Slimfit
  1. AZƏRBAYCAN

Adların mənası - F-K hərfləri

Adların mənası - F-K hərfləri
Sakura

Adların mənası - F-K hərfləri

F
Fadilə – Səxavət, səxavətli, yaxşılıq, təhsilli.
Fahimə – Mədəni, ağıllı, dərrakəli.
Fahir (Fahirə) – (Ər.) 1.Öyünüləcək, fəxr ediləcək. 2.Şərəfli, qiymətli. 3.Parlaq, gözəl, mükəmməl.
Faxir – Qürurlu.
Faiq (Faiqə) – (Ər.) 1.Üstün, əla, böyük, çox gözəl, heyrətamiz, seçmə, yüksək, irəli. 2.Mümtaz, mənəvi olaraq üstün olan.
Fail – Xeyirxahlığı olan, yaxşı nışan verən.
Faiz (Faizə) – (Ər.) Muradına çatan, müvəffəqiyyət qazanan, qələbə gətirən, qalib.
Faqih – (Ər.) l.Bir şey bilən yaxud anlayan kimsə. 2.Fiqh elmində ustad. İslam hüquq alimi.
Faleh – (Ər.) 1.Qurtuluşa çatan, müvəffəqiyyət qazanan, muradına çatan. 2. Torpağı əkən, becərən.
Faliyə – (Ər.) Xoşbəxtlik, yaxşılığa gətirib çıxaracaq, yaxşılıqla qurtaracaq.
Famil – Eyni cinsdən və ya eyni soydan olan, ailə, soy.
Fanis – (fars.) Mayak.
Farid – Misilsiz, görünməmiş.
Farixə – Xoşbəxt, sevincli.
Faris – 1.Güclü, bəsirət gözlü, daxilə varan. 2.Atlı, güclü.
Fariz – (Ər.) 1.Atlı (süvari). 2.Minici, ata binmekte məharətli. 3.Fərasətli, anlayışlı. 4.Fərz edən. 5.İranın cənubundakı Şiraz vilayəti.
Farizə – Qövs, göy qurşağı, oynaq.
Fateh – (Ər.) 1.Fəth edən, qalib gələn, çıxaran. 2.Bir ölkəni, şəhəri və ya qalanı zəbt edən kimsə. 3.Hökm verən mənasında, cənab-Haqqın sifətlərindən biridir. Əraf surəsi 89. ayə. – İstanbulu fəth             edən yeddinci Osmanlı padşahı Sultan Məhəmməd xana bu fəthindən ötəri verilən ünvan.
Faten – (Ər.) Zəki, anlayışlı. 2.Zehni açıq, qavrayışlı. oyaq.
Fatih – Ağıllı.
Fatiq –
Fatimə – (Ər) 1.Müdrik, süddən kəsilmiş. 2.Kiçik olmayan. 3.Özü və nəsli cəhənnəmdən uzaq olmuş. – Hz. Peyğəmbərin Hz. Xədicədən dünyaya gələn ən kiçik qızının adıdır. Hicrətdən 18 il əvvəl                   605’te Məkkədə dünyaya gəlmişdir. 632-ci ildə Mədinədə vəfat etmişdir. 18 yaşında ikən Hz. Əli ilə evlənmiş, Hz. Həsən, Hz. Hüseyn, Hz. Ümmü gülsüm və Hz. Zeynəb adında dörd uşağı                 var. Rəsulullah (səs) – dən sonra 6 ay yaşamışdır. Ləqəbi Zəhradır.
Fatin (Fatinə) – Valehedici, başdan çıxardan, ovsunlayan. füsunkar.
Fatmagül – (Ər.) bax Fatma.
Fatmanur – (Ər) bax. Fatma.
Fayaz – (Ər.) Səxavətli, əliaçıq, comərd.
Fazil (Fazilə) – (Ər.) 1.Fəzilətli, fəzilət sahibi. 2.Ərdəmli, üstün. məlumatlı, bilən, mərhəmətli, ideal, ləyaqətli. 3.Başlanğıc.
Fella – Ərəb jasmini (çiçək).
Feyruz – Məhəmməd peyğəmbər (ə.m.)-ın soyundan olub, Onun zamanında yaşamış adam olan Feyruz Ed’deylemi, Yəmən tərəflərində törəyən yalançı peyğəmbər Əsvəd El’ansİ-ni öldürərək,                       fitnəni ortadan qaldıran və peyğəmbərimizin tərifini qazanan İslam qəhrəmanının adıdır.
Feysəl – Qətiyyətli, hakim, padşah.
Feyzi – (Ər.) 1. Elm, mədəniyyət. 2. Axma, suyun axıb daşması. 3. Bolluq, çoxluq, məhsuldarlıq. – Kişi və qadın adı olaraq istifadə edilir.
Feyzulla – (Ər.) Allahın feyzi, bolluğu, bərəkəti, Allahın şücaəti.
Fəcri (Fəcriyyə) – (Ər.) Səhərə qarşı günəş doğulmadan əvvəl üfüqün gündoğusu tərəfindən görülən aydınlığı, dan yerinin ağarması.
Fəda – 1.Qurban. 1.Əvəz, bələd.
Fədai – (Ər.) l.Canını əsirgəməyən, mühüm bir məqsəd uğrunda canını verməyə hazır olan. 2.Allah yoluna başqoymuş.
Fədaican – (ə.t.fi.) Canını verməyə hazır olan, canınıvermə.
Fədriyyə – Xilaskar, özünü fəda edən.
Fəhamət – (Ər.) 1.Fahimlik, ululuq. 2.Etibar, qiymət, dəyər.
Fəhim (Fəhimə) – (Ər.) Ağıllı, anlayışlı, ağıllı.
Fəhmi (Fəhmiyə) – (Ər.) Fəhmə mənsub, fehim ile əlaqədar. (bax Fəhim).
Fəxrəddin – (Ər.) Dinin təriflədiyi, diniylə öyünən. Dinin seçməsi. Fəxrəddin Razi: (Rey 1149-Horat 1209). Təfsirçi, kəlamçı. Dilçi. Fizik. Təbib.
Fəxri – (Ər.) 1.Bir qarşılıq gözləmədən yalnız şərəf və iftixar vəsiləsi olaraq qəbul edilən iş. (İş, sifət, ünvan).
Fəxri üzv; maaşsız, pulsuz və ya müəssisə üçün qürur qaynağı olan adam. 2.Məğrur, çanlı, hörmətli.
Fəxrican – Şərəfli adam, möhtərəm sevgili, əziz adam.
Fəxriyyə – (Ər.) (Bax Fəxri). İslami ədəbiyyatla, şairlərin öz xüsusiyyətlərindən, fəzilətlərindən və şairlik qüvvələrindən bəhs etdikləri şeirlər. Daha çox qəsidələrin bir hissəsi bu şəkildədir. Başqasını                  və ya özünü mədh etmək üçün yazılan şeir.
Fələk – Şəfəq.
Fənnur – (Ər.) Elmin işığı.
Fərahəngiz – (f.b.i.) Məşhur bir növü olan lalə.
Fərahət – (Fars.) Şan və şərəf. – Kişi və qadın adı.
Fərasət – (Ər.) Anlayışlılıq, tez duyum.
Fərda – (Fars.) 1.Sabah. ertəsi gün. 2.Gələcək zaman. 3.Axirət, o biri dünya.
Fərdanə – (Ər.) Təklik, tək, mütləq.
Fərdi (Fərdiyyə) – (Ər.) Fərdlə əlaqədar, ayrı-ayrı şəxslərə məxsus, tək başına edilən.
Fərəc – 1.Sevinc, xoşbəxtlik. 2.Təskinlik təsəlli. 3.Əyləncə. Qəm, dərd və sıxıntıdan xilasolma. 2.Zəfər.
Fərəh – (Ər.) 1 Könül açıqlığı. 2.Sevinc, sevinmə. 3.Qürür.
Fərəhnaz – (Fars.) Nazlı qız.
Fərəhşan – 1.Sevinc verən. 2.Fərəh saçan.
Fərəz – Əzəmətli.
Fərhad – (f.h.i.) Anlayan, başa duşən. – Fərhad və Şirin adı ilə məşhur olan köhnə bir hekayənin kişi qəhrəmanı olub Şirinin aşıqıdır.
Fərhanə – Xoşbəxt.
Fərxan – (Ər.) 1.Sevincli, xoşbəxt. 2.Şən, məmnun.
Fərid (Fəridə) – (Ər.) Tək, bənzərsiz, tayı olmayan, müqayisə edilməz, ölçüsüz, üstün, nadir, misilsiz, yeganə.
Fərinə – Xoşbəxt, sevincli, razı.
Fərman – (Fars.) 1.Əmr, buyuruq. 2.Padşah tərəfindən verilən yazılı əmr, buyuruq, hökm, göstəriş.
Fərrux – (Fars.) 1.Uğurlu, müqəddəs. 2.Mübarək. 3.İşıqlıq insan, müdrik, cəsarətli. 2.Həqiqəti yalandan ayıran.
Fərzan (Fərzanə) – (Fars.) 1.Elmli və hikmətli. Ağıllı. 2.Alim, bilikli, görkəmli. 3.Hakim, filosof.
Fəsahət – (Ər.) Açıqlıq, duruluq. – Kişi və qadın adı olaraq istifadə edilir.
Fətanət – (Ər.) Zehin açıqlığı, zehinin yaradılışdan bir şeyi tez və yaxşı qavraması. Peyğəmbərlərə məxsus beş sifətdən biridir.
Fəthi – (Ər.) – Fəthə mənsub. Fəth haqqında yazılan qəsidə.
Fəthiyyə – (Ər.) ( bax. Fəthi ) Qələbə, qələbə yeri.
Fəthulla – (Ər.) Dinin açılması. Yaşamağa başlamaq. Allahın Nüsrəti.
Fəttah – (Ər.) 1.Açan, açıcı, zəfər qazanmış, üstün gəlmiş. 2.Qullarının bağlı işlərini açan, Cənabi-Haqqın adlarından.
Fəvzi – (Ər.) 1.Qurtuluşla əlaqədar. 2.Zəfərə aid. 3.Qalib gələn, üstün olan.
Fəvziyyə – (Ər.) 1.(bax Fəvzi). Sultan Mahmud tərəfindən köhnə adalar mövqeyinə verilən ad.
Fəyaz – (Ər.) Comərd.
Fəyyaz – (Ər.) 1.Çox faydalı, çox səmərəli. 2.Feyz, bərəkət və bolluq verən.
Fəzıi – (Ər.) 1.Dəyər, üstünlük, yaxşılıq, fəzilət, lütf. 2 Çox, çox, artıq, baki. 3.İki ədədin bir-birindən olan
fərqləri. 4.Elm və mədəniyyət sahibi. 5.Alicənab, ehsan, comərd. 6.Yetkinlik.
Fəzilət – (Ər.) 1.İnsanda yaxşılıq etməyə və pislikdən çəkinmək olan davamlı və dəyişməz istedad, gözəl xüsusiyyət. 2.Adamı, əxlaqlı və yaxşı hərəkət etməyə yönəldən mənəvi qüvvət. 3.İnsanın                 yaradılışındakı yaxşılıq, yaxşı xasiyyət, ərdəm. 4.Yaxşı məna, iffət. – (Bax Ərdəm).
Fəzilulla – (Ər.) Allahın fəzli, ərdəmi, lütfü.
Fəzzan – (Ər.) Böyük Səhrada, Trablus ölkəsinin cənubunda bir ölkə. – Kişi və qadın adı olaraq istifadə edilir.
Fida – Bağışlanma, azad olma.
Fidan – (Yun.) 1.Yeni yetişən körpə ağac. Pöhrə, budaq. 2.Fidan boylu: İncə uzun mütənasib.
Fidda – Gümüş.
Fidail – (Ər.) Yaxşılıq edən.
Firdovsi – Cənnətə layiq olan.
Fikrət – Düşünmə,
Fikrət – (Ər.) 1.Fikir, düşüncə, fikirləşmə. 2.İdrak. 3.Zehin, ağıl. 4.Murat, məqsəd, niyyət.
Fikriyyə – Ağıllı.
Firat – (Ər.) 1.Şirin su. 2.Türkiyənin ən uzun çayı.
Firayə – (Ər.) Gözəl.
Firdovsi – (Ər.) 1.Cənnət, 2.Bostan, bağça. – Firdovsi: İranın milli dastanı olan “Şeyxnamə”- nin müəllifidir. 934-1020 illər arasında yaşadığı təxmin edilir.
Firəngiz -Yaradan, doğuran
Firudin – (Fars.) 1.Səkkizinci göy. 2.Pişdadilərin 6-cı padşahı olub Cəmşid sülaləsindən dəmirçi Gavenin. 3.Yaranmiş, yaradilmiş.
Firqət – Ayrılıq, fəraq
Firuz – (Ər.) Məsud, xoşbəxt, sevincli, fərəhli, uğurlu, yaxşı bəxtli. Qalib gələn.
Firuzə – (Ər.) 1.(bax Firuz). 2.Açıq mavi rəngli qiymətli bir üzük daşı. 3.Açıq yaşıl, dağ yaşılı ilə göy mavisi arasında və bal şamı parlaqlığına oxşayan qiymətli daş.
Fitnət – (Ər.) Zehin açıqlığı. Zehnin hər şeyi tez anlayışı. Türk şairlərindən məşhur bir İslam xanımının adıdır. Əsl adı Zübeydədir.
Fizzə – Gümüş
Flora – Cicək, cicəklənən(Latıncadan).
Fuad – (Ər.) Ürək, qəlb, könül.
Füzulu – (Ər.) 1.Ədəbə muxalif. 2.Boşuna, yersiz, lazımsız, haqsız. 3. Boşboğaz lazımsız işlərlə məşğul olan. 4. Səlahiyyəti olmadığı halda başqası adına qənaətdə olan. – Füzuli Məmməd: XVI.                   əsrdə yaşamış böyük türk şairlərindən. Çağatay ədəbiyyatı da daxil olmaq üzrə, Türk ədəbiyyatının bir çox sahələrində qüvvətli təsir və nüfuza sahibidir. Türkcə, ərəbcə, farsca, mənzum,               mənsur bir çox əsərləri vardır. Bunlar arasında “Leyla və Məcnun” məsnəvisi çox məşhurdur.


G


Gəncay – (Tür.) Ayın bir həftəlik olana qədər ki şəkli, hilal.
Gəncyaz – (Tür.) İlk bahar. Kişi və qadın adı olaraq istifadə edilir.
Gilşah – (Fars.) 1.Palçıq şah. 2.Palçıqan yaradılan Hz. Adəmin ləqəbi. 3.Farsların nağıl qəhrəmanı. Keyyummersin ləqəbi. – Kişi və qadın adı olaraq istifadə edilir.
Gövhər – (Fars.) 1.Qiymətli daş. 2.Almaz. 3.Bir şeyin əsli, əsası. Cəvahirat, həyat bəxş edən.
Göydoğan – (Tür.) Şimal yarımkürədə yaşayan bir doğan növü.
Göycə – (Tür.) 1.Göylə əlaqədar göyə aid, səmavi. 2.Mavi, göy rəngə çalan. 3.Gözəl xoş gözəl, lətif. 4. Dəbdəbəli.
Göyçək – (Tür.) 1.Gözəl, çox gözəl. 2.Xoş, sevimli, cana yaxın, cazibədar. 3.İncə, narın, zərif.
Göysel – (Tür.) Səmavi yağış. – Göylə qarşılığı olaraq istifadə edilən uydurma kəlam.
Göysevim – (Tür.) Sevimli göy.
Göysu – (Tür.) 1.Türklərin yaşadığı bir çox axar suya verilən ad. 2.Adanadan gələrək Aralıq dənizinə tökülən Seyhan çayının əhəmiyyətli qollarından. – Kişi və qadın adı olaraq istifadə edilir.
Göysün – (Tür.) Minboğa dağlarından Elbistanın cənub qərbində Seyhan çayına qarışan çay. – Kişi və qadın adı olaraq istifadə edilir.
Göyşən – (Tür.) Göylə əlaqədar, işıqlı, işıqlı göy, uydurma bir söz.
Göytəkin – (Tür.) Yeni başaq meydana gətirmiş əkin. – Kişi və qadın adı olaraq istifadə edilir.
Göytəpə – (Tür.) Mavi təpə.
Gurçinar – (Tür.) Çox böyümüş, inkişaf etmiş, səpilmiş.
Gurxan – (Tür.) 1.Xanlar xanı. 2.Qara-Xitay şahzadələrinə verilən ünvan.
Gurqan – (Tür.) 1.Bol qan. Gənc, təzə, inkişaf etmiş, səpilmiş.
Gursu – (Tür.) Təmiz, pak, sürətli su. – Kişi və qadın adı olaraq istifadə edilir.
Gülabaın – Hamıdan göycək.
Gülabi – (Fars..) Gül suyu.
Gülafət – (Fars.) Nəfəs kəsən gözəlliklə. – Gül və afət sözlərindən meydana gəlmiş bir addır.
Gülağa – Gül qoxulu aga (bəy).
Gülarə – Çiçəklə, güllə bəzədilmiş.
Gülay – “Gül” və “Ay” sözlərindən birləçnış ad.
Gülbahar – (Fars.) 1.Bahar gülü. 2.Əbru sənətində istifadə edilən tünd qırmızı rəngdə torpaq.
Güləhməd – (Ər.Tür.) Tanınmışın, məşhurun qulu.
Gülxan – (Fars.) Gül evi, atəşxanə.
Gülxanım – (Tür.) 1.Yaxşı xasiyyətli, nəzakətli xanım. 2.Gül üzlü xanım.
Gülbanu – (Fars.) Gülxanım. Gül kimi gözəl qadın. Gül xatun.
Gülbədən – (Fars.) Zərif, incə bədənə sahib. Gülbən Bəgüm, Babur şahın qızı.
Gülbəyaz – (t.f.) Ağ gül..
Gülbin – (Fars.) Gül kökü, gül bitən yer.
Gülbiz – (Fars.) Gül səpən, gül səpilmiş.
Güldam – Qızılgül ətirli.
Guldəhan – ( Fars.) Gül ağızlı, ağızı gül kimi olan.
Güldəstə – (Fars.) Çiçək dəstəsi. – Türk musiqisində mürəkkəb mövqelərdən.
Gülcahan – (Tür.) Dünyaya, aləmə əvəz gül.
Gülcan – Qəlbin gülü.
Gülcə – (Fars.) Gülcük, kiçik gül.
Gülçiçək – (Fars) Qızıl gül, güllü – çiçəkli.
Gülçin – (Fars.) Gül yığan, gül dərən, gül toplayan.
Güldanə – (Tür.) Yeni açmış gül, qönçə.
Güldəstə – 1.Gül dəstəsi, dəmət. 2.Minarə.
Güləfşan – Gül saçan.
Güləhməd – (Ər.-Tür.) Məşhurun qulu.
Gülənay – (Tür.) Davamlı gülən, Ayyüzlü adam.
Güləndam – (Fars.) Gül bədənli, gül bədən gül boylu, nəzakətli, gözəl bədənli.
Gülənnur – (Tür.) Gülməsiylə ətrafı işıqlandıran, işıq saçan kimsə.
Gülər – (Tür.) Gülən, sevincli, xoşbəxtlik, sevinc.
Güləsən – Sağlam gül.
Gülfam – (Fars.) 1.Gül rəngli. 2. Gül kimi qırmızı olan.
Gülfiyyə – Gülə oxşayan.
Gülgəz – Al, qırmızı.
Gülgün – (Fars.) 1.Gül rəngli, gül rəngində, çəhrayı, 2.Gül günü.
Gülhəyat – (Tür.) 1.Xoşbəxt, dinc bir həyat. 2.Gül kimi gözəl həyat.
Gülqız – (Tür.) Gülə bənzəyən qız.
Gülqönçə – (Fars.) Açılmamış gül.
Güllü – (Tür.) 1.Gülü olan. 2.Gül naxışlı (parça). – Daha çox ənənəvi istifadə olunan.
Gülməşəkər – (Fars.) Bir növ gül dadlısı.
Gülnamə – (Fars.) Sevgiliye yazılan məktub, qəsidə.
Gülnar (Gülnarə) – ( Fars.) 1.Nar gülünə bənzər çiçək açan gül, nar çiçəy. 2.Güllü, çıçəkli.
Gülnaz – (Fars.) 1.Gül üzlü qadın. 2.Gül kimi, nazlı qadın. – Birləşmiş ad.
Gülnur – (Tür.- Fars.) Ətrafına işıq saçan, işıqlandıran gü, gül kimi işıqlı.
Gülpəri – (Fars.) Gül kimi qız, gül kimi gözəl qız.
Gülranə – (Fars.) Gözəl gül, xarici sarı içi qırmızı rəngdə olan bir gül növü.
Gülriz – (Fars.) 1.Gül saçan, gül səpən. 2.Məşhur bir lale növü.
Gülrüxsar – (Fars.) Gül yanaqlı.
Gülsevim – (Tür.) Sevimli, gözəl, xoş görünüşlü gül.
Gülsərən – (Tür.) Gül yığan, gül paylayan.
Gülsona – (Tür.) Gül kimi cazibədar qadın. Gözəl sevimli.
Gülsu – (Tür.) Gül rəngli su, təzə su.
Gülsüm – Məhəmməd peyğəmbərin qızının adı.
Gülsüm – (Tür.) 1.Girdəsifət, toppuş. 2.Hz. Peyğəmbər (s.ə.s.) – ın qızlarından birinin adı.
Gülşah – (Fars.) 1.Güllərin şahı. 2.Varakanın sevgilisi, nağıl qadın.
Gülşən – (Fars.) Gülbaxçası, gülüstan, gülizar, çəmənlik, güllük.
Gültəkin – (Tür.) Gənc, cavan, nəzakətli, təravətli, tər-təmiz.
Gültən – (Fars.) Gül bədənli, gül bədənli.
Gülüstan – (Fars.) Güllər ölkəsi, güllü-çıçəkli diyar, gül bağçası, güllük, çıçəklik.
Gülzar – (Fars.) Gül baxçası, gül tarlası, güllük, çəçəklik.
Gümanə – (Ər.) Tək inci mənasında. Hz. Əli (ra) – nin bacısı və Rəsulullahın əmisinin qızı olan xanım səhabə.
Günay – (Tür.) 1.Gündüz, gün işıqlığında ay, işıq, nur. 2.Günəş və ay, günəşlə ay.
Günel – 1.Şəhər küləyi. 2.Elin günəşi,elin gücü. 3.Günəş.
Güney – (Tür.) 1.Dörd ana istiqamətdən biri. 2.Günəşin işıqlandırdığı tərəf, cənub. – Kişi və qadın adı olaraq istifadə edilir.
Günəş – (Tür.) 1.Ətrafındakı sistemə aid planetlərin ətrafında döndüyü, işıq və istilik yayan böyük göy cisimi, şəms. 2.Səxavət hökmdarı.
Günsel – (Tür.) Sürətli axan sel.
Güray – (Tür.) Yeni doğulan ay.
Güvən – (Tür.) 1.Qorxu və şübhə duyğusundan uzaq. 2.İnanma və bağlanma duyğusu. 3.Ürəklilik, cəsarət. – Kişi və qadın adı olaraq istifadə edilır.

H


Habil – 1.Kədər, qəm. 2. Hz. Adəmin oğullarından, Qabilin qardaşı. Qabil tərəfındən öldürülmüşdür. Yeryüzünde ilk öldürülen kişidir.
Hacı – Məkkəni ziyarət etmiş adama verilən ad.
Hadi – (Ər.) 1.Yenilənə kömək edən, kömək. 2.Hidayət edən, doğru yolu göstərən, bələdçi, rəhbər, lider, başçı. 3.Qabaqda gedən kimsə. 4.Nizə ucu.
Hadisə – (Ər.) Əhvalat, macəra, vaqiə.
Hafidə – (Ər.) Qız nəvə.
Hafiq – (Ər.) Oğlan nəvə.
Hafiz (Hafizə) – (Ər.) 1.Saxlayan, qoruyan. 3.Qayğıkeş. 2.Quranı əzbər bilən adam.
Haifə – Yaraşıqlı, gözəl bədənə malik olan.
Hakim (Hakimə ) – (Ər.) 1.Məhkəmə sədri. 2.Yarışı idarə edən. 3.Hökm edən, hökm verən. 2.Başda olan,
üstün gələn. 4.Qubernator, vali.
Haqverdi – Inam, haqq.
Hamil – (Ər.) 1.Yüklü, hamilə. 2.Sahib, malik. 3.Daşıyan. 4. Güdən.
Hamiyə – (Ər.) 1.Himayə edən, qoruyan, meşəbəyi.
Hani – 1.Xoşbəxt, razı, heyran olmuş. 2. Arvadını boşamış ər və ya ərindən boşanmış qadın.
Haniyə – Razı, xoşbəxt.
Harun – (Ər.) 1. Baş kahinin adı 2. İnadkar, tərs, özbaşına 3. Peyğəmbər adı. 4.Quran-ı Kərimdə bəhs edilən peyğəmbərlərdəndir. Musa Peyğəmbərin böyük qardaşı. Fironun oğlan uşaqların                        öldürülməsi əmrini qaldırdıqdan sonra doğulmuşdur. Hz. Musadan 3 il sonra doğulduğu deyilir.
Hasim – Sındıran, sınan.
Heybət – (Ər.) 1.Qorxu, dəhşət. 2.Hörmət, izzət. 3.Ləyaqət, etibar, nüfuz. 4.İnsanlarda qorxu ilə birlikdə
hörmət oyandıran görünüş.
Heyran – (Ər.) 1.Çaşmış, çaşıb qalmış, çaşqınlığa düşmüş. 2.Çox tutqun. 3.Həddindən artıq dərəcədə sevgi duyan.
Heyrat – Təəcüblü, qeyri-adi.
Heyrət – (Ər.) Çaşmış, çaşıb qalmış, nə edəcəyini bilməmə.
Heydər – (Ər.) Aslan, şir.
Həbib (Həbibə) – Sevimli, sevilmiş, sevgili, dost, əziz,
Həbibulla – (Ər.) Allah tərəfindən sevilmiş.
Həcər – 1.Igid, mərd qadın. 2.Qırmızı və narıncı rəngli qiymətli daş, əqiq. 3.İbrahim Peyğəmbərin həyat yoldaşının adı.
Hədiyyə – Sovqat, hədiyyə.
Hədmiyyə – O, şəxs ki, səylə dua edir.
Həkim – (Tür.) 1.Mütəfəkkir, filosof. 2. Hikmət və fəlsəfə mutəxəssisi. 3.Bütün elmləri bilən, müdrik adam. 4.Təbib, doktor, müalicə edən, loğman.
Həqiqət – (Ər.) Doğru,gerçək, həqiqətən olmuş iş, hadisə.
Həlim (Həlimə) – (Ər.) 1.Ürəyi yumşaq, xeyirxah, mehriban, zərif, mülayım, səbirli. 2.Qisa. 3.Peyğəmbərin dayəsinin adı.
Həmid – 1.Bəyənilmiş seçilmiş. 2. Allahı sevən, Allahı tərifləyən, şükredici.
Həmidə – Tərifə layiq.
Həmidulla – Allahın təriflərinə layiq.
Həmzə – 1. İti, yandırıcı. 2.Şir, aslan.
Hənif (Hənifə) – (Ər.) l.Tək Allaha, Allahın birliyinə inanan, əsl dindar, qəlbdən inanan, həqiqətən inanan. 2.Doğru, dürüst, səmimi. 3.İslam inancına möhkəm və səmimi olaraq bağlanan. 4.Hz.                        Məhəmməd (səs) -in təbliğindən əvvəl Məkkədə tək Allaha iman gətirənlər.
Həniyə – 1.Xeyir-dua. 2.Xoşbəxt. 3.Şərab. * Kişisi öldükdən sonra evlənməyib, uşağına baxan qadın.
Hərgül – (Tür.) Gül kimi gözəl qadın.
Hərşən – Bax. Hərgül.
Həsən – Yaxşı, mehriban, gözəl, gözəllik, yaxşı davranma, yaxşılıq.
Həsgül – (Ər.) Qiymətli, bənzərsiz gül.
Həsrət – (Ər.) Ələ gəlməyən və ya əldən çıxan şeyi istəmə.
Həşim – 1.Comərdlik, ürəyiaçıqlıq. 2.Əzən, qıran, parçalayan. 3.Məhəmməd peyğəmbərin babasının adı.
Hətəm – (Ər.) 1. Möhür, üstü möhürlü üzük. 2.Ən son. 3.Xatəmul-Ənbiya: Peyğəmbərlərin sonuncusu, Hz. Məhəmməd. 5.Çox comərd olan.
Hətif (Hətifə) – (Ər.) 1.Qüvvətli, sərt və zil bir səslə təbliğ və ya dəvət edən kimsə. 2.Göz qamaşdıran. 3.Gözə görünməyən.
Hətim (Hətimə) – (Ər.) 1.Sona çatdıran, bitirən. 2.Möhürləyən, möhürləyici.
Həvva -1.Allahın Adəmdən sonra yaratdığı birinci qadın. 2.Həyat, canlı (Yəhudi adından)
Həyat – 1.Varlıq, dirilik. 2.Ömür. 3.Yaşayış. 4.Həyat.
Həzi – Ağa, cənab.
Hicran – Ayrılıq, qoyubgetmə.
Hicrə – Peyğəmbərin Məkkədən Mədinəyə səyahəti.
Hidayə – Yönəldən, İstiqamətləndirən.
Hidayəddin – (Ər.) Dinin göstərdiyi doğru yol.
Hidayət – Rəhbər, yol göstərən, lider, Haqq yoluna doğru yola girmə.
Hifzi (Hifziyyə) – (Ər.) 1.Saxlama, qoruma ilə əlaqədar. 2.Əzbərləmə, yaddasaxlama.
Hikmət – 1.Elmli, bilikli. 2.Həkimlik, filosofluq, fəlsəfə. 3.Gizli sirr. 4.Həkimanə söz. 5.Qəribə şey, əcaib.
Hikməddin – (Ər.) Dinin hikməti.
Hilal – 1.Bir-iki gecəlik ay, aypara. 2.Gözəlin ay şəklində olan qaşları, qaşları aypara kimi olan.
Himayət – (Ər.) Qoruma, qorunma.
Hisar – (Ər.) 1.Mühasirə, ətrafını qucaqlama. 2.Qala ətrafı islehkamlı bənd. – Kişi və qadın adı olaraq istifadə edilir.
Hizbulla – (Ər.) Allaha iman gətirənlər birliyi.
Hökümə – Mühakimə, hakimiyyət.
Huri – (Ər.) 1.Cənnət qızı. 2.Sevgili. – Daha çox ləqəb olaraq istifadə edilir.
Hurisər – (Ər. Fars.) Cənnət qızlarının başı, huri başı.
Huriyə – (Ər.) Coşğunluq hallarında hurilərlə buluşduqlarına inanan bir təriqət.
Huriyyə – Azad.
Huşyar – Ağıllı.
Hülya – Qiymətli şey.
Hüma – Quş, sakit yerdə yaşayan quş. 2.Sevinc verən.
Hümay – Xoşbəxtlik gətirən.
Hümeyrə – (Ər.) 1.Ağ bədənli qadın. 2.Hz. Aişənin ləqəbi.
Hüray – (Ər.Tür.Fars) Ay kimi azad, ay qədər müstəqil. – Kişi və qadın adı olaraq istifadə edilir.
Hürcan – Bax. Hüray.
Hüreyrə – (Ər.) Pişik balası. – Əbu Hüreyrə: Əshabi-Kiramdan ən çox hədis rəvayət edən səhabə. Pişik balalarını çox sevdiyi üçün bu adı aldığı deyilir.
Hürmüz – (Fars.) 1.Zərdüşt xeyir tanrısı. 2.Köhnə İran təqvimində günəş ilinin ilk günü. 3.Yupiter, Müştəri, Ərəndiz. 4.Sasani sülaləsindən. 5.Padşahın adı.
Hürrəm – (Fars.) 1.Şən, sevincli, gülərüzlü, könülaçan, təzə, xoş. 2 Bir yazı sitili. 3.Hürrəm Sultan: Qanuni Sultan Süleymanın gözəl arvadlarından. Osmanlı siyasətində təsirli rol oynayan                              xanımlardan.
Hüsaməddin – (Ər.) 1.Dinin iti qılıncı. İnamın qılıncı. 2.Mövlananın xəlifəsi olan Hüsaməddin Çələbi, Mövlananın Məsnəvidə diktə etdirdiyi adamdır.
Hürgül – (Tür.) Gül kimi azad gözəl.
Hürqan – (Tür.) Azad soydan gələn.
Hüseyn – Gozəllik,ucaliq,muqəddəslik, mehribanlılıq.
Hüsni (Hüsniyyə) – (Ər.) Gözəl, gözəllik, gözəlliyə aid, gözəlliklə əlaqədar.
Hüsnü – (Ər.) Çox gözəl.
Hüsnügül – (Ər.Tür.Fars) Gülün gözəlliyi.
Hüvarə – (Ər.) Bərbəri qəbiləsinin ən əhəmiyyətlilərindən birinin adı.
Hüveydə – (Fars) Açıq, açıq-aşkar, müəyyən, aydın, zahir.


X


Xabir – (Ər.) Məlumat verən.
Xaqan – (Tür.) 1.Köhnə Türk və Monqol hökmdarlarının istifadə adlardan biri, xanlar xanı. 2. Xaqan.
Xalid – (Ər.) Əbədi yaşayacaq, ölməz.
Xalidə – (Ər.) 1.Gözəl, qəşəng. 2. Ölümsüz, əbədi.
Xaliq – (Ər.) Yaradan, xəlq edən, İşıqçı, nur verən.
Xalıs – (Ər.) 1.Hiyləsiz. 2.Qatqısız, qarışmamış, qatışıqsız, saf. 3.Əsli, təmiz.
Xalisə – Səmimi, təmiz.
Xamis – Beşinci.
Xanədan – (Fars.) Kökdən,əzəldən, zadəgan və böyük ailə.
Xəndəgül – (Fars.) Gülün açması.
Xanım – Keçmışdə yüksək vəzifəlilərin arvadlarına verilən ad.
Xanış – İstək, arzu.
Xaris – Əkinçi.
Xanverdi – Xan verən. *Ad kimi istifadə edilməz.
Xaris – (Ər.) Əkinçi.
Xasay – Igid, ər, qəhrəman.
Xaspolad – (Tür.) Qatışıqsız, saf, polad kimi.
Xatif – Vicdanın səsi.
Xatirə – (Ər.) 1.Yada düşən şey. 2.Xatirdə qalmış şey, yaddaş. 3.Yadigar.
Xatun – (Tür.) 1.Qadın. 2.Xanım. 3.Zövcə, arvad. 4.Əvvəllər yüksək şəxsiyyətli qadınlara və ya yüksək vəzifəlilərin həyat yoldaşlarına verilən ad.
Xavər – (Fars) Günəş, şərq, gündoğan, günçıxan. Kişi və qadın adı olaraq istifadə edilir.
Xeyransa – Qadınların yaxşısı.
Xeyrat – (Ər.) Xeyriyyəçi. Savab qazanmaq üçün görülən xeyırlı işlər, yaxşılıqlar. 2.Savab üçün qurulan məcıis.
Xeyrəddin – (Ər.) Dinin xeyirli etdiyi, mübarək qıldığı insan.
Xeyri – Xeyirxah iş görən.
Xeyriyyə – Əliaçıq, xeyirxah, səxavətli, yaxşı.
Xeyrulla – (Ər.) Allahın xeyirli etdiyi kişi.
Xədicə – (Ər.) Vaxtsız, erkən doğulan qız uşağı. Hz. Məhəmməd (s.ə.s) -in ilk həyat yoldaşı.
Xəqani – Xana aid olan, hökmdar.
Xələf – (Ər.) 1) Atadan sonra qalan övlad. 2.Birirnin yerini tutan və ya tutacaq adam, varis. 3.Nəsil.
Xəlil – (Ər.) 1.Dost, sadiq dost, sirdaş, yoldaş. 2.Sevgili.
Xəndan – (Fars.) 1.Gülən, gülümcül. 2.Gülər üzlü, sevimli.
Xətif – Vicdan səsi.
Xətim – Hakim.
Xəttab – (Ər.) Odunçu.
Xəyal (Xəyalə) – 1.Fikir,düşüncə. 2.Arzu edilən,həsrəti çəkilən. 3.Əslində olmayıb gözə götünən mövhumi şey,kabus.
Xəyyam – 1.Çadırquran, çadırçı..2.Aşiq, dəlicəsinə sevən.
Xəzan – (Fars.) Sonbahar, payız.
Xəzangül – Saralıb-solmuş gül.
Xəzər – (Ər.) 1.Sabit məskəni olanların yaşadıqları məmləkət. 2.Sülh və güvən. – Kişi və qadın adı olaraq istifadə edilə bilər.
Xızır – (Ər.) 1.Yaşıl, yaşıllıq. 2.Kəhf surəsində 59-81. ayələrdə bəhs edilən və Hz. Musanın onunla görüşərək imtahan olunduğu şəxsin təfsirçilərin əksəriyyətinin üzərində ittifaqla dayandıqları ad.                       Xızır haqqında çox müxtəlif rəvayətlər vardır.
Xızırxan – (Ər.) Seyid, Seyyid sülaləsinin qurucusu, Malik Süleymanın oğlu.
Xoca – (Fars) Cənab, müəllim.
Xosrov – 1.Xoş, xeyirxah, xeyirgətirən. 2.Hökmdar, padşah. 3.Xeyriyyəçi.
Xoşəndam – (Fars.) Boy-buxunu gözəl, bədən quruluşu xoşa gələn, bədən fiquru düzgün olan.
Xoşfidan – (Fars.) Gözəl əndamlı, boylu-buxunlu qadın.
Xoşqədəm – (Fars.) Ayağı uğurlu, yerişi xoşa gələn, yerişi bəyənilən.
Xoşnigar – (Fars.) Gözəl, xoş sevgili.
Xudavəndi – (Fars.) 1.Hökmdarlıq. 2.Əfəndi, sahib, maliklik. 3.Hakim, hökmdar.
Xudayar – Allahın sevimlisi.
Xulya – (Ər.) Təsəvvür, yanıltma, xəyalına gətirmə.
Xumar – Yaraşıqlı, alagözlü.
Xuraman – Ucaboylu, incə, qamətli.
Xurşid – (Fars.) Günəş, Mehri, şəms.

İ


İbad – Qul, nökər,bəndələr, qullar/
Ibadulla – (Ar.) 1.Allahın qulları. 2.Çox, lap çox.
İbiş – (Tür.) 1.Orta oyunlu və kukla tiplərində gülünc şəxs. 2.Sərsəm. Daha çox qoyma ad olaraq istifadə edilir.
İbrahim – (Ər.) 1.İnananların atası. Ulu, əcdad. 2.Hüquqların atası. 3.Quranda adı keçən İbrahim peyğəmbər.
İbrət – (Ər.) 1.Bir hadisədən, pis bir vəziyyətdən dərs almaq. 2.İbrət alınacaq hadisə, iş, əcaib, qəribə.
İbrin – (Ər.) Üzü parlaq, gözəl olan sevgili.
İbşar – (Ər.) Müjdə vermə, müjdələmə, muştuluqlama. – Kişi və qadın adı olaraq istifadə edilir.
İbticam – Gülümsəyən.
İbtixac – Sevinc, həzz.
İbtixal – Dua.
İcabət – (Ər.) 1. Qəbul etmə, qəbul edilmə. 2. Razı olma, uyma.
İcad – 1.Kömək edən, sevinc gətirən. 2.Kəşf, yeni bir şey yaratmaq.
İcaf – Sadələşdirilmə, kömək.
İcar – Heyranedici, əsir edən, valeh edən.
İcazət – (Ər.) 1.İcazə, sənəd. 2 Diplom.
İclal – Hörmət, şərəf.
İcmal – (Ər.) 1.Ümumiləşdirmə. 2.Xülasə. 3.Cəm, toplama. – Kişi və qadın adı olaraq istifadə edilir.
İdxar – Tiftik, narın tük.
İdlal – (Ər.) Nazetmə, Nazlanma, artıq dərəcədə Nazlanma.
İdrak – 1. Anlama, qavrama, dərketmə. 2.Yetişmə. 3.Anlayış, qavrayış, dərk.
İdris – Oxuyan, dərs edən.
Ifdal – (Ər.) 1.Lütf və hədiyyə. – Kişi və qadın adı olaraq istifadə edilir.
İffət – (Ər.) 1.Təmizlik. 2.Namus.1.Namus, irs. 3. Mənəvi təmizlik,əxlaqi saflıq. İsmətli, əxlaqlı.
İfxar – (Ər.) Şərəflənmək, üstün etmə.
İftixar – Qürur, şöhrət.
İğdəmir – (Tür.) Dülgərlikdə deşik açmaq üçün istifadə olunan dəmirağacdan alət.
İxlas – (Ər.) 1.Xalis, təmiz doğru sevgi. 2.Könüldən gələn dostluq, səmimiyyət, doğruluq, bağlılıq. 3 Quran-i Kərimin 112 -ci surəsinin adı.
İxtiyar – Qoca, yaşlı, nurani.
Ikram – (Ar.) 1.Hörmət, əzizləmə hörmət göstərmə, qürur, qonaqpərvərlik, comərdlik, hörmət, izzət. 2.Ağırlama. 3.Hörmət əlaməti olaraq bir şeyi hədiyyə olaraq vermək. 4.Hesab ediləndən xaric                 araşdırma. – Kişi və qadın adı olaraq istifadə edilir.
İkramulla – (Ər.) Allahın ikramı, neməti, hədiyyəsi.
İqbal – (Ər.) 1.Birinə doğru dönmə. 2.Bəxtt-taleh. Yaxşı taleyi olan, işi yaxşı gətirmə. 3. Bir şeyə maraq,həvəs. 4.İrəlı çıxma. 5.Yaxınlaşma. 6.İşlərin yolunda getməsi, bəxtli, səadətli, xoşbəxt                       olmaı. 4.Arzu, istək. – Kişi və qadın adı olaraq istifadə edilir.
İqbar – (Ər.) Böyük, ulu görmə, görülmə. – Kişi və qadın adı olaraq istifadə edilir.
İqdam – (Ər.) 1.İrəliləmə. 2.Irəliləmək üçün çalışmaq – Kişi və qadın adı olaraq istifadə edilir.
İqlim – (Yun.) Bir ölkə ya da bölgənin orta hava vəziyyətini təyin edən meteoroloji hadisələrin hamısı. -Kişi və qadın adı olaraq istifadə edilİr.
İqsir – (Ər.). 1.Orta əsrlər kimyaçılarının fövqəladə təsirli gücdə saydıkları cisim. 2.Təsirli. 3.Ən təsirli səbəb. – Kişi və qadın adı olaraq istifadə edilir.
İlahə – 1.Ilahi, varlıq. 2. İslamiyyətdən öncə qadın cinsindən olan büt.
İlbada – Mərhəmət, sitayiş, dua.
İlbaşı – (Tür.) Selçuklularda kənd idarəçisi.
İlbəy – (Tür.) Bir müddət “qubernator” qarşılığında rəsmi olaraq istifadə edilən uydurma söz.
İldırım – (Tür.) 1. Böyük işıq parlaması və göy gurultusuy ilə ortaya çıxan buludlar arasında və ya buluddan yerə elektrik boşalması. 2. Şiddətli, sürətli, tez! İldırım hərəkatı. 3.Mubarize,                              yenilməzlik. 4.Məşhur Osmanlı padşahı: Yıldırım Bəyazid.
İlgi – (Tür.) 1.İki obyekt arasındakı bağ, əlaqə. 2.Kimyada bir cisimin başqa bir cisimlə birləşməyə olan meyli. – Kişi və qadın adı olaraq istifadə edilir.
İlgü – (Tür.) Əngəl, maneə. – Kişi və qadın adı olaraq istifadə ediləir.
İlgül – (Tür.) 1.Ölkənin gülü. 2.Çox gözəl qadın.
İlkbahar – (Tür.) İlin ilk mövsümü, bahar.
İlkcan – (Tür.) İlk doğulan uşaqlara verilən ad.
İlkənan – (Tür.) Yeni qanunlar, qanunlar qoyan hökmdar, idarəçi.
İlkər – (Tür.) İlk doğulan oğlan uşaqına verilən ad.
İlkim – (Tür.) İlk doğulan uşaqlara verilən ad. – Kişi və qadın adı olaraq istifadə edilir.
İlkin – (Tür.) Birinci, ilk, əvvəl, əvvəlcə *Uydurma bir söz. – Kişi və qadın adı olaraq istifadə edilir.
İlknaz – (Tür.) İlk doğulan qız uşaqlarına verilən ad.
İlknur – (Tür.) İlk ay, ayın ilk halı.
İlksel – (Tür.) Uzun müddət uşağı olmayanların, daha sonra ekiz və ya üç uşaqları olduqda verilən ad. -Kişi və qadın adı olaraq istifadə edilir.
İlksər – (Tür.) İlk baş, ilk öncə, birinci.
İlkyaz – (Ər.) Yaz, yaz əvvəllərində doğulanlara verilən ad.
İlqar – Vəd, vəfa, əhd, söz vermə.
İlmaz – Cəsur, qoçaq.
İlmi – (Ər.) Elmlə, məlumat ilə əlaqədar.
İlmiyyə – (Ər.) Elmə aid, elmə mənsub.
İltifaf – (Ər.) 1. Sarınma, bürünmə, örtünmə. .
İltifat – (Ər.) 1. Üzünü çevirib baxma. 2. Diqqət. 3. Xatirlayıb soruşma, könül almaq. – Kişi və qadın adı
olaraq istifadə edilir.
İltimas – Xahiş, rica.
İlyas – İlahi qüvvə, köməyə gələn.
İmam – (Ər.) 1. Namazda özünə tabe olunan kimsə. 2.Qabaqda olan, təşəbbüskar olan kimsə. 3.Xəlifə. Dövlət başçısı. 4.Məzhəb quran yüksək dərəcəli alim. 5.Hz. Əli nəslindən gələn. 6.İmam-ı                        Əzəm: Hənəfiyyə məzhəbinin qurucusu.
İmadəddin – (Ər.) 1.Dinin dirəyi.
İmaq – İnam.
İman – Təsdiq etmək, həqiqiliyinə inanmaq.
İmdad – (Ər.) 1. Kömək edən. 2. Yardıma göndərilən qüvvət.
İmran – 1.Evinə bağlı qalan. 2.Hz. Məryəmin atası, Ali-İmran: İmran ailəsi. Musa, Harun-Məryəm və İsa. – Quran-i Kərimin 3-cü surəsi.
İmtizal – Başıqapazlılıq, itaət.
İnac – Ünsiyyətçillik.
İnam – Əminlik, əmin olmaq.
İnayə ( İnayət) – Qayğı.
İnayət – (Ər.) 1.Diqqət. 2.Səy, etina etmə. 3.Lütf, ehsan, iyillik.
İnayyə – Qayğı, diqqət.
İnsaf – Ədalət, bərabərlik.
İnsar – Qalib.
İncisər – (Tür. Ər. Fars) Baş inci, ən gözəl inci.
İnarə – (Ər.) Nurlandırma, işıqlandırma. – Kişi və qadın adı olaraq istifadə edilir.
İncə – Nazik, zərif.
İnci – (Tür.) 1.İstridyə cinsindən olan dəniz heyvanlarının içindən çıxan parlaq, yumru və zinət əşyası olaraq istifadə edilən qiymətli daş. 2.Kiçik, təmiz və sevimli. 3.Qiymətli.
İncifəm – (Tür. Ər. İb.) İnci kimi gözəl ağızlı.
İncilay – (Tür.) Ayın ən incə olan zamanı. – İnci və ay sözlərindən birləşmiş ad.
İncilə – (Ər.) 1.Parlama, cilalama. 2.Görünüş, müəyyən olma. 3.Parlaqlıq, işıq.
İnçiraq – (Ər.) 1.Çatlayıb yarılma, yarıq olma. 2.Parlama. – Kişi və qadın adı olaraq istifadə edilir.
İndira – (Ər.) 1.Müdaxilə. 2.Önə keçmə. 3.Bulud altından sıyrılma. – Kişi və qadın adı olaraq istifadə edilir.
İnqilab – Çevriliş, qiyam, dəyişiklik.
İnsaf – Ədalət, mərhəmət.
İnşilal – (Ər.) 1.Şelale meydana gətirmə. 2.Şiddətlə tökülmə, atılaraq axma. – Kişi və qadın adı olaraq istifadə edilir.
İnşirah – (Ər.) 1.Açılma. 2.Açıqlıq, fərəhlık. – Quran-ı Kərimdə bir müddət adı. – Kişi və qadın adı olaraq istifadə edilir..
İntiqam – Əvəz, qisas.
İntizam – Nizam. qayda, səliqə.
İntizar – Gözləmə, həsrət çəkmə.
İradə – 1.Əzmkarlıq, təmkinlik. 2.İstək, dilək. 3.İxtiyar. 4.Hökm, fərman.
İrfan – (Ər.) 1.Bilmə, anlama. 2.Gerçəni sezmə, anlayış gücü. 3.Dini gerçək və sirrlə biliş. 4.Mədəniyyət. -Kişi və qadın adı olaraq istifadə edilir.
İrfat – (Ər.) Yardım etmə, bir şey vermə.
İrgün – (Tür.) Səhərin erkən saatları. – Kişi və qadın adı olaraq istifadə edilir.
İrşad – (Ər.) 1.Doğru yolu göstərmə, xəbərdar etmə. – Kişi və qadın adı olaraq istifadə edilir.
İsa – (Ər.) Allahın köməyi. 2.Allah xilas edəcək. 3.Əliaçıq. 4.Dörd böyük peyğəmbərdən biri. Dörd böyük kitabdan İncilin özünə göndərildiyi. Fironlarla möhtəşəm mübarizə aparan böyük                                  peyğəmbər. Quranda 25 yerdə adı keçməkdədir.
İsabət – (Ər.) 1.Düşmə. 2.Düşmə, çıxma. 3.Dəyme, tutma. 4.Yerindelik, yazılmazlık. – Kişi və qadın adı olaraq istifadə edilir.
Isaqulu – (Tür.) İsanın qulu.
İsfəndiyar – (Fars.) 1.İran mifologiyasında adı çəkilən hökmdarın adı. 2.Müqəddəsin hədiyyəsi.
Isilay – Parlaq ay.
İskəndər – (Ər.) Havadar, müdrik hökmdar, qalib gələn, müdafiəçi, qalib. 356-323 illər arasında yaşayan və 20 yaşında hökmdar olan Makedoniya kralı, Aristteldən dərs almışdır. Yunanıstan, İran,                    Anadolu, Suriya, Misir, Hindistanı zəbt edən hökmdara, Böyük İskəndər ləqəbi verilmişdir. 33 yaşında ölmüşdür.
İshaq -Təbəssüm, gülüş.
İslam – (Ər.) Tanrıya itaət, Allaha təslim olmaq, Allaha sadiq.1.Məhəmməd (səs) -ə nazil olan və özü tərəfindən insanlığa təbliğ edilən din, Allahın ən son dini. 2.Allaha təslim olma, onun əmrlərinə                  tabe olub, qadağan etdiklərindən qaçınma.3.Yaxşı dolanma, sülh içində olma.
İsmayıl – (Ər.) Hz. İbrahim (ə.s) -n oğlu. İbrahim (ə.s) onu Allaha qurban olaraq həsr etmiş və sözündə durmaq üçün hərəkətə keçmişdir. 1.Allahın qulu (Yəhudi). 2.Allah tərəfindən eşidilmiş,                          (Allah eşidir) -(ərəblərin ulu babası hesab edilir)
İsmət – (Ər.) 1.Məsumluq, özünüsaxlama; müdafiə. himayə, təəssüb günahsızlık, təmizlik. 2.Haramdan namusa toxunan hallardan çəkinmə. – Kişi və qadın adı olaraq istifadə edilir. Peyğəmbərin                     sıfətlərındəndır.
İsmətulla – Allahın himayəsi altında olan.
İsmixan – (Ər.) Hökmdar adları. – Kişi və qadın adı olaraq istifadə edilir.
İsminaz – (Ər.Tür.Fars) 1.Naz adında. 2. Çox nazlı olan.
İsminur – (Ər.) Nur adını alan.
İsrafil – (Ər.) Dörd böyük mələkdən sura üfürme vəzifəsi verilən mələk.
İsrail – (İbr.) Yaqub peyğəmbərin ləqəbi. Sonradan onun soyundan gələnlər İsrailoğullan deyə anılmışlardır.
İsrailoğullan, Quranda çox sıx istifadə edilən bir addır.
İstəgül – Arzu olunan gül, istənilən gül.
İstək – Arzu, dilək.
İşcan – (Tür.) İşi sevən, çalışqan.
İşfaq – Rəhm.
İşraq – Şəfəq.
İşvə – (Ər.) Gözəllərin könül oxşayan, könül aldadıcı, nazlı davranış.
İttifaq – (Ər.) İttifaq, birləşmə.
İyisan – (Tür.) Yaxşı adla xatırlanan, yaxşı tanınan kimsə. – Kişi və qadın adı olaraq istifadə edilir.
İzafə – Artım, əlavə.
İzar – Üstün tutma.
İzhar – (Ər.) Göstərməsin, meydana çıxarma.
İzxanım – (Tür.) Yaxşılıq, gözəlliyin hakimi, idarəçi.
İzza – Güc, qüvvət .
İzzət – (Ər.) 1.Dəyər qiymət ucalıq, ululuq. 2.Qüvvət, qüdrət. 3.Hörmət, sayğı, ikram.1.Güc,cah-cəlal. 2.Əzizlik, əziz olma. 3.Qədir, etibar.
İzzəddin – (Ər.) 1.Dünənin qiyməti, qüdrət, it. 2.Əsl şəkli “İzzüddin” dir.
İzzi – (Ər.) Səbirli, dözümlü kimsə.

J


Jalə – Şeh,Şəbnəm.
Jasmin – (Ər.) Gul adı, Jessamin sözünün arxalıq forması, Allahdan hədiyyə
Jalə – (Fars.) Gecə meydana gələn və səhər çiçəklər üzərində görülən su damlacı, şəbnəm.
Jiyan – (Fars.) Coşmuş, kükrəmiş, qızğın.
Jüldə – (Fars.) 1.Qarışıq,qarmaqarışıq,dağınıq. 2.Dərinlik.


K


Kafiyə – (Ər.) 1.Şeirdə, misra sonunda iştirak edən sözlərin səs bənzərliyi, səs uyğunlaşması,qafiyə. 2.Köhnə nəsrimizdə zaman-zaman yer alan səs bənzərliyi və uygunluğuna söykənən sənət..
Kainat – (Ər.) 1.Var olanların hamısı.Varlıqlar.Yer göy.
Kamal – 1.Kamil, ağıllı.
Kamalə – Yetkinlik, bitkinlik, nöqsansızlıq, tamlıq, insanın yaxşı və mükəmmək savada malik olması.
Kamandar – (Fars.) Yay tutan, yay tutucu.
Karmen – (Fars.) Parlaq qırmızı rəng.
Kamil (Kamilə) – 1.Yetkin, kamala çatmış, bütün, tam, nöqsansız. 2.Elmli, bilikli savadlı, elmli. 3.Bitgin, təcrübəli.
Kamran – (Fars.) 1.Arzusuna çatan, İstəyinə nail olan. xoşbəxt. 2.Qüdrətli iqtidarlı.
Kazbek – (Ər.Tür.) Knyaz Kazbekin şərəfinə.
Kazım – (Ər.) Dözümlü, səbirli, hövsələli, dözümlü, susqun.
Keşvər – Ölkə.
Kəbir (Kəbirə) – (Ər.) 1.Böyük, ulu əzim. 2.Yaşca böyük, yaşlı, Yaçlı,qoca. 3.Uşaqlıqdan çıxmış gənc. 4.Böyük günah, böyük cinayət, ciddi səhv. 5.Mühüm, ciddi. 6.Allahın adlarından. Əbdülkəbir                             şəklində istifadə edilməlidir.
Kəbutər – (Fars Göyərçin.
Kəklik – Yaraşıqlı, zirək, incə.
Kələntər – Rəhbər, böyük, yaşlı, basçı.
Kəmal (Kəmalə) – Bitkinlik, yetkinlik, insan ömrünün yetkinlik dövrü (30-50 yaşlar arasında)
Кəмаləddin.
Kəmaləddin – (Ər.) 1.Dində kamilliyə çatan, dinin son dərəcəsi. inamın (İlahi) kamilliyi. 2.Din məlumatı qüvvətli olan.
Kəmyab – (Fars.) Az olan, nadir.
Kənan – Gözəl oğlan.
Kənana – (Ər.) 1.Hz.Yaqubun məmləkəti, Fələstin. 2.Yusuf-i Kənan: Hz. Yusuf. – Pir-i Kenan: Hz. Yaqub. Hz. Nuhun iman etməyən oğlunun adının da Kənan olduğu rəvayət edilir.
Kəntər – (Tür.) Şəhərli.
Kəram – (Ər.) 1.Comərdcə, əli açıqlara xas. 2.Soylular, ulular, şərəflilərlə ilgili.
Kəraməddin – (Ər.) 1.Kərəm, hədiyyə, ehsan, lütf sahibi. 2.Dində üstün mərtəbələrə çatan. 3.Kəramət sahibi.
Kəramət – Ər.) 1.Birinə qarşı ikram etmək. 2.Allahın bir kimsəyə comərdliyi, lütfü, himayəsi və köməyi olaraq ələ alınır.
Kərəm – (Ər.) 1.Zadəganlıq, əsllilik, soyluluq. 2.Comərdlik, əl açıqlığı lütf, hədiyyə, bəxşiş.
Kərənay – (Fars.) Əvvəllər istifadə edilən bir nəfəsli saz növü.
Kərim – (Ər.) 1) Səxavətli, alicənab, əliaçıq, comərd, kərəm sahibi, verimcil. 2.Hörmıətli, möhtəşəm,ulu, böyük. 3.Lütflüü, lütfkarlığı bol, ehsan cəhətdən ulu.
Kərimə – (Ər.) Qız övlad. (bax Kərim).
Kəşfulla – (Ər.) Allahə kəşf etmə.
Kəvakib – Tərəfdarlar.
Kiçikxanım – Xanımın kiçiyi.
Kifayət – 1.Kafi miqdarda olan. 2.Bacarıq.
Kirman – (Tür.) Əlçatmaz, qala.
Könül – (Tür.) 1.İnsanın mənəvi varlığının ifadəsi, inancı və hisslərinin qaynağı. 2.Ürək, qəlb; ürək duyğusu; istək, dilək, arzu, həvəs, meyl, niyyət. 3.Duyğu, hiss, eşq. 4.Qürur. 5.Təbiət, xasiyyət.
Kövsər – Cənnət çayı. bol, tükənməz.
Kübra – (Ər.) 1.Aristokrat, böyük, kübar, böyük olan. 2.Xədicətül-Kübra:- Hz. Peyğəmbərin ilk xanımı.

Mənbə: Aztoday.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR