Slimfit
  1. MEDİA

Qəbul imtahanında qızından çox bal toplayan ata:“Test bankında dəfələrlə səhv tutmuşam”

Qəbul imtahanında qızından çox bal toplayan ata:“Test bankında dəfələrlə səhv tutmuşam”
Sakura

Qəbul imtahanında qızından çox bal toplayan ata:“Test bankında dəfələrlə səhv tutmuşam”

Ağcabədi rayon Sarıcalı kənd sakinləri Kərəm Süleymanov və onun qızı Nərgiz Süleymanova bu il Bakı Dövlət Universitetinin informatika fakültəsinə qəbul olunublar.

Qəbul imtahanında Kərəm Süleymanov 537, qızı Nərgiz Süleymanova isə 413 bal toplayaraq tələbə adını qazanıblar. «Cümhuriyət” qəzeti qızı ilə birgə qəbul imtahanına hazırlaşan Kərəm Süleymanovla müsahibəni diqqətinizə çatdırır.

“Atam xəstə idi, təhsilimi yarımçıq saxladım”

- Dəfələrlə universitetə sənəd verdiyinizdən xəbərdarıq. Maraqlıdır buna səbəb nə olub? 

- Məktəbi bitirdikdən sonra İqtisad Universitetinə sənəd  verib 2 il “konkursa” düşmüşəm, ondan sonra mən testin tətbiq edildiyi ilk il Bakı Dövlət Universitetinin (BDU) Riyaziyyat fakültəsinə daxil olub 6 ay orada oxumuşam. Atam xəstə idi, mən də evin böyük oğlu, ona görə, məcbur olub universitetdə təhsilimi dayandırdım. Daha sonra Azərbaycan Tibb Universitetinə də qəbul olunmuşam. Yenə də atam xəstə olduğu üçün düşünmüşəm ki, 6-7 il oxumağım mümkün olmayacaq və yenə də təhsilimi yarımçıq dayandırmışam.

Bundan 2-3 il sonra 3-cü qrup üzrə imtahan verib hüquqşünaslıq fakültəsinə daxil olmuşam, ancaq özəl universitetə və qiyabi şöbəyə qəbul olunduğum üçün düşündüm ki, atam yoxdur, mənə kömək ola bilməyəcək kimsə, buna görə də təhsil almaqdan imtina etmişəm. Yalnız 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini tam bitirmişəm. Bunlardan başqa da dəfələrlə digər universitetlərə daxil olmuşam, ancaq ailə vəziyyəti ilə əlaqədar olaraq təhsil ala bilməmişəm. Yadıma düşür ki, bu il qəbul olduğum ixtisasa illər əvvəl də qəbul olub, oxuya bilməmişdim. 

- Qəbul imtahanlarında topladığınız balları xatırlayırsınızmı? Ən çox neçə olub? 

- Bəlkə də Azərbaycanda sorğu keçirilsə, universitetlərə qəbul olmuş və davam etdirməmiş şəxslər arasında mən birinci olaram. Verdiyim imtahanlarda 398 bal, 400-dən, 500-dən də çox bal toplamışam. Elə olub ki, ancaq əsas fənnlərdən hazırlaşmışam. 

“İmtahanın gedişində səhhətimdə problem yarandı”

- Maraqlı məqamlardan biri də qızınızla birgə imtahan verməyiniz, qəbul imtahanında eyni məktəbə düşməyiniz və ən əsası eyni ixtisasa daxil olmağınız olub. Birlikdə hazırlaşmaq fikri necə ortaya çıxdı? 

- Qızım Nərgizlə sözləşmişdik ki, görək qəbulda kim çox bal yığacaq. Mən demişdim ki, 600 balı keçəcəm. 600 balı keçməsəm də, qızımdan çox bal yığdım (gülür). 

- Bəs yığdığınız baldan razısınızmı, Kərəm müəllim? 

- Mən əslində çox bal yığa bilərdim, sadəcə, imtahanın sonuna 1 saat qalmış səhhətimdə problem yarandı. Həm də qızımla yan-yana otaqlara düşmüşdük, onun da həyəcanı var idi. 

“Ödənişsiz fakültəni ona görə yazmadım ki...”

- Qızınız Nərgiz açıqlama verib ki, siz ödənişsiz fakültəni digər tələbələrin yerini tutmamaq üçün yazmamısınız. Bu doğrudurmu? 

- Pulsuzu özüm yazmadım, onları yazsam, qəbul ola bilərdim. Mənim 1 diplomum var, mən ali təhsil almışam. Özüm yazmadım ki, kiminsə dövlət sifarişi oxumaq şansından mənə görə qalmasın. Mən bu qəlbin sahibiyəm. 

- Bəs bu il təhsil alacaqsınızmı? 

- Düşünürəm ki, uşağım pullu oxusun, mən oxuyum, kirayə xərcləri də var. Oxusam, bunları paralel apara bilməyəcəm. Mən qızımın, Nərgizin oxumasını daha vacib hesab edirəm. 

“Qəbul imtahanlarının gedişindən narazıyam”

- İmtahan prosesini necə, bəyənirsinizmi? 

- Testin çatışmayan cəhətləri var. Əvvəla saat 11:00-da qəbul imtahanı başlayıb, 14:00-da qurtarır. Dünyanın hər yerində saat 13:00 və 14:00 arası yemək vaxtı olur. Əsgərlər də, məhbuslar da bu vaxt yeməyə gedir. Bu məntiqə uymur. Üstəgəl, 3 saat imtahan gedir, 36 dəqiqə bir fənnə düşür. 36 dəqiqəyə 11 ildə keçdiyini tətbiq eləmək mümkün deyil. İmtahanların gedişindən narazıyam. 

“Test bankında dəfələrlə səhv tutmuşam”

- Heç Təhsil Nazirliyində olmusunuzmu? 

- Özümü tərifləmək kimi olmasın, mən çox imtahan verib, çox universitetə daxil olmuşam. Özüm haqqında həm problemlərimlə bağlı Təhsil Nazirliyinə də məlumat vermişəm. Onlar özləri də etiraf elədi ki, bazada da var ki, siz dəfələrlə universitetə daxil olmusuz. Bundan başqa mən test banklarında dəfələrlə səhvlər tutmuşam. 2010-cu ildə 4-cü qrup üzrə həndəsə ilə bağlı sualı 2012-ci ildə görmüşəm ki, səhvdir. Zəng etmişəm, bunların da xəbərləri olmayıb, mənə təşəkkür ediblər. Daha sonra neçə sualları mən dedikdən sonra testlərdən çıxarıblar. Orta məktəb kitablarında da səhvlər tutmuşam. Özüm nazirin qəbulunda olanda dedim ki, sosializm cəmiyyətində belə bir şüar var idi ki, hər kəsə əməyinə görə qiymət verin. Həmçinin Cabir Novruzun şeirini də dedim ki, sağlığında qiymət verin insanlara. Mənim şüarım budur ki, beşikdən məzara qədər elm öyrənim, bunu hamıya da demişəm. Ola bilər ki, başqaları məndən varlı ola bilər, amma elmi olan adamı mən ən varlı insan sayıram. 

“Müəllim deyiləm, ancaq abituriyent hazırlaşdırıram”

- İxtisasca müəllim olmasanız da, universitetə daxil olmaq üçün abituriyentləri hazırlaşdırmısınız. Onların nəticələri ürəkaçan olubmu?

- Mənim 200, 300-dən çox tələbələrim olub. Onlar da müxtəlif ixtisas qrupları üzrə ali məktəblərə daxil olublar. Qızımı da özüm hazırlaşdırmışam, o isə mənə Azərbaycan dilindən kömək edib. Mən bir neçə vaxtdır araşdırıram ki, ixtisas vacib şərt deyil. Mən ixtisasca müəllim deyiləm, ancaq şagirdlərim var, onları hazırlaşdırıram. İnsanı ixtisasına görə yox, qabiliyyətinə görə qiymətləndirmək lazımdır. 

 

Mənbə: Cebhe.info

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR