orbitdə uçanlardan. Onlardan heç biri heç bir sədd gördüyünü deməyib.

Məndən çox vaxt Aya düşmə çəkilişlərindən nə üçün Bazz Oldrinin şəkillərinin çox olduğunu soruşurlar. Görünür o skafandrda daha fotogenik görünür.

Biz aya qayıdacağıqmı? Mən bunu deyə bilmərəm. İndi hər şey çoxlu səbəblərdən və güclərdən asılıdır ki, bu prosesi idarə etmək mümkün deyil. Pişikləri sürü ilə yatırmağı öyrətmək daha asandır.

Mənim hələ də pilot vəsiqəm var və mən istənilən zaman ondan istifadə etməyə hazıram.

Mən əminəm ki, hər insanın ürək döyüntüsü doğulanda müəyyən olunub. Mənim ehtiyatda neçə ürək döyüntümün qaldığını deyə bilmərəm. Mən sadəcə elə yaşamaq istəyirəm ki, hər ürək döyüntüsü mənim üçün zəng zərbəsi kimi olsun.

Mən eşitdiklərimdən ən çox məni heyrətləndirən geoloqun mənə dedikləridir: “Daşlar xatırlayır, o deyirdi. – Daşlar hər şeyi xatırlayır”. Mən də sizə deyirəm: “Daşlar hər şeyi xatırlayır”.

Astronavtlar şənbə günü ölmür. Ən azından mən belə heç bir hadisə barədə eşitməmişəm.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR