Slimfit
  1. MARAQLI

Yeni kəşf - Amazon cəngəllikləri yağışa səbəb ola bilir

Yeni kəşf - Amazon cəngəllikləri yağışa səbəb ola bilir
Sakura

Yeni kəşf - Amazon cəngəllikləri yağışa səbəb ola bilir

Alimlər aydınlaşdırıblar ki, amazon meşələri iqlimin tənzimlənməsində cavib rol oynayır və yağış mövsümünü daha əvvəl başlada bilər.

Amazonun yağışlı meşələri xüsusi və qəribə iqlim zonasına sahibdir. Onun əsas xüsusiyyətindən biri ondan ibarətdir ki, amazon cəngəlliklərinə yağışlar mövsüm küləklərinin okeandan rütubətli  hava axınını gətirməsindən 2-3 ay əvvəl başlayır. Bu necə mümkündür? Tədqiqatçılar qrupu iddia edir ki, bu suala cavab tapıb: ağaclar özləri yağış yaradır.

Əvvəlki araşdırmalar göstərirdi ki, Amazonun üzərindəki atmosferdə rütubət qalığı yığılır, lakin alimlər bu fenomenin səbəbini tapa bilmədilər. Sputnikdən alınmış məlumatlar nümayiş etdirir ki, havada su buxarının artması tropik meşənin “yaşıllaşması” ilə üst-üstə düşür, nəticədə yaşıllıq artır. Tədqiqatçılar ondan şübhələnməyə başladılar ki, həddindən artıq rütubətin səbəbi  fotosintez prosesində ayrılan su hissəcikləri ola bilər. Bu fenomen “transpirasiya” və ya qaz mübadiləsi adlanır – bitkilər nəfəs alarkən yarpaqların aşağı hissəsində kiçik məsamələrdən su buxarı ifraz edir.

Los Ancelesdəki Kaliforniya Universitetinin alim-iqlimşünası Ron Fu güman etdi ki, ifraz olunan rütubət Amazonun üzərində aşağı səviyyəli buludların yaranması üçün kifayət ola bilər. Həmkranları ilə birlikdə o NASA Aura sputnikinin (bu kosmik gəmi Yerin atmosferinin kimyəvi tərkibini öyrənir) köməyi ilə bu regionda su buxarını araşdırdı. Okeandan buxarlanan rütubət adətən bitkilərin atmosferə ayırdığı sıx su buxarından yüngül olur. Çünki birinci halda deyteriya (hidrogenin ağır izotopu) su molekulları okean suyunda qalır. Bitkilər isə suyu torpaqdan çəkir və onu havaya izotop tərkibi dəyişmədən ayırır, buna görə də buxar daha ağır olur.

Aura bu fərziyyəni təsdiqlədi: cəngəllik üzərində olan rütubətdə həqiqətən böyük tərkibdə deyteriya aşkarlandı. Fu iddia edir ki, onun qatılığı “həddindən artıq rütubəti okeandan gələn təsadüfi küləklə izah etmək üçün çox yüksəkdir”. Bundan əlavə deyteriyanın daha çox tərkibdə olması fotosintezin daha aktiv olduğu ən quraq mövsümdə də müşahidə olunurdu.

Bu qlobal iqlimdə hansı rolu oynayır? Ağaclarla induksiya olunmuş buludlar domino prinsipi ilə fəaliyyət göstərə bilər: onlardan leysan yağan zaman atmosfer qızır, bu da hava kütlələrinin intensiv dövriyyəsinə səbəb olur. Fu və onun həmkarlarının fikrincə bu hava kütlələrinin mövcud sxeminin dəyişməsinə gətirib çıxara bilər ki, onun nəticəsində okeandan rütubət axını arta bilər. Öz kəşfi barədə alim Proceedings of the National Academy of Sciences jurnalında bəhs edir. Beləliklə bitkilər faktiki olaraq yağış mövsümündə vacib rol oynayır və lazım olduqda özləri yağışın yağmasına da səbəb ola bilər.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR