Slimfit
  1. DÜNYA

Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Rəsmi

Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Rəsmi
Sakura

Ukrayna Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Rəsmi

 

Ukrayna müharibəni dayandırmaq üçün aparılan danışıqlarda tərəfdaşları ilə ərazi bütövlüyü məsələsini müzakirə etmir. Bu, Ukrayna Konstitusiyasına ziddir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Sergey Leşşenko deyib.

"İstər Səudiyyə Ərəbistanında, istərsə də Fransada keçirilən görüşlərdə iştirak edən bütün tərəflər açıq şəkildə deyirlər ki, Ukraynanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə olunmur. Hətta Ukrayna Konstitusiyasında da çoxlu qadağalar və məhdudiyyətlər var.

O vaxt, 2016-cı ilin yayında Tramp ilk prezidentlik müddətindən əvvəl də Krım sakinlərinin çoxunun Rusiyanın yanında olmaq istədiklərini demişdi. Bu bəyanatlar 10 il əvvəl də eşidilirdi”, - Leşşenko vurğulayıb.

O söyləyib ki, Trampın siyasi bəyanatları onun siyasətinin bir hissəsidir. Hətta onlar mediada yayılsa belə, bu o demək deyil ki, həyata keçiriləcək.

Qeyd edək ki, daha öncə “Voll Strit Jurnal”ın yaydığı məlumatda ABŞ-ın Kiyevdən Ukrayna böhranının həlli üçün güzəştlər tələb etdiyi yazıb. Bildirilib ki, Kiyevə NATO-ya üzv olmaqdan imtina etməli olduğu və Vaşinqtonun Krımı Rusiya ərazisi kimi tanıya biləcəyi çatdırılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR