Slimfit
  1. TEXNOLOGİYA

Üz tanıma texnologiyası: Fürsət, yoxsa təhlükə?

Üz tanıma texnologiyası: Fürsət, yoxsa təhlükə?
Sakura

Üz tanıma texnologiyası: Fürsət, yoxsa təhlükə?

Böyük Britaniyada metro stansiyalarında üz tanıma sisteminin sınaqdan keçirilməsi bununla bağlı mübahisələri yenidən gündəmə gətirib. Bu sistem keçidlərdə durub bilet almağa, qapılarda bunu oxutmağa və uzun növbələr olmadan yoluna davam etmək üçün yaradılıb.

Yüksək sürətlə yanıb-sönən işıqlar və 3 ölçülü skan sistemi şəkilləri tanıya bilir.

Dünyada bir çox dövlət və özəl şirkət etibarlı və sürətli olduğu deyilən üz tanıma proqramlarından istifadə edir.

Bəzi tədqiqatçılar üz tanıma texnologiyasının kart və şifrələrin gizli saxlanılması, ittiham edilən şəxslərin yaxalanması və ölkəyə giriş-çıxışlara nəzarət sahələrdə sürətli və etibarlı bir texnologiya olduğunu söyləyirlər.

Yaxşı tərəfləri nədir?

Üz tanıma texnologiyası bir çox ölkələrdə xüsusilə təhlükəsizlik və əyləncə sahəsində istifadə olunur.

Avstraliyadakı hava limanlarında bunun tətbiq olunacağı söylənilir.

Almaniya da "terrorla mübarizə" istiqamətində hava limanlarında və dəmir yollarında bu texnologiyadan istifadə ediləcəyi gözlənilir. Bu proqramlarla ailələr itmiş uşaqlarını və yaxınlarını tapa bilərlər.

 

Hətta bir araşdırmaya bu sistemlə genetik pozuntular da müəyyən edilə bilər.

Kompüter, telefon və kart kodunu unudan insan üçün bu bir çıxış yolu ola bilər.

Apple-ın 10-cu ildönümü münasibətilə satışa çıxarması gözlənilən iPhone modellərində üz tanıma xüsusiyyətinə sahib lazer sensorların olacağı güman edilir.

Çində inkişaf etmiş üz tanıma proqramları daha çox yayılıb: yemək sifariş etmək, ya da paltar satın almaq üçün ekrana baxmağınız kifayət edir.

Misal olaraq, Badoo kimi proqramlarda üz cütləşdirmə ilə özünüzə ən çox bənzəyən məşhur tapmağınıza imkan yaradır.

 

"Böyük qardaş bizi izləyirmi?"

Tədqiqatçıların fikrincə, üz tanıma texnologiyası sadəcə yenilik və sadəliyi ağıla gətirmir. "Kairos" üz tanıma şirkətinin təsisçisi Brian Brackeen sistemin bədniyyətli istifadəyə açıq olduğunu deyir.

Əsas suallar bunlardı: Biz bir texnologiyanın üzümüzü tanımasını istəyirikmi?

Dövlət və şirkətlər məlumatları necə və nə zaman istifadə edirlər?

George Orwell-in məşhur "1984" romanındakı kimi "Böyük qardaş bizi izləyirmi?

Bundan başqa texnologiyanın uşaq istismarı, cinsi təcavüz kimi cinayətlərə, casusluq və məxfi təqiblərə yola açacağı barədə narahatlıqlar var.

Smartfonlardakı bəzi tətbiqlər bu proqramlardan istifadə etməyə başlayıb.

Bu da fərdi məqsədlərin yarada biləcəyi təhlükəsizlik risklərini və məxfiliyin pozulmasını gündəmə gətirir.

FTB-nin məlumat bazasında 117 milyon şəkil

2016-cı ildə aparılan araşdırmaya görə, ABŞ-ın Federal Təhqiqatlar Bürosunda (FTB) 117 milyon insanın şəkillərindən ibarət baza var.

ABŞ-da onlarca ştat, şübhəliləri bəzi şəxsiyyət və sürücülük şəkilləriylə qarşılaşdırmaları üçün üz tanıma texnologiyasından isifadəyə icazə verir.

"Bu sahədə hüquqi tənzimləmənin olmaması bizi narahat edir", - Brackeen deyir.

 

Facebook və Google milyonlarla şəkil bazasına sahibdir.

Bu məlumatların kiberhücumdan nə dədərəcədə müdafiə olunduğu sual edilir.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR