Dərc edildi: Baxış sayı: 789
Günəş sistemində 2 yeni göy cismi aşkarlandı
Almaniyanın Plank İnstitutunun alimləri Habbl Kosmik Teleskopu vasitəsilə Günəş sistemində Mars və Yupiter arasındakı asteroid qurşağında daha öncə rast gəlinməmiş və bir-birinin orbitində fırlanan iki göy cismi aşkarlayıblar.
Oxu.Az-ın AMEA-nın saytına istinadən məlumatına görə, kometaların xüsusiyyətlərini daşıyan iki eyniölüçülü və çəkili asteroid təxminən 100 kilometr məsafədə bir-birilərinin orbitlərində fırlanırlar. Asteroid cütlüyünə “288P” adı verilib. “288P”-nin, eyni zamanda, kometa olaraq sinifləndirilən ilk ikili asteroid olduğu bildirilib.
Elm adamları ikili asteroid sisteminin 5 min ildir mövcud olduğunu təxmin edirlər.
E.Ə.
www.oxu.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət