Dərc edildi: Baxış sayı: 178
Netanyahunun ofisindən məlumat sızdırıldı - Tutulanlar var
İsraildə Baş nazir Benyamin Netanyahunun ofisindən məxfi kəşfiyyat məlumatlarının sızdırılmasında şübhəli bilinən bir neçə nəfər saxlanılıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” qəzeti yayıb.
Qəzet yazır ki, məxfi məlumatların sızması işi ilə bağlı polis, ordu və İsrailin Ümumi Təhlükəsizlik Xidməti tərəfindən birgə əməliyyat keçirilir. Şübhəli şəxslər saxlanılıb və hazırda dindirilir.
Ölkə rəhbərliyi hesab edir ki, məlumatların sızması İsrailə öz hərbi məqsədlərinə çatmağa əngəl olmuş ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət