Slimfit
  1. TEXNOLOGİYA

Akustik dondurma – qida sektorunda dünyada inqilab

Akustik dondurma – qida sektorunda dünyada inqilab
Sakura

Akustik dondurma – qida sektorunda dünyada inqilab

Əksər ərzaq məhsullarını biz mövsüm zamanı ala bilirik. Buna albalı, moruq, çiyələk və qarağatı adi etmək olar. Mağazalarda akvariumda üzən balıqlardan başqa digərlərini ancaq donmuş halda əldə edirik. 90 ildən çoxdur ki biz ərzaq məhsullarının saxlanılması üçün şok dondurmasından istifadə edirik və ancaq bu yaxınlarda ərzağı olduğu kimi və təzədən heç də fərqlənməyən şəkildə saxlayan yeni rus texnologiyası hazırlanmışdır. Alimlər kollektivinə Dmitriy Balabolin – alim, ixtiraçı və biznesmen başçılıq edir. O aşağıda bu haqda məlumat verir:

Kənardan hər şey sadə görünür.

Akustik dondurma – qida sektorunda özünəməxsus inqilabdır. Onu beş il müddətində mənim başçılığım altında rus mühəndisləri tərəfindən hazırlanıb. Kütləvi istehsala artıq 2016-cı ilin payızında başladıq. Sistem istənilən sənaye soyuducusuna və ya hətta sadəcə doldurulma anbarına quraşdırıla bilər. Dondurmanı prosessor-kompüter idarə edir, o akustik dalğalar vasitəsilə düzgün buz strukturu yaradır. Onlar suya ərzağın daxilində təsir edir və buzda nano kristallar yaradır.

Akustik dalğalarda donmuş məhsul donmadan açılan zaman əvvəlki vəziyyətinə qayıdır və təzə kimi olur. Şok kamerasında toxumalar məhv olur, bu metodla isə bu baş vermir. Donmuş ərzaqda niyə dad itir? Donma zamanı onda qar dənəcikləri ölçüsündə buz kristalları formalaşır. Məhsulun hüceyrələri isə min dəfə kiçikdir. Buna görə də kristal məhsulun içərisində böyüdükcə ordakı hüceyrələri parçalayır və bu da məhsulun şirəsi və dadının itirməsinə səbəb olur. Bizim halda buz parçaları əhəmiyyətli dərəcədə kiçik olur, o konserv bankasında bir noxud dənəciyi kimidir – onlar bir hüceyrədə çoxdur və onu məhv etmir. Sistem artıq latın termininə malikdir: Acoustic Extra Freezing (AEF) – Akustik Super Dondurma.

AEF akustik dondurma üçün çeşid məhdud deyil. Xüsusiyyətlərini saxlamaqla hər şeyi dondurmaq olar. Balıq, ət, quş, meyvə, giləmeyvə, tərəvəz, xərçəng və kürü. Balıq keyfiyyətcə dondan açıldıqdan sonra tutulduğu kimi olur, onu qızartmaq və steyk kimi çevirmək olar, o dağılmayacaq. İstənilən tərəvəzi dondurmaq olar. Bizim “Canlı dad” («Живой вкус») adlı markamız var ki, o ad altında məhsullar akustik dondurulur. Məşhur tərəvəzlərdən biri kabakdır. Onu adətən dondurmurlar, çünki o buzdan açılandan sonra öz formasını itirir və tavanda yayılır. Bizim texnologiyamız sayəsində kabakı qızartmaq olar, o qızarır, tavada üzmür. Ancaq bizim AEF sistemimiz xam kartofu elə formada dondurmağa imkan verir ki, ondan sonra püre hazırlamaq olur. Bundan başqa giləmeyvələr dondurula bilir ki, onlar qıcqırmır.

Hazır yeməyin dondurulması. Akustik dondurma supları, ikinci yeməkləri, steyki, qarniri və hətta suşini dondurmağa imkan verir və bu da yeni qidalanma sisteminə yol açır. Bir neçə sup hazırlayıb porsiyalarla dondurmaq olar. Sonra dondurucu kameradan bu gün hansı supu yemək istəyirsizsə onu çıxara bilərsiniz. Həmçinin biz dünyada ilk dəfə dəniz kirpisi kürüsünü -18C dərəcədə dondurmuşuq – bu Yaponiya və cənub-şərqi Asiyada çox məşhurdur. Şok dondurmasında kirpi kürüsü sadəcə dağılır.

Hər stolda təzə balıq.

Bu hazırda ən yaxşı xəbər ola bilər – tezliklə biz istənilən dənizdən təzə balıq yeyə biləcəyik. Axı insanların mağazalarda aldığı həmin “dondurulmuş” balıq ən azı gəmidə bir dəfə dondurulur və topdansatış mağazasında dondan açılır. Bundan sonra onu buzda mağazaya aparırlar və o ərimiş görünsə də belə deyil. Evdə o 30% temperaturda qızardılır və o dadsız və dağılmış formada olur. Bizim halda isə hər şey fərqlidir. Təsəvvür edək ki, balığı dənizdə tutdular və gəmidə akustik dondurma ilə dondurdular. Mağazalarda o donmuş haldadır, insanlar onu donmuş halda alır, öz dondurma kamerasına qoyur və hazırlama zamanı isə o təzə olur. Lap gəmidə tutulduğu kimi.

Qışda yay dadı.

Tərəvəz yayda qışdakından ucuz olur. Sənaye tipli kənd təsərrüfatında AEF-in yaranması ilə AEF ilə dondurulmuş tərəvəz bütün qış dövründə yay dadı və stabil qiymətə malik olacaq. Xarici dadsız və istixana tərəvəzlərindən ən azı 3 dəfə ucuz olacaq.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR