Slimfit
  1. DÜNYA

Roma Papası Fransiskin ölümünün mümkün səbəbi məlum oldu

Roma Papası Fransiskin ölümünün mümkün səbəbi məlum oldu
Sakura

Roma Papası Fransiskin ölümünün mümkün səbəbi məlum oldu

 
 

Papa Fransiskin ölümünün səbəbi insult ola bilər.

Oxu.Az "Corriere della Sera"ya istinadən xəbər verir ki, bu barədə Vatikanda şayiələr yayılıb.

Lakin bu versiya hələ rəsmi təsdiqini tapmayıb. Bir neçə saat ərzində Müqəddəs Taxt-Tacın bəyanatının açıqlanması gözlənilir.

Qeyd olunur ki, bir gün əvvəl möminlərə müraciətlə çıxış edən Papanın vəziyyəti ötən gecə xeyli pisləşib. Aprelin 21-nə keçən gecə pontifikin vəziyyətinin kəskin pisləşməsi Müqəddəs Taxt-Tac üçün gözlənilməz hadisə olub.

O, əvvəllər sətəlcəm xəstəliyindən əziyyət çəkirdi və bu, Fransiskin səhhətinə əhəmiyyətli dərəcədə təsir edib.

Ənənələrə görə, dəfn mərasimi üçün doqquz gün ayrılır, baxmayaraq ki, bu, adətən daha tez baş verir. Papa Fransisk özü onun dəfninin sadələşdirilmiş qaydada, bir sıra ayin və mərasimlər olmadan keçirilməsinə icazə vermişdi.

Aprelin 21-də axşam Bakı vaxtı ilə saat 22:00-da Papa Fransiskin ölümünün konstatasiyası mərasiminə Roma Katolik Kilsəsinin kamerlenqosu, kardinal Kevin Farrell rəhbərlik edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR