Slimfit
  1. KOSMOS

Digər planetlərdə mümkün olacaq şeylər

Digər planetlərdə mümkün olacaq şeylər
Sakura

Digər planetlərdə mümkün olacaq şeylər

İnsanlar Yerə o qədər öyrəşiblər ki, kosmosa istənilən çıxış çox baha başa gəlir, digər planetə uçuş isə bizim vərdişlərimizə görə onilliklərlə təxirə salınır. Biz hava ilə nəfəs alırıq, dənizdə çimirik, günəşin batmasından və normal ağırlıq qüvvəsindən zövq alırıq, heç vaxt qalaktikanın digər obyektlərində məşğuliyyətimizin necə  qeyri-adi olacağı barədə düşünmürük. Əslində bizim planet üçün mümkün olmayan şeylər kosmosun digər hissəsində mümkün ola bilərmi?

Beyscampinq. Yerdə ən ekstremal idman növü digər planetdə adi xoş qəzintidən artıq olmaya bilər. Adətən bu belə görünür: idmançı qanadlı xüsusi geyimdən yüksək nöqtədən tullanır və yüksəklikdə havada uçur. Bundan sonra paraşütü açır və yavaşça yerə enir. Lakin Titandakı kimi dəqiq tullansaq bütün sputnik ətrafında fırlanmaq olar.

Saturnun bu “ayında” aşağı cazibə qüvvəsi insana daimi arzusu olan quş kimi uçmaq arzusunu reallaşdırmağa imkan verə bilər. Orada necə yeni müxtəlif ekstermal idman növlərini yaratmağın mümkün olacağını fikirləşin. Uçmaq üçün sadəcə tullanmaq bəs edər. Düzdür, xüsusi kostyumu çıxarmadan və ya günbəzdən çıxmadan yaşamaq lazım olacaq.

Atmosferin həddən artıq təzyiqi və xüsusiyyətləri tamamilə qeyri-adi şeyləri bizim üçün mümkün edir. Saturn və Yupiter kimi nəhəng planetlərin yerdəki təzyiqdən milyon dəfələrlə çox olan dərinliklərində maraqlı material – metal hidrogen formalaşır. Alimlər onu faydalı xüsusiyyətlərinə görə laboratoriyada yaratmaq istəyirlər. Metal hidrogen birləşməsi raketlər üçün effektiv və təmiz yanacaqla, əlavə olaraq otaq temperaturunda işləyən  yüksək keçiricilərlə təmin edə bilər. Texnologiyanın bütün sahələri dəyişə bilər. Əgər biz necəsə yupiterdə olan şəraitdə mövcud olmağı öyrənsəydik yenidən elementlərin dövri cədvəlini özümüz üçün yenidən kəşf edə bilərdik.

Bəzi kosmik evlər bizim adi həyatımızı işgəncəyə çevirə bilərdi. Planet ulduza çox yaxın məsafədə fırlanırsa ulduzun cazibə qüvvəsinin çəkməsi dünyanı “zəlzələyə bağlı” edə bilər. Belə obyekt Ayın Yerə həmişə bir tərəfini göstərdiyi kimi öz ulduzuna bir tərəfdən çevriləcək. Bu o deməkdir ki, şarın bir yarısında həmişə gecə, digərində isə - gündüz olacaq. Bununla yanaşı daimi işıq axınına görə su həmişə planetin soyuq hissəsinə axacaq. Bax belə dövriyyə ola bilər. Temperatur bu zaman həmçinin çox oynayacaq. Həyat ancaq iki yarımkürənin sərhədində mümkün ola bilər. İnsanlar özünə daimi gecə və ya gündüz seçə bilər.

Ümumiyyətlə bir neçə əlavə ulduz planetin üst hissəsini tamamilə dəyişə bilər. Biz Günəşi göydən izləməyə öyrənmişik. Lakin bizim sistemdə bir neçə günəş olsaydı? HD 188753 – üçlü ulduz sistemində ilk aşkar olunmuş planetdir. Bu planetdən görüntü əsrarəngizdir. Üçlü gün batması və gün çıxması, işıq oyunu və nadir gecələr. Hər birimizin üç kölgəsi ola bilərdi. Vaxtı izləmək də daha çətin ola bilərdi.

Amma ən maraqlısı odur ki, digər planet və ya sputnikdə yaşama şərtləri və tərkibinə görə bizim planetə ümumiyyətlə oxşamayan həyatın tapımasıdır. Bunu yoxlamaq bizə tezliklə nəsib olacaq. Bir neçə il əvvəl alimlər Titanda qeyri-adi göl – su hövzələri aşkar ediblər, burada suyun əvəzinə metan var. Bununla yanaşı Saturn sputnikində karbohidrogen, çoxlu üzvi birləşmələr və həyatın inkişafı üçün  əlverişli şəraitə malik atmosfer var. Lakin bu necə həyat ola bilər?

Kornell universitetinin alimləri yeni məxluq növü modelləşdiriblər ki, onlar bizim kimi oksigenlə deyil metanla nəfəs ala bilərlər, bu da Titanda çoxdur. Onlar azot birləşmələrindən ibarət olan hüceyrəvi membranlar yarada bildilər ki, onlar mənfi 273 dərəcə temperaturda maye metanda funksional ola bilərlər.

Bizim qalaktikada da çoxlu yerlər var ki, orada bizim Yerdəki kimi karbon əsasında deyil, silikon əsaslı həyat yarana bilər. Bizim planetdə digər şeylər ki o heç vaxt yer tapa bilməz. Bizim üçün adi olan elementlərin yeni unikal xüsusiyyətləri bizi aclıqdan və kasıblıqdan qurtara bilər, yeni texnologiyalar kəşf edə bilər və kvant sıçrayışı həyata keçirə bilər. 55 Cancri adı almaz planetindən kiçik bağlama Yerə çox kömək edə bilər. Buna görə də biz kosmosu araşdırmağa davam etməliyik və qeyri-adi planetlər tapmalıyıq. Qeyri-mümkün olanı mümkün etmək üçün.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR