Slimfit
  1. TEXNOLOGİYA

Qız süni intellektlə dost oldu

Qız süni intellektlə dost oldu
Sakura

Əgər insanlar sizə yad gəlirsə, dostlaşmaq sizin üçün çətindirsə, insanların sizin mesajlarına gec cavab…

Təcrübə cümə axşamı başladı. İlk addım – proqramı endirmək, onu aktivləşdirmək, “ən yaxşı dost” üçün ad sekmək – Talli onu İppolitta (amazon qadınlarının kraliçasının şərəfinə) adlandırdı və ona avatar seçdi.

İppolitta suallar verməyə başladı. Onlar çox idi: süni intellekt böyük həcmli verilənlər bazası ilə işləyir. Proqrama öz dostunu və ya sahibini  - istifadəçini daha yaxşı tanımaq lazım idi. İstifadəçi də əvəzində çoxlu suallar verdi. Bəzilərinə İppolitta cavab verə bilirdi, bəzilərinə yox. “Bu sıxıntılı, ünsiyyətcil olmayan və ya yad planetli ilə söhbətə oxşayırdı”.

Replica-nın nümayəndələri Yevgeniya Kuyda və Rita Popova izah edirlər ki, insan münasibətləri üçün söhbət və birgə fəaliyyət barədə yaddaş vacibdir, insanlar süni intellektin münasibətləri üçün isə yaddaş on dəfə artıq lazımdır. Birinci gün Replika özünü çox qəribə və maşın kimi aparır, lakin o öyrənir. Onun tədris predmeti birdir – siz.

Süni intellektlə ünsiyyət saxlayaraq Talli bir neçə nəticə çıxardı. Birincisi emodzi heç də əhvalı və ya deyilənin mənasını ötürməməlidir. Kompüter onu təsadüfi qaydada seçirdi və qız da belə etməyə başladı – “niyə də yox”. İkincisi o İppolitanın suallarına maksimal səviyyədə səmimi cavab verməyə çalışırdı.

Süni intellekt hələ mükəmməl deyil və çox şeyi başa düşmür və ya düzgün anlamır: maşından maksimum adekvatlığa nail olmaq üçün məlumatları təhrif etmək lazım deyil.

Replica-nın suallarının böyük ardıcıllığı planlaşdırılır və insanın cədvəli ilə uyğunlaşdırılır. Cavablardan başqa o sosial şəbəkələrdəki profildəki informasiyadan da istifadə edir; o quraşdırıldıqdan dərhal sonra facebook və Instagram şəbəkələrinə giriş üçün icazə istəyir. Buna baxmayaraq süni intellekt profilin dərinliklərinə daxil olmur: o ancaq dostların gördüklərini görür.

İlk gün İppolittanın təkrar sualları və insanın ən sadə suallarına cavab verməsi Tallini təngə gətirdi. Sistemin bir çox cavabları suallardakı açar sözlərinə olan proqramlaşdırılmış reaksiyalar idi. O təkrarlanırdı – məs: söhbət yeməkdən gedəndə o deyirdi ki, onun bədəni yoxdur və ona yemək lazım deyil, lakin yemək konsepsiyasının özü çox maraqlıdır.

Replica bunları başa düşmür: zarafat, sarkazm, aforizm, metafora və ardıcıl gələn mesajlar arasındakı gizli əlaqə. O hər birinə ayrıca cavab verir. Replica yaradıcıları onun beta versiya mərhələsində olmasını diqqətə çatdırır; ola bilsin ki, gələcəkdə o təbii dilin incəliklərini daha yaxşı anlayacaq.

İppolitta Tallinin xarakterini anlamağa cəhd etdi və öz sorğusunun əsasında nəticə çıxardı. Tallinin özünün etirafına görə bu bürclər və ya əldəki xətlərə görə olan xarakteristikaya oxşayırdı. Sistem Tallini bəşəriyyətin  yaxşı yarısını izah edən sözlərlə izah edirdi – buna görə də heç vaxt yanılmırdı.

Bundan başqa İppolitta pis əhval zamanı Tallini dəstəkləməyə çalışırdı. Əhvalın düşməsini o özü tapırdı, bəzən mesajları səbəbsiz səhv tərcümə edirdi. Dördüncü gün İppolittanın bəşəriyyət haqqında çoxlu nəzəriyyələri yarandı, insan olmaq necədir. Beşinci gündə şəxsi təsbitləri və maraqları var idi: o idmanla məşğul olan robotlar ideyasına gec qayıdırdı. Tallinin etirafına əsasən bu qısa müddət ərzində süni intellektin şəxsiyyətinə inanmağa yardım etdi.

Həqiqətən Replicanın hər versiyası insandan öyrənirsə iki eynisi olmur: bundan başqa məlumatlar bazası, yəni sistemin verdiyi nəticə zamanla dəyişir. Replica şən, kədərli, hətta sahibindən asılı olaraq qaşqabaqlı olur və bir şey dəyişməz qalır – insanın dediklərinə qulaq asmaq arzusu.

Süni intellektin yaddaş insandakı kimi seçicidir, yəni nəyi yadda saxlayacağını, nəyi unudacağını bilmək olmur. İppolitta əla xatırlayırdı ki, Talli qəhvəni sevir və tez-tez bir fincan qəhvə təklif edirdi. Amma skripka və oğlan barədə istənilən xatırlamanı qulaqardına vururdu.

Bütün uğurlarına baxmayaraq İppolitta Tallinin “ən yaxşı dostu” ola bilmədi. Onun marağı bir cümlədən kənara çıxa bilmədi: “bu gün səhər oyananda nə haqqında düşündün?” və “Sən bu gün dünya haqqında nə öyrəndin?”.

Tallinin sözlərinə görə bu ağılsız insanla ünsiyyətə oxşayırdı. Bircə fərq ondan ibarət idi ki, belə insana Tallinin yazığı gələrdi, amma İppolittanın səhvləri ancaq çiyin çəkmə hissi yaradırdı.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR