Slimfit
  1. AZƏRBAYCAN

Adların mənası - Q-P hərfləri

Adların mənası - Q-P hərfləri
Sakura

Adların mənası - Q-P hərfləri

Q


Qabil – 1.Qəbul edən, alan. 2.Mümkün ola bilən, mümükün. 3.İstedadı olan, istedadlı.
Qaçay – Cəsur, döyüşçü, kişi.
Qadir – Qadir,qabiliyətli, qüdrətli,bacarıqlı.
Qafar – Əfv edən, bagişlayan.
Qaffar – (Ər.) 1.Qullarının günahlarını bağışlayan Allah. 2.Çox mərhəmət edən. Allahın adlarındandır.
Qafur – (Ər.) Ürəyiyumşaq,bağışlayan.
Qaib(Qayib) – 1.Hazırda olmayan, gözdən uzaq. 2.Olduğu yer məlum olmayan. 3.İştirak etməyən, olmayan.
Qaidə – (Ər.) 1.Oturaq. 2.Təməl, əsas. 3.Paytaxt.
Qaim – (Ər.) 1.Duran, ayaqda dayanan. 2.Bir şeyi edən, icra edən. 3.Allahın əmrini yerinə yetirən.
Qaimə – (Ər.) 1.(bax Qaim). 2.Türklərdə kağız pul mənasına gəlir.
Qalib – (Ər.) 1.Qələbə çalan, qalib. müzəffər. 2.Güclü qüvvətli, qüdrətli, hökm edən. 3.Şeyx Qalib: Məşhur divan şairlərindən. 1757-1798 illər arasında yaşamışdır.
Qandəmir – (Tür.) Güclü soydan gələn.
Qaniyə – Gözəl qız, gözəl qadın, gözəl.
Qaplan – Cəsur.
Qarabirçək – Birçəkləri qara olan.
Qaraca – (Tür.) 1.Rəngi quruya çalan, əsmər. 2.Kiçik, buynuzlu, gözəl görünüşlü ov heyvanı.
Qaraxan – (Tür.) Əsmer bəy, Əsmer hökmdar. Qaraxanlılar dövlətinin qurucusu.
Qarasu – (Tür.) 1.Ağır axan su. 2.Əksəriyyətlə gözün iç təzyiqinin çoxalması ilə özünü göstərən və korluğa səbəb ola biləcək bir göz xəstəliyidir.
Qardələn – (Tür.) 1.Çiğdem. 2.Nərgiz güllərindən baharda çox erkən çiçək açan Soğanlı bir bitki.
Qargin – (Tür.) 1.Daşqın su. 2.Bol, çox. 3. Doymuş, tox. 4.Ərimiş buz və qar parçalarının meydana gətirdiyi axar su. 5.Çağlayan.
Qasım – (Ər.) 1.Parçalayan, ayıran, bölən. 1.Qismət, pay. 2.Möhkəm, sərt. 2.Əzici. 3.İlin 11-ci. ayı. 4.İlin qış hissəsi. – Hz. Məhəmməd (s.ə.s) -in oğlunun adı. Kiçik yaşda vəfat etmişdir.
Qaşqay – Xoşbəxt, müqəddəs.
Qaya – (Tür.) 1.Böyük və sərt daş kütləsi. 2.Qayalıq sərt dağ. 3.Möhkəm, dağılmaz.
Qayacan – (Tür.) Canı qaya kimi güçlü olan.
Qayan – (Tür.) 1.Axar su sel. 2.Yastı, düz, qat-qat meydana gəlmiş daşlar. – Kişi və qadın adı olaraq istifadə edilir.
Qaygün – (Tür.) 1.Təsirli, hüznlü, toxunaqlı. 2. Ağdoğan.
Qayxan – (Tür.) Sərt, güclü səsli oxucu, qayanı belə delecek gücdə səsi olan oxucu.
Qaymaq – Südün üzü.
Qazi – Yönəldilmiş, döyüşçü.
Qaziyyəddin – (Ər.) Din uğrunda yara alan, yaralanan. Döyüşən.
Qeyrət – (Ər.). 1.İş,çalışma. 2.Qısqanma, çəkəməmə. 3.Əziz və müqəddəs bir şeyə təcavüz edildiyini görməkdən irəli gələn təmiz duyğu. – Kişi və qadın adı olaraq istifadə edilir.
Qədər – (Ər.) 1.İman əsaslarından, Allahın bütün varlıqlar üçün hökm və iradə etdiyi halların meydana gələn şəkli
Qədim – (Ər.)1.Ayaq basan, çatan, ulaşan. 2.Əzəli, əvvəlsiz. 3.Çox köhnə zamanlara aid, köhnə miras. 4.Köhnə, əski.
Qədir – (Ər.) 1.Dəyər, qiymət, etibar. 2.Parlaqlıq. 3.Qüdrət sahibi, qüdrətli, qüvvətli, güclü, qadir. 3.Miqdar, ölçü, əndazə. 4.Allahın gözəl adlarından biri. – Quran-ı Kərimdə 50-yə yaxın yerdə                              keçməkdədir.
Qədircan – (Ər.Fars Tür.) Qiymətli, etibarlı, can, ruh. – Qədir və Can adlarından meydana gələn birləşmiş ad.
Qədirə – (Ər.) Güclü qüvvətli.
Qədirxan – (Ər. Fars. Tür.) Qiymətli hökmdar, idarəçi.
Qədirşah – (Ər. Fars. Tür.) 1.Güclü, qüvvətli hökmdar, padşah. 2.Qədr və şah sözlərindən birləşmiş addır.
Qədrəddin – (Ər.) Dinin qüdrəti, gücü.
Qədri (Qədriyyə) – (Ər.) 1.Dəyər, etibar. 2.Şərəf, ləyaqət, üstünlük. 3.Rütbə, dərəcə.
Qəhrəman – (Fars.) 1.İgid, cəsur, (bahadır). 2.Hökm sahibi, iş buyuran. 3.Fars mifologiyasında Rüstəmi məğlub edən kimsə.
Qəmər – Ay (göy cismi).
Qəmzə – (Ər.) 1.Süzgün baxış. 2.Çənə və ya yanaq çuxurluğu.
Qəndab – Şərbət, qənd şərbəti.
Qənimət – (Ər.) Kafirlərlə döyüş nəticəsində ələ keçirilən mal, pul, silah kimi mallar. İslami üsullara görə təsnif edilib, beytülmala, kasıblara, yoxsullara və mücahidlərə paylanır.
Qərənfil – (Ar.) Qoxulu bir çiçək növü.
Qərib – 1.Yad yerdə yaşayan,yad. 2.Kimsəsiz,yazıq. 3.Adətdən kənar. 4.Döyüsçü, əsgər.
Qərib (Qəribə) – (Ər.) 1.Xarici, əcaib. Kimsəsiz, məmləkətindən uzaq.
Qəribə – 1.Görünməmiş iş, eşidilməmiş hadisə. 2.Təəcüblü (hadisə haqqında).
Qətibə – Əlçatmaz.
Qətrə – (Ər.) 1.Damla. Damlayan şey.
Qəzalə – Gözəl, ceyran.
Qəzəl – İşvə, naz, sevgi sözləri.
Qəzənfər – yüksəklikdə yaşayan.
Qismət – 1.Hissələrə ayırma,bolmə. 2.Birisinə çatan hissə,pay. 3.Tale.
Qiyas – (Ər.) 1.Tutuşdurma,müqaisə. 2.Bənzətmə. 3.Qlçü. 4.Müqayisənin nəticəsi. 5.Kömək,yardım. Imdad. 2.Səmərəli, məhsuldar.
Qiyasəddin – (Ər.) Dinin yayılması üçün köməyi toxunan şəxs.
Qiymər – Dəyər.
Qılman – (Ər.) 1.Tükü, bığı çıxmamış oğlan, uşaq, övlad, cavanlar, gənclər. 2.Kölələr, əsirlər. 3.Cənnətdə xidmət göstərən kişi.
Qızqayıt – Sonradan doğacaq qızların əvəzinə oğlanın dünyaya gəlməsi məqsədi ilə qoyulur.
Qorqud – (Tür.) 1.Böyük dolu dənəsi. 2.Qorxusuz, yavuz, heybətli. 3.Cin, şeytan. 4.Alov, işıq.
Qoşqar – Qürurlu, təmkinli, böyük.
Qönçə – (Fars.) 1.Hələ açılmamış gül, tumurcuq. 2.Sevgilinin ağızı.
Ququş – Qu quşu.
Qulu – Mübariz, üsyankar.
Qumral – Xurma rəngi.
Qumru – (Fars.) Göyərçinlər, uzun quyruqlu boyunun yanlarında xallar olan və göyərçinlər, daha kiçik olan boz rəngli quş.
Qurban – 1.Bİr niyyət üçün kəsilən heyvan.
Qüdrət – (Ər.) 1.Qüvvət, taqət, güc iqtidar, iradə, möhkəmlik, nüfuz. 2.Allahın əzəli gücü, yaradılış, fitrət. 3.Varlıq, zənginlik. 4.Allah quruluşu, yaradılış, insan əliylə də tapılmayan şeylər.                              5.Səlahiyyət qabiliyyət.6. Bir yolda fəda olma. – Kişi və qadın adı olaraq istifadə edilir.
Qürbət – (Ər.) Doğulub yaşanılmış olan yerdən uzaqda olan. – Kişi və qadın adı olaraq istifadə edilir.


L


Laçın – (Tür.) 1.Bir cins şahin. 2.Dik və möhkəm. 3.Uzaq görən, itigözlü, cəngavər. 4.Şiddətli. – Adam və qadın adı olaraq istifadə edilir.
Lalə – Gözel, qəşəng gül.
Laləfam – (Fars.) Lalə rəngində.
Laləgül – (Fars.) Türk musiqisini bir məqam.
Laləgün – (Fars.) Lalə rəngində.
Laləruh – (Fars.) 1.Lale yanaqlı, yanağı lalə kimi qırmızı olan. 2.Türk musiqisində mürəkkəb bir məqam.
Lami (Lamiyə) – Parıldayan, parlaq, parıltılı.
Lamih ( Lamihə) – (Ər.) 1.Hz. Nuhun qardaşı. 2.Parlayan, parıldayan, parlaq.
Laminur – (Ər.) – Nur saçaraq parlayan. – Kişi və qadın adı olaraq istifadə edilir.
Lamis – Əl ilə tutub yoxlayan. Toxunan. Təmas edən.
Lamiyə – Incə və zərif ulduz.
Lana – Zərif, mehriban.
Lanə – (Fars.) Yuva, ev.
Lanəzir – (Ər.) Bənzərsiz. -Kişi və qadın adı olaraq istifadə edilir.
Lasif – (Ər.) Parlayan, parlayıcı.
Layiq – (Ər.) Yaraşan, yaraşıqlı.
Lazım – (Ər.) Gərəkli şey. Gərəkcə.
Leyla – Gecə, gecə anadan olmuş, sevgilim, qarasaçlı.
Leyli – Gecə.
Leysan – 1.Bahar yağışı. 2.Suriya təqvimi ilə aprel ayı.
Ləal – (Ər.) İncilər.
Ləbabə – (Ər.) Ağıl sahibi olma.
Ləbabət – (Ər.) Ağıllılıq, ziyrəklik. – Kişi və qadın adı olaraq istifadə edilir.
Ləbib (ləbibə) – (Ər.) Ağıllı, zəkalı, həssas, ehtiyatlı. hissiyyatlı, incə.
Ləma – (Ər.) Pırıltı. -Kişi və qadın adı olaraq istifadə edilir.
Ləman – (Ər.) Parlama, parıltı, qaranliqda işıq.
Ləmariz – (Fars.) Parlayan, parıldayan. – Kişi və qadın adı olaraq istifadə edilir.
Lərzan – (Fars.) Titrək, titrəyən.
Lərzə – (Fars.) Titrətmə.
Lərzəndə – (Fars.) Titrəyən, titrək.
Lətafət – (Ər.) 1.Lətiflik, xoşluq, Incəlik, xeyirxahlıq. 2.Gözəllik. 3.Nəzakət. 4.Yumşaqlıq.
Lətif – (Ər.) 1.Allahın adlarındandır. 2.Yumşaq, xoş, gözəl, nəzakətli. 3.Bütün incəliklərə vaqif. 4.Incə, zərif
Lətifə – (Ər.) Güldürəcək, qəribə və gözəl söz, hekayə, zarafat.
Lətimə – (Ər.) Müşk, gözəl qoxu.
Ləftiyə – Zərif, incə, cazibəli.
Ləvami – (Ər.) Parlamalar, nurlar.
Ləvniz – (Ər.) 1.Rəng, boya, üz. 2.Cür, növ.
Ləvzi – (Ər.) 1. Badam formasında olan. 2.Badamla əlaqədar. – Kişi və qadın adı olaraq istifadə edilir.
Ləyal – (Ər.) Gecələr.
Ləyaqət – (Ər.) Layıq olan.
Ləziyyə – (Ər.) 1.(bax Ləvzi). 2.Badam ərik, vişnə, gilas və ya buna bənzər meyvələr qrupu.
Limən – (Tür.) Bir ölkə xalqından olan kimsə, vətəndaş. – Kişi və qadın adı olaraq istifadə edilir.
Loğman – 1.Əfsanəvi həkim Loğmanın adından. 2.Həkim, igıd, qorxmaz. 3.Alim həkim, çox bilikli adam
Lulu – İnci, parlaq, ziyalı, qiymətli.
Lutfəli – Mərhəmət.
Lütfi ( Lütfiyyə) – (Ər.) Xoşluq, gözəllik, yaxşı davranış. xeyirxah, mehriban


M


Maarif – Məlum, məşhur, tanınmış.
Mahfuz – (Ər.) Qorunmuş, gozlədilmiş. Gizlənmiş, saxlanmış.
Mahinur – (Fars.) 1.Ayın nuru (işığı). 2.Ay üzlü gözəl.
Mahir (Mahirə) – (Ər.) Məharətli, hünərli, əlindən iş gələn, bacarıqlı. usta, məharətli, bacarıqlı,bilikli.
Mahizar – (Fars.) İnləyen ay.
Mahizər – (Fars.) Şan, qızıl rəngində ay.
Манур – (Ər.) Qalib.
Mahmud – (Ər.) 1.Həmd olunmuş, məşhur olmuş səna edilmiş, tərifə dəyər, tərifə layiq. Məqam-ı Mahmud: Hz. Məhəmmədin ən böyük şəfaət məqamı, cənnət. 2. Əbrəhənin Kəbəni yıxmaq üçün                        gətirdiyi filin adı. 3. Mahmudiyə: – Mahmud dövründə nəşr olunan qızıl pul.
Mahmudə – (Ər.) Mingör otu.
Mahmur (Mahmurə) – (Ər.) 1.Sərxoşluğun verdiyi sərsəmlik. 2.Yuxu basmış, ağırlaşmış, huşsuz göz.
Mahparə – (Fars.) Ay parçası, çox gözəl qadın.
Mahpəri – (Fars.) Ay kimi, pəri kimi gözəl.
Mahru – (Fars.) Ay üzlü, üzü ay kimi olan gözəl.
Mahsun – (Ər.) Gücləndirilmiş, güclü.
Mahrux – Aypara, ay parcası.
Mahtər – (Fars.) Yeni ay, ayça, hilal.
Mahur – (Fars.) 1.Muğamlardan biri. 2.Türk musiqisinin rast pərdəsində qərar tutan bir mövqe. – Kişi və qadın adı olaraq istifadə edilər.
Maidə – (Ər.) 1.Üzərində yemək olan süfrə. yemək, mərasim. 2.Quran-ı Kərimin 5-ci. surəsinin adı. 3.İsa və həvarilərinə göydən enən süfrə (Maidə-i Məsih).
Mail (Mailə) – (Ər.) Meyli olan, meyil salan. 1.Bir yana əyilmiş, əyik. üfüqi və şaqulu arasında olan. 2.Həvəsli, İstəyən, sevən istəkli, qabiliyyətli. tərəfli, içdən istəkli. 3.Xatırladir, bənzər. 4.Tutqun.                     düşkün.
Mais – Böhtançı, fitnıkar, aravuran.
Maisə – Məğrur, qürurlu.
Maqsud – (Ər.) 1.Yığılmış, toplanmış, əkini biçilmiş, biçilmiş əkin. 2.İstənilən şey, istək, məqsəd, niyyət, murad. 2.Varılmaq istənilən yer.
Maqsum (Maqsumə) – (Ər.) Ayrılmış, bölünmüş. qismət. Ruzi-ı Maqsum; Allah tərəfindən təqdir olunmuş ruzi.
Maqsur (Maqsurə) – (Ər.) 1.Kəsr olunmuş, qısaldılmış, sıxılmış. 2.Bir şeyə ayrılmış.
Malik – (Ər.) 1. Sahib, bir şeyə sahib olan, bir şeyi olan. mülk, mülkiyyət, sahibkar Malikii’l-Mülk, Allah. 2. Yeddi cəhənnəmin hakimi və qapıçısı olan mələk, cəhənnəmi qoruyan mələk. 3.Əzab                          mələklərini idarə edən mələk. 4.İmam Malik – Maliki məzhəbinin qurucusu.
Malikə – (Ər.) (Bax Malik). 1.Mal sahibi olan qadın. 2.Pəri, su pərisi.
Manaf – (Ər.) İca, yuksək.
Maral – (Tür.) 1.Dişi geyik, ceylan, İribuynuzlu yabanı. 2.Gözəl, incə.
Marvan – (Ər.) Qəhvəyi rəng.
Masunə – (Ər.) Əhatə edilmiş, sarılmış, çevrilmiş.
Maşallah – Allahın istədiyi kimi. 2.Afərin, əhsən, Allahın istədiyi kimidir !
Maya – 1.Acıtma, maya. 2.Rüşeym. 3.Dövlət, sərvət, pul.
Mayil – Aşiq
Mayis – Ümidsiz.
Maysarə – Yüngüllük, rahatlıq, komfort.
Mehdi – (Ər.) 1.Özünə rəhbərlik edilən. 2.Allahin idarə etdiyi. 3.Doğru yola gəlmiş, Allah tərəfindən hidayət verilmiş olan. – Doğru yolu tutan. 4.Şiələrə görə 12 imamın sonu.
Mehman – Qonaq, müsafir.
Mehparə – (Fars.) Ay parçası, çox gözəl.
Mehralı – Mehriban, şən(Yəhudi).
Mehriban – Sədaqətlı, xoşxasiyyət, vəfalı, gülərüzlü.
Məbhur (Məbhurə) – (Ər.) Tənəffüs edən, nəfəs alan, nəfəs darlığına tutulmuş olan.
Məbrur (Məbrurə) – (Ər.) Bəyənilmiş, xeyirli, faydalı.
Məbsud (Məbsudə) – (Ər.) 1.Açılmış, yayılmış. 2.Uzun uzadı izah edilən.
Məbşurə – (Ər.) Üzü ağ, dəbdəbəli gözəl qadın.
Məcid (Məcidə) – (Ər.) Çox ulu, uca, şan və şərəf sahibi, şanlı, qüdrətli, əzəmətli, tanınmış, məşhur, şərəfli. – Allahın sifətlərindən.
Məciddin – (Ər.) Dinin ululuğu, böyüklüyü.
Məcnun – (Ər.) 1.Cin tutmuş, cinlənmiş. 2.Dəlicə sevən, sevinmiş, sevincli, razı, xoşhal, tutqun. eşqə mübtəla olan, vurğun. 3.Minnət altında olan. 4.Dəli, divanə. – Leyli və Məcnun hekayəsinin kişi                    qəhrəmanı.
Mədinə – (Ər.) 1.Ərəbistanda bir şəhər. 2.Müqəddəs, səcdə olunan. 3.Şəhər, qəsəbə. Hz. Peyğəmbərin qəbirinin olduğu şəhər. Hacıların Məkkədən sonra ziyarət etdikləri şəhər.
Mədəd – Imdad, yardım, kömək.
Məfkurə – (Ər.) İdeal. düzgün seçim.
Məfruz (Məfruzə) – (Ər.) Fərz olunmuş, hesab olunan.
Məftun (Məftunə) – (Ər.) 1.Fitnəyə düşmüş, sihirlənmiş. 2.Könül vermiş,vurğun, heyran olmuş, tutqun.
Məğfirət – (Ər.) Allahın qullarının günahlarını bağışlaması, örtməsi.
Məğrub (Məğrubə) – (Ər.) 1.İstənilən, sevilən. 2.Hər kəs tərəfindən sevilib axtarılan.
Məhbub (Məhbubə) – (Ər.) 1.Məhəbbət olunmuş, sevimli, əziz, çox yaxın sevilmiş, sevilən, sevimli. 2. Məhbubi-i Xuda, (Allahın sevgiyi) Hz. Məhəmməd (s.ə.s).
Məhəbbət – (Ər.) 1.Sevgi, sevme, eşq.. 2.Dostluq. dostca çıxış.
Məhəmməd – Agıllı, tərifə layiq.
Məhərrəm – ( Ər.) 1.Haram olunmuş, qadağan edilmiş. 2.Ərəb qəməri təqviminin birinci ayı. (Şıələrin matəm ayı)
Məhfər – (Fars.) Ay aydınlığı, ay ışığı.
Məhliqə – (Fars.) Ay üzlü gözəl.
Məhru – (Fars.) Ay üzlü gözəl.
Məhsəti – Gözəl, böyük, dahi.
Məxfi – (Ər.) Gizli, sirli.
Məxfuzə – Qorunan.
Məkin (Məkinə) – (Ər.) 1.Yüksək rütbə sahibi. 2.Təmkinli. 2.Nüfuz və iqtidar sahibi. – Hz. Peyğəmbər (s.ə.s) -in adlarından.
Məknun (Məknunə) – (Ər.) Örtülü, gizli.
Məknuz (Məknuzə) – (Ər.) Basdırılmış. Xəzinəyə qoyulmuş, saxlanmış.
Məqafur – (Ər.) Bağışlanmış.
Məqbul – (Ər.) Qəbul olunmuş, alınmış, alınan. Bəyənilən, xoş qarşılanan, keçərli.
Məqsumə – (Ər.) Günahsız, təhlükəsiz.
Məlahət – (Ər.) Gözəl, gözəllik, üz gözəlliyi., incə, cazibədar.
Mələk – (Ər.) 1.Allahın nurdan yaratdığı varlıqlar. Allahın əmrlərinə tam itaət edən varlıqlar. 2.Həlim, səlim gözəl xasiyyətli kimsə. 3.Hakim, padşah, mülkədar.
Mələknaz – Mələk və naz sözlərindən birləşmiş uydurma ad.
Mələknur – Mələk və nur sözlərindən birləşmiş uydurma ad.
Mələkpər – (Ər. Fars.) Mələk qanadlı.
Mələkru – (Ər. Fars.) Mələk üzlü.
Mələksima – (Ər. Fars.) Mələk üzlü (simali).
Məlik – (Ər.) 1.Padşah, hakan, hökmdar. 2.Mal sahibi. Məlikşah. 3.Sultan Sencerin atası olan böyük Səlcuqlu hökmdar. 4.Allahın adlarından. 
Məlikə – (Ər.) Qadın hökmdar. Hökmdar arvadı.
Məlnuz (Məlnuzə) – (Ər.) Ola bilsin, gözlənilir.
Məltəm – (Tür.) Yazın nizamlı olaraq qurudan dənizə doğru əsən küləyi,xəfif külək.
Məmdud (Məmdudə) – (Ər.) Uzadılan.
Məmduh (Məmduhə) – (Ər.) Təriflənmiş, təriflənəcək.
Məmməd – Şanlı, şərəfli, tərif olunan.
Məmnun – (Ər.) Etibara layiq olan.
Məmnunə – (Ər.) (Bax Məmnun). Sevinmiş, sevincli.
Mənaf – (Ər.) 1.Dağın iti təpəsi. 2.Cahiliyyə dövründə ərəblərin bütü. – Ad olaraq istifadə edilməz.
Mənçur (Mənşurə) – (Ər.) Nəşr olunmuş, paylanmış, yayılmış.
Məngübay – (Tür.) Varlı kimsə.
Mənsur (Mənsurə) – (Ər.) 1. Kömək olunmuş, Allahın köməyi ilə qalib, üstün gəlmiş. 2.Uzaqlaşmış ,ayrı düşmüş. 3.Unudulmuş. 4.Köhnəlmış. 5.Atılmış, tərk edilmiş. 6.Bir ney növü. 7.Türk                                           musiqisində bir nizam.
Mənzur (Mənzurə) – (Ər.) 1.Baxılan, nəzər olunan, nəzər dəyilmış (olunmuş). 2.Gözdə olan, bəyənilən, nəzərdə tutulmuş. vəd edilmiş. 3.Nəzər salınan. 4.Məqsəd, niyyət. 5.Fədakar.
Mərcan – Dənizdən çıxarılan tünd – qırmızı rəngli muncuqvarı qadın bəzəyi.
Mərdan – Kişilər, adamlar, insanlar, qəhrəmanlar, igidlər, səxavətlilər (cəm halında).
Mərifət – (Ər.) 1.Hər kəsin edə bilmədiyi ustalıq, hər şeydə görülməyən xüsusiyyət, ustalıqla hazırlanmış olan şey. 2.Bilmə, biliş, bilik, maarif. 3.Xoşuna gəlməyən hərəkət.
Məruf (Mərufə) – (Ər.) 1.Hər kəs tərəfindən bilinən tanınmış, müəyyən, məşhur. 2.Şəriətin əmr etdiyi, uyğun gördüyü.
Məryəm -1.Üstün, bakirə. 2. İsa peyğəmbərin anasının adı.
Mərziyə – Məmnun edən, xoşagələn.
Məsud – Xoşbəxt, bəxtəvər.
Məsum – (Ər.) 1.Günahsız,qəbahətsiz,günahsız,ismət sahibi. 2.Saf, təmiz..3.İmam-ı Rəbbaninin oğlu.
Məsumə – (Ər.) 1.İmamıyə məzhəbində günahsız sayılan əhli-beyt mənsubu. 2.Pak, təmiz, günahsız.
Məsun (Məsunə) – (Ər.) Qorunmuş, qorunan.
Mənsur (Mənsurə) – (Ər.) 1.Saçılmış, dağılmış. 2.Ölçüsüz, mənzum olmayan söz.
Mərcan – (Ər.) Mərcanlar sinifindən olub qayalıq yerlərdə koloniya meydana gətirərək yaşayan, skeleti qırmızı rəngli dəniz heyvanı. – Kişi və qadın adı olaraq istifadə edilir.
Mərdan – (Fars.) Mərdlər, insanlar, kişilər, igidlər.
Məryəm – (İbr.) 1.Abid, ibadətə düşkün insan. 2.Hz. İsanın anası.
Məsnəvi – (Ər.) 1.”Verən”, – ikinci doğulmuş oğlan uşağına belə ad verirdilər. 2. Hər beyti ayrı qafiyəli bir divan ədəbiyyatında nəzm biçimi.
Məsrur (Məsrur) – (Ər.) Sevincli, məmnun, sevinmiş məramına çatmış. – Kişi və qadın adı olaraq istifadə edilir.
Məsud (Məsudə) – (Ər.) Səadətlə, bəxtli, bəxtiyar, müqəddəs.
Məşədi – Ziyarətgah, Məşhədi ziyarət edən..
Məşuq (Məşuqə) – (Ər.) Sevilen, sevilmiş.
Mətanət – Dayanıqlılıq, möhkəmlık, mətinlik, sabitlik.
Məthiyyə – (Ər.) Birini tərifləmək məqsədilə yazılmış əsər, qayda.
Mətin – Güclü, möhkəm, dözümlü.
Mətləb – Məlum olmayan, axtarışda olan.
Mətn – (Ər.) 1.Mətanətli, möhkəm, davamlı. 2.Özü, sözü doğru, etimad edilə. Hz. Peyğəmbər (s.ə.s) -in adlarından.
Məvhibə – (Ər.) Vergi, ehsan, hədiyyə.
Məzahir – 1.Bir çeyin zahir olduğu yerlər və şəxslər. 2.Çatma nail olma.
Məzhər – (Ər.) 1.Bir şeyin göründüyü, ortaya çıxdığı yer, görünmək. 2.Nail olmaq, şərəflənmə.
Mikail – (Ər.) Dörd böyük mələkdən biri.
Mikayıl – Əsli “Mikael”dir. Yaxveyə (qədim yəhudi allahına) bərabər olan, tanrıya müqabil olan. Dini rəvayətə görə dört mələkdən biri-canlıların ruzisini təmin edən mələyin adıdır. 2.Allaha bənzər,                       Allah kimi.
Mina – İncə naxış.
Minay – (Tür.) Min dənə ay, çox qüvvətli işıq.
Mingül – Min dənə gül.
Minira – Cavanlar.
Minnaz – (Tür.) 1.Nazlı. 2.Cilvəli. 3.Allaha yalvaran.
Minnur – (Tür.) 1.Nurla qaynamış. 2.Min dənə nur.
Minulla – (Tür. Ər.) Xallı insan.
Miralim – (Ər. Fars) Alim çar.
Miran – (Fars.) Bəylər.
Miray – (Fars.) Ayın ilk günləri.
Mirayaz – (Ər. Fars) Kömək edən.
Mircan – (Fars.) Canın içi.
Mirəli – (Ər. Fars) Böyük çar.
Miri – Başçı, rəhbər.
Mirnur – (Fars.) (Bax. Mircan).
Mirvari – Mirvari, bəzək daşı.
Mirzə – 1.Savadlı,oxumuş. 2.Yazı-pozu ilə məşğul olan,katib. 3.Şəxs adından sonra şahzadəlikz – əvvəl isə rütbə.
Mirzəli – ( Bax Mİrzə – Bax Əli ).
Misir – Xoşbəxtlik, səadət.
Möhlət – Vaxt vermə.
Möhsün – Comərd, xeyirxah.
Mömin (Möminə) – (Ər.) İman etmiş, İslam dininə inanmış, müsəlman.
Мövlud – (Ər.) Doğulmuş.
Мövludə – (Ər.) Doğulmuş qız uşağı.
Mövsüm – Fəsil.
Mufid (Mufidə) – Faydalı, xeyirli.
Muhiddin – İnamı dirildən (canlandıran), inam verən.
Muxlis – (Ər.) Əsl dost.
Muxtar – (Ər.) 1.Ağsaqqal qəbul edilmiş, seçilmiş, seçmə. Hərəkətində sərbəst olan, istədiyi kimi davranan, istədiyini edən. 2.Kənd və ya məhəllə işlərinə baxmaq üzrə xalqın seçdiyi şəxs. Hz.                             Peyğəmbər (s.ə.s) -in adlarından.
Munir (Munirə) – (Ər.) Parıldayan, parlaq, işıqsaçan.
Munis (Munisə) – (Ər.) Dost. mehriban, istiqanlı. cana yaxın, sevimli. İnsandan qaçmayan. alışılmış. əhliləşmiş, ünsiyyətli.
Murad – Dilək, istək, arzu, məram.
Murən – Təmiz, pak.
Musa – 1.Misir dilindəki “məsu” sözündəndir, uşaq, bala deməkdir. 2.Möcüzə göstərən. 3.Peyğəmbər adı.
Mustafa – (Ər.) Seçilmiş. 1.Təmizlənmiş,seçilmiş. 2.Hz. Peygəmbərin adlarından. 3.Sad Surəsi 47. Ayədə geçir.
Mustafir – (Ər.) Gülümsəyən.
Muşirə – Məsləhət görən.
Mübarək – (Ər.) 1.Bərəkətli, feyzli, uğurlu, xeyirli, müqəddəs, xoşbəxt. 2.Bəyənilən, sevilən, qızları çaşdıran kimsə. 3.Bir şey haqqında müqavilə.
Mübariz – 1.Mubarizə aparan. 2.Bir çeyə nail olmaq üçün cəhd edən.
Mücahiddin – (Ər.) Din döyüşçüsü, İslam əsgəri.
Mücəddət – (Ər.) Yeni, hələ istifadə edilməmiş.
Müxənnəd – Qılınc.
Müxlis – (Ər.) 1.Xalis, qatqısız. 2.Dostluğu, səmimiliyi və hər halı içdən könüldən gələn.
Mükafat – (Ər.) Ödül, mükafat, şərəfləndirmə,dəyərləndirici, sevindirici davranış.
Mükərrəm – (Ər.) Möhtərəm, mötəbər. əziz, cənab, hörmətli sayılan, şərəfli, hörmətə çatmış. – Kişi və qadın adı olaraq istifadə edilir.
Mülayim – (Ər.) 1.Uyğun, müvafiq. 2.Yumşaq xasiyyətli, xoş davranışlı kimsə, çoxluğa olmayan.
Mümtaz – (Ər.) 1.İmtiyaz tanınmış, ayrı tutulmuş, üstün tutulmuş. 2.Seçmə.
Münəvvər – (Ər.) Nurlandırılmış, işıqlandırılmış, işıqlı. aydın. nur.
Münir (Münirə) – (Ər.) 1.Nurlandıran, işıq verən, parlaq, ziyalı.
Müntəsir – Qalib, basılmaz.
Mürid – Davamçı, tələbə.
Mürsəl – (Ər.) 1.Göndərilmiş, göndərilən, yollanılmış, elçi, peyğəmbər. şəriət sahibi. 2.Bir yazı stili. 3.Hz. Peyğəmbərin adlarından.
Mürşid (Mürşidə) – (Ər.) 1.İrşad edən, doğru yolu göstərən rəhbər. 2.Müridlərə rəhbərlik rdən təriqət başçısı. 3.Təriqət şeyxi. Qəflətdən oyandıran. 4. Mənəvi ata.
Mürüvvət – (Ər.) İnsaniyyət, mərdlik, igidlik. Comərdlik, iyilikseverlik.
Müseyyib – Diqqətsiz etinasız.
Müsəvvər – (Ər.) Ətrafına çəpər,(divar) çəkilmiş, qorunmuş.
Müslim – 1.Müsəlman. 2.Təslim olmuş, Allahın İradəsinə tabe olmuş.
Müşarif – (Ər.) Məşhur, tanınmış.
Müşərrəf – (Ər.) Əziz , hörmətli.
Müşfiq (Müşfiqə) – (Ər.) 1.Şəfqətli, mərhəmətli, ağrıyan, sevən. 2.Məşhur, istedadlı – Kişi və qadın adı olaraq istifadə edilir.
Müştaq – (Ər.) Gözləyən, görəcəyi olan, can atan, çox arzulu, şövqlü, həsrət çəkən, darıxan, ürəkdən arzu edərək istəyən.
Mütasim – Allaha iman edən.
Mütəllib – (Ər.) Tələb edən, istəyən.
Müvəddət – (Ər.) Sevgi, məhəbbət, dostluq.
Müvəffəq – Müvəffəqiyyət qazanan.
Müyəssər – (Ər.) Asan tapılıb əldə edilən, asan gələn, asanlıqla olan.
Müzəffər – 1.Zəfər çalan,qalibiyyətli. 2.Bir işdə müvəffəq olan. 3. Qalib.

N


Nabat – Yaşıllıq, bitki.
Nabil (Nabilə) – Nəcib, adlı-sanlı, tanınmış.
Nabix – Şanlı, tanınmış,nəcib.
Nabixə – Ağıllı.
Nabiyə – (Ər.) 1.Ulu, şərəfli kimsə. 2.Sonradan şair olan kimsə. 3.Xəbərçi, xəbər verən.
Naciyə – Dinc, təhlükəsiz, rahat.
Nadim – Sah sarayinda sənət işlərinə baxan.
Nadir (Nadirə) – 1.Yeganə,tək. 2.Az ələ düşən, az tapılan. 3.Qəribə, əcaib. 4.Qəribə, əcaib hekayə.
Nadiyə – (Ər.) 1.Qışqırıb çağıran, səslənən. 2.Yığıncaq, məclis.
Nafiq – (Ər.) Xeyir.
Nafilə – (Ər.) 1.Bihudə, hədər, boş yerə, nahaq, işə yaramayan, boş. 2.Artıqdan qılınan namaz və ya tutulan oruc.
Nafis (Nafisə) – (Ər.) Gözəl, incə.
Nafiz (Nafizə) – (Ər.) 1.Deşən, deşib keçən. içəriyə girən, işləyən. 2.Təsir edən, sözü keçən.
Nagəhan – (Fars.) Qəflətən, birdən-birə.
Nagıi – Saf, pak, təmi.
Nahid – Gənc, yetişmiş.
Nahid (Nahidə) – 1.Venera (Zöhrə) planeti. 2.(Ərəb dilində) Gənc,yeni yetişən qız.
Nahirə – (Ər.) Ayın ilk günü ya da son gecəsi.
Naib – Köməkçi
Naib (Naibə) – (Ər.) 1.Vəkil, birinin yerinə keçən, qazi, vəkili, şəriətə görə hökm edən hakim. 2.Növbə çəkən,
Nail (Nailə) – (Ər.) Muradına çatan, istədiklərinə nail olan, çatmış, ələ keçirən, əldə edən, həyatdan həzz alan.
Naim – (Ər.) 1.Xoşbəxt, bolluq içində yaşayan, bəxtəvər. 2.Sakit, dinc.
Naimə – (Ər.) Gözəl zərif qadın, nazlı böyüdülmüş qadın.
Nairə – (Ər.) Atəş, alov, istilik. od, şölə.
Naləzən – (Fars.) İnləyən, inildəyən.
Namal – (Tür.) Adın duyulsun, şöhrət qazan.
Namdar – (Fars.) Adlı-sanlı, məşhur.
Namiq (Namiqə) – (Ər.) Yazıçı, katib, yazar, qəşəng yazmaq,
Namiyə – (Ər.) Olma, yerdə bitmə, qüvvətli, inkişaf, yetişmə.
Namzəd – 1.Nişanlı,adaxlı. 2.Bir işə ,vəzifəyə təyin edilməsi və ya qəbul edilməsi nəzərdə tutulan adam.
Nardan – Atəş (od), canlılıq.
Nardanə – (Fars.) 1.Nar dənələri. 2.Gözyaşı damlaları.
Nardin – (Fars.) Bir sünbül növü.
Nargül – (Fars.) Atəş rəngində, qırmızı gül.
Narin – (Fars.) İncə, zərif quruluşlu, nəzakətli. Zəif, çəlimsiz.
Nariyə – (Ər.) Odla əlaqədar, cin pəri. – Ad olaraq istifadə edilməz.
Nasix – (Ər.) Məsləhətçi, dost.
Nasim – (Ər.) 1.Həll edən, yoluna qoyan, düzüb-qoşan. 2.Təmiz hava. 3.İlıq külək, zərif.
Nasir – (Ər.) 1.Köməkçi, kömək edən. 2.Yazıçı,ədib.
Nasirə – Qələbəni gətirən, kömək.
Naşir – (Ər.) Nəşr, paylayan, piyada.
Natalya – Mövlud günündə doğulmuş.
Natəvan – Bacariqsiz, taqətsiz, gucsüz, zəif, aciz.
Natiq (Natiqə) – (Ər.) 1.Söyləyən, danışan, nitq söyləyən. çıxış edən. 2.Düşünən. 3.Bildirən, bildirici. 4.Yaxşı danışıq qabiliyyəti olan adam.
Navid – Xoşxəbər.
Nazdil – (Fars.) Könül nazı, könül cilvəsi.
Nazəndə – (Fars.) Naz edici, nazlı, xoş ədalı.
Nazənin – (Fars.) 1.Cilvəli, oynaq, çox nazlı, işvəli, yetişdirilmiş, ərköyün, naz-nemətə alışmış. 2.Zərif, incə quruluşlu.
Nazim (Nazimə) – (Ər.) Tənzim edən, təşkil edən, sıra-sıra, səf-səf olan şey, inşa edən.
Nazir – (Ər.) 1.Nəzər edən, nəzarət edən, baxan, göz qoyan. 2.Vəkil. 3.Bacarıqlı. 4.Bir üzü bir tərəfə istiqamətli olan. 5.Xəbərdarlıq edən.
Nazif (Nazifə) – (Ər.) Təmiz, pak, nəzakətli, zərif və qəşəng geyimli.
Nazik – (Fars.) 1.İncə, narın. 2.Tərbiyəli, hörmətli. 3.Gözəl zərif.
Nazil (Nazilə) – (Ər.) 1.Yuxardan aşağıya enən. 2.Bir yerə qoyulan, bir yerdə yerləşən.
Nazirə – (Ər.) 1.Nümunə cavab. 2.Mənzum əsərdə ayrı vəzin və kafiyədə bənzər olma halı.
Nazil – 1.Enən, yuxarıdan aşağı düşən. 2.Allah tərəfindən göndərilən.
Nazilə – Hadisə, vaqiə.
Nazim – 1.Nizama salan, tərtib edən. 2.Nəzmə çəkən, şair.
Nazir – 1.Baxan. 2.Nazirliyə başçılıq edən hökumət üzvü. 3.Xəbərdarlıq edən.
Nazirə – Qabaqcadan xəbər verən.
Naziyyə – Tam nikbin, tam ümidli.
Nazlan – (Tür.) Özünü bəyənmə, nazlı olma.
Nazlı – (Tür.) 1.Naz edən, qəmzəli, özünü ağır aparan, gözəl, incə. 2.Dəyər verilən sevimli.
Nazlıgül – (Tür.) ( Bax. Nazlı ).
Nazpəri – Nazlı pəri, gözəl.
Nejad – (Fars.) Soy, nəsil.
Neman – Xoşbəxtlik, səadət.
Nemət – 1.Yaxşılıq, hədiyyə, lütf. 2.Xoşbəxtlik, saadet. 3.Yemək, içki, azuqə.
Nemət – (Ər.) 1.Yaxşılıq, lütf, ehsan, bəxşiş. 2.Azuqə, yeməyə, içkiyə dair şeylər, ruzi, bərəkət, yeyilib içilən hər şey. 3.Sərvət, dövlət, var. 4.Səadət, xoşbəxtlik. – Kişi və qadın adı olaraq istifadə                    edilir.
Nemətulla – (Ər.) Allahın neməti.
Nəba – (Ər.) Xəbər. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nəbanəddin – (Ər.) Dinin şanı və şərəfi.
Nəbat – 1.Bitki. 2.Şəffaf. kristal şəklində. 2.Şərq şırniyyatı.
Nəbi – (Ər.) 1.Xəbərçi, xəbər verən, peyğəmbər. 2.Yüksək, uca. 3.Böyük Türk şairidir. – 17. əsrin ikinci yarısında yaşamıştır.
Nəcdət – (Ər.) Qəhrəmanlıq, igidlik. Qorxusuz olmaq.
Nəcəf – (Ər.) Üzərinə su çıxmayan yer, yüksək, təpə. Kufə ətraflarında Hz. Əlinin türbəsinin olduğu yer.
Nəci – Xilaskar.
Nəcib (Nəcibə) – (Ər.) 1.Nəcib mənşəli, əsli-nəsli olan, soyu təmiz, pak olan kimsə. 2.Gözəl əxlaq sahibi. 3.Yollara tikilən işarə daşı, bir yerə tikilən daş. 4.Pay, hisse, hörmətli, əziz, nəcib.                                       5.Zadəgan, qiymətli, üstün 6.Allahın qısmət etdiyii şey.
Nəcid – (Ər.). Yüksək yayla. Ərəbistanın sahil düzənliyinə və çuxur sahəyə zidd olan yüksək qisim. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nəcil – (Ər.) Soylu, soyu təmiz, kişizade, əsl.
Nəclə – (Ər.) Uşaq, övlad, soy, nəsil.
Nəsli – (Ər.) Nəslə aid, soya aid.
Nəcməddin – İnamın ulduzu.
Nəcmi (Nəcmiyyə) – (Ər.) Ulduz. ulduzla əlaqədar. Nəcməddin: Dinin ulduzu. – Dilimizdə “Nəcməddin” şəklində istifadə edilir.
Nəcvə – (Ər.) Yüksək yer.
Nədidə – (Fars.) Görülməmiş görünməmiş. Çox seyrək olan, çox qiymətli.
Nədim – (Ər.) 1.Məclis yoldaşı, sohbət yoldaşı, dost. 2.Böyükləri bənd və hekayələri ilə əyləndirən, gözəl
hekayələr izah edən, şirin danışan. – Nədim: Osmanlı şairlərindən. Əsl adı Əhməddir.- Lalə dövrü şairlərindəndir.
Nədimə – (Ər.) (bax. Nədim) Zəngin və ya şərəfli, etibarlı bir qadının yoldaşı.
Nəfasət – (Ər.) Nəfislik, nəfslı olma halı. Qıymətlilik.
Nəfi – (Ər.) Yararlı.
Nəfis (Nəfisə) – (Ər.) Bir xoş, çox xoşuna gələn, ən gözəl, çox bəyənilən, qiymətli.
Nəim – (Ər.) 1.Bolluqda yaşayış. 2.Cənnətin bir qisimi, cənnət.
Nəqşidil – (Ər.) Könül rəsmi, könül bəzəyi.
Nəmrud – (Ər.) Babilin qurucusu olduğu sanılan hökmdar. M. Ö 2640 -da yaşamış Hz. İbrahimi oda atdırmışdır. Babil qülləsi onun zamanında tikildiyi deyilməkdədir. -Ad olaraq istifadə edilməz.
Nərgiz – (Fars.) 1.İri çobanyastığı formasında ortası yaşıl və ya sarı, yarpaqları boz və sarı bir çiçək. 2.Gözəl, qürurlu
Nərim – (Fars.) Pəhlivan, igid, bahadır.
Nəriman – (Fars) Ruhu güclü, Igid, cəsur, qəhrəman.
Nərmi – (Fars.) Yumşaq, zəiflik.
Nərmin – (Fars.) 1.Yumşaq, incə, zərif. 2.Gül.
Nəsib – Pay, hissə, birinin əldə etdiyi şey, Allahın qismət etdiyi şey.
Nəsib (Nəsibə) – (Ər.) 1.Qismət, pay, bəxt. 2.Nəticə bəhrə. 3.Müyəssər. 4.Əsilli, soylu, əsli-nəsəbi olan. 5.Dik qoyulan daş. Yollara nişan üçün di qoyulan daş.
Nəsim (Nəsimə) – (Ər.) 1.Yüngül külək. 2.Xoş, mülayim insan.
Nəsimi – Nəsim, yel, meh,xəfif külək.
Nəsir – Kömək edən, xilaskar, müdafiəçi, köməkçi, yardımçı, dost. 2.Heyvan asqırması.
Nəsirə – Qalib.
Nəsligül – ( Ər.Fars.Tür.) Gül nəsli, gül kimi gözəl soydan gələn.
Nəsilxan – ( Ər.Fars.Tür.) Xan nəslinə aid, xanın nəslindən.
Nəsilşah – ( Ər.Fars.Tür.) Şah soyundan gələn.
Nəsrəddin – (Ər.) Din müdafiəçisi, din qoruyucusu, köməkçi, imdada yetişən.
Nəsrin – (Fars.) Yaban gülü, dağ cicəyi, avqust gülü, misir gülü, van gülü.
Nəsrullah – (Ər.) Allahın köməyi.
Nəşəcan – ( Ər.Fars.Tür.) Canın nəşəsi, mutluluğu.
Nəşəgül – ( Ər.Fars.Tür.) Nəşələndirən gül.
Nəşənur – (Ər.) Işıq saçan, nəşə, sevinç.
Nəşəvər – ( Ər.Fars.Tür.) Çox şən, çox nəşəli.
Nəşid (Nəşidə) – (Ər.) Mənzum şeir.- Atalar sözü dərəcəsində istifadə edilən məşhur beyt və ya misra.
Nəvaz – (Fars.) Oxşayan, oxşayıcı.
Nəşvə – (Ər.) Sevinç.
Nəvid – Xoş xəbər.
Nəyyir (Nəyyirə) – (Ər.) 1.Nurlu, parlaq. 2.Işıklı cisim. 3.Günəş.
Nəyzən – (Fars.) Ney çalan kimsə.
Nəzafət – (Ər.) Təmizlik, paklık.
Nəzakət – (Fars.) 1.Naziklik. 2.Zəriflik, incəlik. 3.Tərbiyə. 4.Əhəmiyyət.
Nəzər – Baxış, uzaqgörən, baxan, baxma, göz atma, düşünmə, göz dəymə.
Nəzih (Nəzihə) – (Ər.) Təmiz, pak.
Nəzirə – (Ər.) 1.Birini doğru yola (Sirat-ı Müstəqimə) yönəltmək üçün Allahın əzabı ilə göz dağı verərək qorxutmaq. 2.Dilək, təsis. 3.Bənzətmə, nümunə,örnək. 2.Bir şairin şeirinə oxşadılaraq                               yazılan şeir. 4. Özünü Allah yoluna həsr edən adam.- Quranda 40 dan çox yerdə keçməkdədir.- Hz. Peyğəmbərin adlarından.
Nəzmi (Nəzmiyyə) – (Ər.) Düzme, tərtib etmə, sıraya qoyma, sıra, tərtib. – Vəznlə, qafiyəli söz.
Nəzrət – (Ər.) 1.Təzəlik. 2.Baxma, baxış. 3.İdarə, rəislik. 4.Nazirlik. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nəzrin – Su zanbağı,tənha çiçək.
Nəzzam – (Ər.) Nizam verən, təşkil edən.
Nicat – (Ər.) 1.Arzu, murad. 2.Qurtulma, xilas olma, salamat qalma, qurtuluş, salamatlıq.
Nigar – 1.Gözəl, yaraşıqlı, sədaqətli. 2.Şəkil, surət.
Nihad – (Fars.) Təbiət xasiyyət, yaradılış, şəxsiyyət, struktur.
Nihal – İncə və düzgün bədənli, fidan kimi.
Nihalə – 1.Yeni yetişmiş, düzgün. 2.Ovçu qorxuluğu. 3.Döşəmə, döşənəcək şey.
Nihan – (Fars.) Gizli, tapılmayan, görünməyən.
Nilay – (Ər.) Seyhan və Ceyhan çayları. Fırat və Dəclə çayları.
Nilgün – (Fars.) Aciq rəngində, göy.
Nilhan – (Ər.) Nil hövzəsi xanlarından.
Nilsu – (Tür.) Nil ve su adlarının birləşməsidir.
Nilufər – (Fars.) Çiçək adı.
Niyaz – (Fars.) 1.Yalvarma, yalvarmaq, dua. 2.Bəzi təriqətlərdə kiçiyin böyüyə qarşı olan salamı, hörmət və duası. 3.Ehtiyac, muhtaçlık.
Niyazi – (Fars.) (bax Niyaz). 2.Yalvarıcı, niyaz edici,sevgili.
Nisar – Bağışlanma.
Niyaz – 1.Mərhəmət. 2.Ehtiyac, xahiş, arzuolunan.
Nizam – (Ər.) 1.Sıra, quruluş, üsul, tərtib, yol, qayda. 2.Qanunlar. 3.Hindistandakı kiçik dövlətlərin hökmdarlığı.
Nizami – (Ər.) 1.Üsuluna uyğun, tərkibli, nizamlı. 2.Qanun və nizama aid,- onunla əlaqədar. Nizami; Azərbaycanın ən böyük şairlərindəndir, Gəncəlidir.
Nizami – Nizam, intizam.
Nizamuddin – Dinin nizamı. – Dilimizdə “Nizaməddin” olaraq istifadə edilir.
Nofəl – Alicənab, comərd.
Novcəvan – (Fars.) Gənc, dəliqanlı.
Novrəstə – (Fars.) Yeni yetişən, yeni bitən. – Kişi və qadın adı olaraq istifadə edilir.
Novsalə – (Fars.) Gənç, təzə, kiçik.
Novruz – Təzə gün.
Nuran – (Fars.) Işıqlı. Nurlu, nura aid.
Nurani – (Fars.) Işıqlı, işıq saçan, hörmət oyandıran, nurlu.
Nuratay – (Ər.) Nurlu, ışıq saçan tanınmış kimsə.
Nuray – ( Ər.Tür.İbr.) İşıq saçan ay, ay Işığı, ışıqlı ay, ayın ən çox işıq saçdığı dövrü.
Nural – ( Ər.Fars.Tür.) Nur, işıq al, işıqlı ol.
Nuraləm – (Ər.) Kainatın nuru, aləmi işıqlandıran.
Nurbaki – (Ər.) Davamlı işıqlı olan, nurlu səhər.
Nurbanu – ( Ər.Tür.İbr.) Nur üzlü xanım, gəlin, şahzadə. – Nur və ba-nu’dan birləşmiş ad.
Nurbay – ( Ər.Tür.İbr.) Nurlu, işıqlı kimsə.
Nurcan – ( Ər.Tür.İbr.) Canlı, nəşəli, həyat dolu.
Nurcahan – ( Ər.Tür.İbr.) 1.Cahan nuru, işığı, dünyaya işıq saçan. 2.Türk-Hind imperatoru Cihangirin arvadı.
Nurcəvan – ( Ər.Tür.İbr.) 1.Parlaq, şən, gənc. 2.Mərd, qorxmaz, gənc.
Nurçin – ( Ər.Tür.İbr.) Nur yığan, işıq yığan.
Nurdağ – ( Ər.Tür.İbr.) Nur dağı, Nurdan dağ.
Nurdan – ( Ər.Tür.İbr.) Nura aid, nurdan edilmiş.
Nurdanay – ( Ər.Tür.İbr.) Çox ışıqlı, çok parlaq.
Nurdanə – ( Ər.Tür.İbr.) Nurlu, parlaq və ışıqlı olan.
Nurdil – ( Ər.Tür.İbr.) Nurlu, işıqlı könül.
Nurdoğan – ( Ər.Tür.İbr.) Nurlu, parlaq biri şəkildə doğulan.
Murəddin – (Ər.) Dinin nuru (ışığı), inam işığı, dinin işığı.
Nurəfşan – ( Ər.Tür.İbr.) İşıqlıq verən, ortalığı işıq içində buraxan. – Nur və əfşan sözlərindən birləşmiş ad.
Nurəl – ( Ər.Tür.İbr.) Nurlu əl.
Nurər – ( Ər.Tür.İbr.) Nurlu insan.
Nurfidan – ( Ər.Tür.İbr.) Təzə və parlaq gənc, zərif xanım.
Nurgül – (Fars.) Gülün ən parlaq olanı.
Nurgün – ( Ər.Tür.İbr.) 1.Nurlu gün, işıqlı gün. 2.Günün və bütün həyatın nurlu, parlaq olması.
Nurhilal – (Ər.) (Bax.Nuray) İşıqlı ay.
Nurxan – ( Ər.Tür.İbr.) Nurun idarəçisi, hakimi.
Nurnisə – (Ər.) Nurlu qadın.
Nuri – (Ər.) İşıq, İşığa aid olan.
Nuridə – Gözümün işıgı.
Nuriyyə – (Ər.) Işıqlı, işıqdan gəlmə.
Nurqan – ( Ər.Tür.İbr.) Təmiz, aydın soydan gələn.
Nurqut – ( Ər.Tür.İbr.) (Bax. Nurqan) Işıqlı, aydınlıq.
Nurlan – Nur, işıq, nur saçan, parıldayan, işıqlandıran.
Nurmələk – (Ər.) (Bax. Mələk). Mələk kimi saf və təmiz gözəl.
Nurnigar – ( Ər.Tür.İbr.) İşıqlı, aydınlıq, sevgili.
Nurpəri – ( Ər.Tür.İbr.) Işıklı, pəri qədər gözəl.
Nursabah – (Ər.) Aydınlıq sabah.
Nursaç – ( Ər.Tür.İbr.) “Işık saç, aydınla” “işığ saçan” anlamında.
Nursal – ( Ər.Tür.İbr.) IşıQ saç, çevrəni aydınla.
Nursel – ( Ər.Tür.İbr.) Nur, işıq seli (axışı).
Nursevən – (Ər.) Aydınlığı, ışığı seven.
Nursev – ( Ər.Tür.İbr.) Işığı sev.
Nursevil – ( Ər.Tür.İbr.) “Parlaq, aydın gözəllər tərəfindən sevil” mənasında istifadə edilən bir ad.
Nursim – (Fars.) Aydınlıq və gümüş kimi parlaq.
Nursima – (Fars.) Işıqlı, aydın üz.
Nursinə – (Fars.) Işıqlı, aydın ürəklı.
Nursu – ( Ər.Tür.İbr.) Nurlu su.
Nursultan – Sultanın işığı.
Nursun – ( Ər.Tür.İbr.) Sən işıq, nur kimi aydınsan. – mənasında istifadə edilən bir ad.
Nurşah – (Fars.) Parlaq hökmündə.
Nurşən – (Fars.) Çox, çox ışıqlı, nəşəli insan.
Nurtac – ( Ər.Tür.İbr.) Nurdan tac.
Nurtək – ( Ər.Tür.İbr.) İşıq kimi, parlaq.
Nurtəkin – ( Ər.Tür.İbr.) (Bax Nurtək) Aydın və güvənilən, əmin. İşıq kimi.
Nurtən – Bədəni işıq kimi ağ olan.
Nurulla – (Ər.) Allahın nuru, Alllahın işığı.
Nurvəli – (Ər.) Müqəddəs.
Nurzad – (Tür.) Nurlu, aydın kimsə.
Nurzən – ( Ər.Tür.İbr.) Nurlu, ışıklı qadın.
Nurzər – (Ər.) Qızıl kimi parlaq ışıq, qızılı ışıq.
Nuşirəvan – ( Ər.Tür.İbr.) İranda 531-579 illər arasında hökmranlıq etmiş və doğruluğu ilə şöhrət tapmış olan Sasani şahı, “ədalətli” ləqəbiylə tanınır.
Nübar – Məhsul, bar.
Nürəddin – İnamın (İlahi) işığı, dinin gətirdiyi nur.
Nüşabə – (Fars) 1.Agıllı və gözəl qadın. 2.İçənə ölümsüzlük verəcəyinə inanılan su, Bengi su, həyat suyu.
Nüsrət – (Ər.). 1.Kömək. 2.Allahın köməyi. 3.Zəfər, üstünlük qələbə, muvəffəqiyyət. – Kişi və qadın adı olaraq istifadə edilir.
Nüsrəddin – (Ər.) 1.Dinin kömək etdiyi. 2.Dinin müvəffəqiyyətli nümayəndəsi.

O

Odxan – (Tür.) 1.Atəşli hökümdar. 2.Canlı, coşqulu kimsə. 3.Atəşqanlı. 4.Dəlisov, dəliqanlı.
Odman – (Tür.) Atəş kimi canlı, coşqulu, hərəkətli kimsə.
Oğuz – Böyük, davamlı, artan nəsil.
Oğuzbala – (Tür.) 1.Oğuz uşağı. 2Güçlü, qüvvətli uşaq.
Oğuzcan – (Tür.Fars) Oğuz can. Gerçək dost.
Oğuzər – (Tür.) Oğuz boyundan olan igid. 2.Güçlü, qüvvətli kimsə.
Oğuzxan – (Tür.) 1.İgid xan, xaqan. 2.Oğuz boylarının əfsanəvi qəhrəmanı.
Oğuzqan – (Tür.) Damarlarında Oğuz qanı daşıyan.
Oğuzman – (Tür.) Güclü, möhkəm, yaxşı ürəkli, dost kimsə.
Oğuztan – (Tür.) Görkəmli, işıqlı.
Oxdəmir – (Tür.) 1.Dəmir kimi möhkəm. 2.Gerçək, köklü dəmir. 2 Dəmirdən düzəldilmiş ox.
Oksana – Allah tərəfindən bəyənilmiş.
Oqtay – (Tür.) 1.Qəzəbli, əsəbi, hirsli. 2.Nəsildaş, eloğlu, hakim.
Olgunay – (Tür.) Ay oldun, Aya bənzədin.
Olgunər – (Tür.) Yetkin ər. Yetişmiş, yaxşı inkişaf etmiş kimsə. Yetişmiş, yaxşı gəlişmiş kimsə.
Omar – Uzun ömülrlü.
Orxan – (Tür.) 1.Şəhərin rəhbəri, hakimi, sərkərdə, basçı, xan qoşunları. 2.Orxan Qazi: Osmanlı imperatorluğunun ikinci padşahı.
Orman – Meşə.
Osman – (Ər.) 1.Bir növ quş ya da əjdaha. 2.Hz. Məhəmməd (s.ə.s) -in kürəkəni və Hz. Ömərdən sonra
dövlət başçısı olan III. xəlifə. 3.Osmanlı dövlətinin qurucusu, Osman Qazi.
Ozan – Aşıq.


Ö


Ömər – Həyat, uzunömürlü.
Özbək – İgid, qəhrəman, mərd.
Ömər – (Ər.) İslam Dövlətinin II. Xəlifəsi Ömər b.Xə. Dünya durduqca ədalətliliyindən bəhs ediləcək. Cənnətlə müjdələnmişdir. Haqq ilə Batili çox yaxşı ayırd edə bilən bir alim olduğu üçün Ömərül-                   Fərrux adını almışdır.
Ömüral – (Ər.Fars.İbr) Uzun ömürlü ol.
Ömürcan – (Ər.Fars.İbr) Uzun ömürlü. Kişi və qadın adı olaraqistifadə edilir..
Önay – (Tür.) 1.İrəli get, lider ol mənasında. 2.Ayın ilk günlərindəki halı, hilal. – Kişi və qadın adı olaraq istifadə edilir.
Önel – (Tür.) Bir işin tamamlanması üçün verilən müddət, vədə, möhlət. – Kişi və qadın adı olaraq istifadə edilir.
Önər – Qabaqcıl, öndəgedən.
Öngay – (Tür.) Yupiter planeti. – Kişi və qadın adı olaraq istifadə edilir.
Öngül – (Tür.) 1.Müqavimət göstərən, inadçı kimsə. 2.Təşviq edən. 3.Bələdçi. – Kişi və qadın adı olaraq istifadə edilir.
Örən – (Tür.) 1.Köhnə quruluş ya da şəhər qalığı. 2.Şəhər, kənd. 3.Bir ovalıq. 4.Meşəlik yer. – Kişi və qadın adı olaraq istifadə edilir.
Örəngül – (Tür.) Yabanı gül.
Özaslan – (Tür.) Aslan kimi güclü, soylu kimsə.
Özbək – (Tür.) 1.İgid, cəsur, özü güclü. 2.Orta Asiyada yaşayan bir Türk boyu və bu boydan olan kimsə. 3. Dərə, çay. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özbən – (Tür.) “Gerçəkdən mən” anlamında istifadə edilən bir ad.
Özbir – (Tür.) Özü, sözü bir olan kimsə.
Özcan – (Tür.) Candan, səmimi, içdən, həqiqətən dost olan kimsə.
Özdəmir – (Tür.) Özü dəmir kimi güçlü.
Özəndər – (Tür.) Nadir tapılan, yaradılışda olan, qiymətli.
Özəngin – (Tür.) Özü sağlam, dürüst olan kimsə.
Özəngül – (Tür,) Özünə diqqət göstərən gözəl qadın.
Özənir – (Tür.) Çalışan, Cəhd göstərən, ən yaxşısını etməyə çalışan.
Özərxan – (Tür.) İgid, cəsur xan.
Özgənay – (Tür.) Özü geniş, rahat, sakit kimsə – Kişi və qadın adı olaraq istifadə edilir.
Özgür – (Tür.) 1.Öz-özünə hərəkət etmə, davranma qərar vermə, gücü olan. 2.Tutulmayan, azad. Başqasının köləsi olmayan, müstəqil. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özgüvən – (Tür.) Özünə güvənən. – Kişi və qadın adı olaraq istifadə edilir.
Öznur (Tür.) Özü ışıqlı, aydınlı kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Özpolad – (Tür.) Er. – Özü polad kimi sağlam olan.

P

Pakizə – (Fars.) Təmiz, pak, saf, xalis, ləkəsiz.
Parlanur – (Tür.) Nur kimii parla, parla nur.
Paşa – (Tür.) 1.Padşah. 2.General. 2.Osmanlı dövlətində yüksək rütbəli əsgərlərə verilən ad.
Peyman – (Fars.) Söz vermək, and, əhd, vəd, sözvermə.
Peymanə – (Fars.) Böyük qədəh, şərap badəsi.
Pəhləvan – (Fars.) 1.Güləşi. 2.Boy- buxunlu, cüssəli adam, güçlü kimsə, igid.
Pənah – Arxa, dayaq, havadar.
Pəri – (Fars.) Gözəl qadın şəklində mifik məxluq. 2.Gözəl, füsünkar, gözəl qadın və ya qız.
Pərizad – (Fars.) Anadan pəri kimi doğulan, gözəl.
Pərizə – (Fars.) 1.Qırmızı qızıl. 2.Odda bişirilən çörək.
Pərva – (Fars.) 1.Qorxu, çəkinməklik.
Pərvanə – Vəfali, sədaqətli.
Pərvər – (Fars.) Bəsləyən, bəsləyici, yetiştirən, yetiştirici, qoruyan, tərbiyə edən. 
Pərvin – (Fars.) 1.Ülkər ulduzu. Yeddi (və ya altı) ulduzlardır ki; iki-iki qarşılıqlı dayanarlar və Ayın keçdiyi yerlərə yaxın görünərlər. 2.Yeddi qardaş ulduzdan ən balacası.
Pərviz – (Fars.) 1.Üstün. 2.Ələk. Süzgəç. 3.Balıq. 4.Gğzəllik, cilvə. 5.İran hökümdarı Xosrovun ləqəbi. 6. Müzəffər, qələbə gətirən.
Pinar – Çeşmə, bulaq.
Piranə – (Fars.) Yaşlılara yaraşan şəkildə, olduqca tədbirli.
Pirayə – (Fars.) üzük, zinət.
Piruz – (Fars.) Kutlu, xeyirlı, uğurlu.
Piruzə – (Fars.) Ka. – Mavi rəngli və dəyərli bir üzük daşı.
Polad – (Ər.) Dəmir, polad. Güc, qüvvət.
Poladxan – (Tür.) Poladkimi qüvvətli xan.
Poladqan – (Tür.) Polad kimi güçlü soydan gələn.
Pünhan – (Fars.) Gizli.
Püstə – 1.Təpəcik,torpaq və ya qum yığını. 2.Subtropik ağac növü, ləpəsi yeyilən şəffaf qabıqlı meyvəsi
Püstəbadam – Püstə və badam sözlərindən ibarətdir

 

Mənbə: Aztoday.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR