Slimfit
  1. SİYASƏT

İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır

İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır
Sakura

İlham Əliyev: Astanada imzalanan Bəyannamə Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır

 

Ötən ilin iyulunda ŞƏT-in Astanada keçirilən 24-cü sammitində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşün yekunlarına dair Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır. 

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibəsində deyib.

“ÇXR-in Sədri Si Cinpin ilə ikitərəfli görüş əsnasında çıxışımda qeyd etdim ki, qəbul olunan Bəyannamə ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirir və bu, böyük nailiyyət, böyük məsuliyyətdir. Astanada görüşümüz zamanı mən Çinə dövlət səfərinə dəvət olundum və bu dəvəti məmnunluqla qəbul etdim. Mən də ÇXR-in Sədrini onun üçün uyğun olan vaxtda ölkəmizə səfərə dəvət etdim. İnanıram ki, yüksək səviyyədə belə səfərlər mübadiləsi dövlətlərarası münasibətlərimizin dərinləşməsi prosesinə əlavə impuls verəcək”, - dövlət başçısı qeyd edib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR