Slimfit
  1. TEXNOLOGİYA

Yaponiya yeni sistem vasitəsilə təyyarələri turbulentlikdən qoruyacaq

Yaponiya yeni sistem vasitəsilə təyyarələri turbulentlikdən qoruyacaq
Sakura

Yaponiya yeni sistem vasitəsilə təyyarələri turbulentlikdən qoruyacaq

Yapon institutunun alimi tərəfindən təqdim olunan innovativ texnologiya təyyarələri turbulentliyin güclü təsirindən qoruyacaq.

Yeni texnologiya ilə işləyən qurğu hava axınına görə dəyişən işıq axınının uzunluğunu müəyyən etməyi təmin edir. Yeni cihazın tətbiqi ilə təyyarə ekipajı müəyyən qərarın verilməsi üçün vaxt qazanacaq: turbulentlikdən yan keçməyi bacarmaq və ya sərnişinlərin salonda yerləşməsini dəyişmək.

Bu hərəkət hava şəraitinin təyyarəyə təsirini əhəmiyyətli dərəcədə aşağı salacaq. Aviasiya üçün müasir super radarlardan fərqli olaraq cihaz duman və buludlar arasından turbulentliyi aşkar etməyə qadirdir.

Xəbər verilir ki, müasir təyyarələrə cihazlar bu il quraşdırılacaq. Yaponlar hələ də cihazın müxtəlif modifikasiyalarını sınaqdan keçirirlər.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR