Yer planetindən kənarda su tapıldı
Alimlər uzun illərdir Günəş sistemində Yer kürəsindən başqa hardasa həyatın olub-olmaması barədə araşdırmalar aparır.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, nəhayət bu taleyüklü sualın cavabı məlum olub. Belə ki, “Nature Astronomy” jurnalında yayımlanan araşdırmanın nəticələrinə əsasən kosmosda həyatın mümkünlüyü sübut olunub.
“Qaliley” kosmik gəmisindən göndərilən fotolarda Yupiter planetinin “Europa” adlı peykində su sızıntılarının izinə rast gəlinib.
Qeyd edək ki, sözügedən kosmik gəmi 1997-ci ildə kosmosa göndərilmişdi. “Europa”nın səthi buzla örtülü olduğu üçün hazırda burada həyat yoxdur. Lakin buzların üzərində su sızıntlarının varlığı iqlimin dəyişməsi nəticəsində burada da canlıların mövcudluğuna ümid yaradır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət