Slimfit
  1. AZƏRBAYCAN

İtaliya portalı: Avropa şəhəri olmağa can atan Bakı coşqun Şərq şəhəridir

İtaliya portalı: Avropa şəhəri olmağa can atan Bakı coşqun Şərq şəhəridir
Sakura

İtaliyanın viaggi.corriere.it səyahət portalında “Avropa şəhəri olmağa can atan Bakı coşqun Şərq şəhəridir”…

AZƏRTAC xəbər verir ki, məqalədə Bakının turistlər üçün maraqlı olan ecazkar məkanları, gəzməli-görməli yerləri, Azərbaycanın milli-mənəvi dəyərləri, zəngin tarixi abidələri, həmçinin müasir memarlıq nümunələri, idman ölkəsinə çevrilməsi barədə məlumat verilir, Şərq və Qərb üslubunu birləşdirən, müasirliklə ayaqlaşan qədim şəhər olduğundan bəhs edilir. Qız qalası, Şirvanşahlar sarayı kompleksi, Xalça Muzeyi, Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Cümə məscidi və həmçinin memar Zaha Hadidin şah əsərlərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında söhbət açılır.

Vurğulanır ki, Xəzər dənizinin sahilində yerləşən şəhər sanki kiçik Venesiyaya bənzəyir, xüsusən də Milli Dənizkənarı Park gözəlliyi ilə diqqəti çəkir. Bakı şəhərində qiymətlər də münasibdir. Müəllif turistlərə tövsiyə edir ki, Bakıda olarkən yerli mədəniyyəti təbliğ edən muzey-restoranlara da mütləq baş çəksinlər.

Məqalədə, həmçinin İçərişəhər haqqında danışılır, bu nadir tarixi məkanın UNESCO-nun Ümumdünya İrs nümunələri siyahısına daxil edildiyi, ərazidə bir çox qədim abidələrin yerləşdiyi bildirilir.

Bakını Paris küçələri ilə sovet üslublu meydanların bir-birinə qovuşduğu şəhər kimi təsvir edən müəllif onun Şərqdə ən qədim və ən böyük şəhərlərdən biri olduğunu yazır. Diqqətə çatdırır ki, şəhərə səfər etmək üçün elektron viza sistemini aktivləşdirmək lazımdır. Turistik elektron viza üç iş günü ərzində verilir.

Müasir Bakının rəmzinə çevrilən Alov qüllələrindən söz açan müəllif üç məşəli xatırladan binanın Odlar yurdu adlandırılan Azərbaycanla sıx bağlı simvol olduğunu bildirir. Qeyd edir ki, özünü dünyaya, ilk növbədə, idman sahəsindəki böyük nailiyyətləri ilə tanıtmağa çalışan Bakı Cənubi Qafqazın ən iri və kosmopolit şəhəridir. Bu şəhərdə “Formula-1” yarışları, ilk Avropa Oyunları, voleybol üzrə qadınlar arasında Avropa çempionatı keçirilib. Həmçinin Bakı Avroliqanın 2018/2019-cu il mövsümünün final oyununa da ev sahibliyi edəcək. Eyni zamanda, bu şəhərdə dünyanın məşhur avtomobil brendləri – “Ferrari” və “Rolls-Royce” şirkətlərinin dizayner dükanları və dilerləri fəaliyyət göstərir.

Məqalə müəllifi Azərbaycanın zəngin, özünəməxsus yeməkləri ilə seçilən mətbəxindən də bəhs edir.

http://viaggi.corriere.it/viaggi/vacanze/baku-azerbaigian-capitale-europa-guida-mar-caspio-attrazioni-turismo/

 

Asiman Əsədov

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR