Slimfit
  1. HÜQUQ VƏ FƏLSƏFƏ

Sosializm, Solidarizm və Kapitalizm analitik-fəlsəfi müqayisə

Sosializm, Solidarizm və Kapitalizm analitik-fəlsəfi müqayisə
Sakura

Sosializm, Solidarizm və Kapitalizm analitik-fəlsəfi müqayisə

Sosializm

Sosializm nəzəriyyəsinin banisi Karl Marks hesab olunur. K.Marks dövlət daxili problemlərin siniflər arası ziddiyyətlərdən yarandığını qeyd edir və buna görə də o, bu problemlərin həlli yolu kimi sosializm(sosial rifah, sosial bərabərlik) nəzəriyyəsini təqdim edir. Sosializm ümumi rifaha əsaslanan nəzəriyyədir. Burada özəl mülkiyyət problem yaradıcı əsas faktor hesab olduğundan o rədd edilir. Belə ki, bütün mülkiyyət ümumi mülkiyyət sayılır. Ölkə resursları üzərində nəzarət dövlətin əlində cəmlənir. Özəl sahibkarlıq yoxdur, Azad Bazar İqtisadiyyatı yoxdur. Belə ki, iqtisadiyyat dövlətin nəzarətindədir. Bütün fabrik, zavodlar dövlət mülkü sayılır, siniflər arası fərqlər yox edilir.

Kapitalizm

Kapitalizm azad rəqabətə əsaslanan nəzəriyyədir. Bu nəzəriyyə təbii seçmə prinsiplərinə uyğun gəlir. Belə ki burada Azad Rəqabət var. Bu prinsip isə təbii seçmədə olduğu kimi güclünün qələbəsini dəstəkləyir və təmin edir. Əsas fəlsəfi mahiyyət budur: “Güclü olan zəiflər üzərində qalib və hökmrandır.” Yəni, təbii seçmə nəzəriyyəsinə görə mühitə uyğunlaşmanı uğurla başa vuran canlılar sağ qalır. (Burada güclülük təbii seçməyə uyğunlaşma, ona ayaquydurma kimi xarakterizə edilir).Burada da azad rəqabət(təbiət şərtlərinin imitasiyası) əsasında güclü  şirkətlər, korporasiyalar, digər şirkət və korporasiyalar üzərində qalib gəlir, onları “udurlar”.Bu azad rəqabət sistemi isə Azad Bazar sistemi ilə təşkil edilir. Özəl mülkiyyət fərdi azadlığın əsas predmeti, meyarı sayılır. Özəl sahibkarlıq isə dövlətin daha proqressiv olmasına zəmin yaradır. Həyat maddi nəsnə sayıldığından, maddi olanların ekvivalenti kimi “kapital” da əsas dəyər və meyar sayılır. Çünki Kapitalizm təbiətin imitasiyasıdır.

 

Solidarizm

Solidarizm nəzəriyyəsinin banisi Emile Durkheimdir. Solidarizm nəzəriyyəsi Sosializmə və Kapitalizmə alternativ bir nəzəriyyə kimi yaradılmışdır. Solidarizm siniflər arası rəqabəti rədd edirdi. Emile Durkheim Marksın “problemin səbəbi siniflər arası ziddiyyətlərdir” fikrini qəbul etmir. Kapitalistlərin də israrla önə sürdüyü “siniflər arası rəqabət inkişafa aparır” fikri ilə razılaşmır. Ümumən analiz etdiyimizdə görə bilərik ki, bu kimi ziddiyyətlər “milli birliyi” zədələyir, çünki insanların sosial problemləri nlar arasında fərdi mənafelərin yüksəlməsinə şərait və bu fərdi maraqlar sosial konfiliktə yol açır. Fərd özünü sosiumun bir parçası kimi hiss etmir. Ancaq solidaristlər sosializmin də dövləti inkişafdan saxladığını anlayır və buna görə də alternativ olaraq “orta yol”, “Qızıl Orta” prinsipini təqdim edirlər. “Qızıl Orta” hər zaman filosoflar tərəfindən ən optimal variant kimi realizə olunub. Buna Buddha, Aristotel əsas örnəklərdəndir. Solidarizm iqtidsadiyyata dövlətin müdaxiləsini qəbul edir. Bu müdaxilə bazarda yarana biləcək monopoliyaların, inhisarlaşmanın öncədən qarşısının alınması, xırda sahibkarların və əhalinin sosial təminatını və maraqlarını təmin  edilməsi naminədir. Solidarizm dini baxış yanaşmalarında sekulyarizmi müdafiə edir.  Bundan başqa o insan haqlarının təminatçısı kimi də çıxış edir. Hər bir insanın pulsuz təhsil almaq,  pulsuz səhiyyədən istifadə etmək, işləmək, hüququ var. Buna görə də Solidarizm hümanitar bir nəzəriyyə olduğundan bu haqları təmin edir. Ümumən aşağı və yuxarı, minimum və maksimumdur. Həyat isə nə mütləq minimum nə də mütləq maksimum olacaq qədər bir mütləqliyə sahib deyil. Həyatda mütləq həqiqət deyə bir şey yoxdur.

Nəticə

Kapitalizm aşırı fərdiyyətçi nəzəriyyədir. Aşırı fərdiyyətçilik isə sosial məsuliyyətlilik və sosium hissini öldürür, sosial parçalanmaya, deqredasiyaya yol açır. Bəli, kapitalizm təbii seçmə nəzəriyyəsinə əsaslanır, lakin insan ağlı bu nəzəriyyəyə qarşı çıxır (bu özü ayrıca bir mövzudur). Kapitalizmdə iqtisadiyyatdakı böhranlar tez-tez olur. Sosializm isə kapitalizmin tamamilə əks qütb nəzəriyyəsi olaraq aşırı kollektivisizmə əsaslanır.  Ümumi rifah naminə fərdlərin maraqlarını, mənafelərini tapdalayır. Fərdi inkişaf perspektivləri olmadığından toplumun ümumi motivasiyası aşağı olur. İqtisadiyyatda baş verə biləcək problemlər dövləti çökdürmək iqtidarındadır, çünki dövləti kritik  günlərdən çıxara biləcək alternativ bazar yoxdur. Yəni iqtisadiyyat vahid mərkəzlidir, mərkəz zədələndisə, çöküş qaçılmazdır, ancaq kapitalizmdə iqtisadiyyat çoxmərkəzli(plüralizm) olduğundan çöküş rahatlıqla baş vermir.  Bütün bunlara alternativ olaraq  Solidarizm ən optimal nəzəriyyədir. Çünki Solidarizm həm şəxsi, (unutmaq olmazki toplum əsas olsa da toplumu təşkil edən əsas özək fərdlərdir) həm toplum maraqlarını qoruduğundan, sosial, iqtisadi  böhranlar demək olar yaranmır. Ümumi fəlsəfi müddəalardan çıxış edərsək deyə bilərik ki, ən yaxşı nəsnə bütün nəsnələrin sintezindən yaranaraq ən yaxşıları özündə təcəssüm etdirən sintez nəsnədir. Solidarizm də Kapitalizm və Sosializmin ən yaxşı cəhətlərini özündə təzahür etdirən sintez nəzəriyyədir.

Müəllif: Mete Türksoy

Mənbə: TuranTv.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu atın adı Shayne-dir. O dünyanın ən yaşlı atıdır. (Atların ömrü 25-30 ildir)

Redaktor seçimi

SON XƏBƏRLƏR