Amazon şirkətinin təsisçisi və baş direktoru Cef Bezos dünyanın ən varlı adamı oldu
Blumberq agentliyinin məlumatına əsasən Amazon şirkətinin təsisçisi və baş direktoru Cef Bezos şirkətinin səhmlərinin dəyərinin qalxması hesabına Microsoft şirkətinin sabiq direktoru Bil Qeytsi keçərək dünyanın ən varlı adamı oldu.
Qeyts 2013-cü ildən indiyə qədər milyarderlər sırasında ilk yeri tuturdu. Amazonun kağız kotirovkaları hərracda 1.2% artdı. Şirkətin 17% səhminə sahib olan Bezosun varı 1 milyarddan artıq artaraq 90 milyard dolları keçdi.
Amazon səhmləri şirkətin kvartal hesabatını gözləmə müddətində bahalaşacaq və bazarın bağlanmasından sonra ictimaiyyətə açıqlanacaq. Analitiklər şirkətin gəlirinin artmasını 22% - 37,2 milyard dollar ( bir səhm üçün 1,42 dollar) həcmində proqnozlaşdırırlar. İlin əvvəlindən Amazon şirkətinin kapitallaşdırılması 40%-dən çox, yəni 503,2 milyard dollar artıb.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət