Slimfit
  1. KOSMOS

Reklamınız kosmosda yayımlana bilər

Reklamınız kosmosda yayımlana bilər
Sakura

NASA raketlərə reklam vuracaq.

Kommersant.az xəbər verir ki, kosmik gəmilərin istehsalı və istifadəsinin çox baha olması gerçəyi heç kəsə sirr deyil. Buna görə də dövlət qurumu olmasına baxmayaraq, NASA reklam sektorundan gəlir əldə etməyi planlaşdırır.

Hələ ki, sözügedən fikrin fəaliyyət planı tərtib olunmasa da, qurum yaxın vaxtlarda şirkətlərlə danışıqlar aparmağı düşünür. Belə ki, avqust ayında keçirilən iclasında NASA astronavtların həm dünyada, həm də dünya xaricində medianı necə ələ ala bilməsi ilə bağlı müzakirələr aparıb.

Qurulduğu gündən etibarən reklam kampaniyalarına qarşı olan qurum, artıq fəaliyyət planını dəyişəcəyini açıqlayıb. Lakin bu siyasətin nə dərəcədə uğurlu olacağı sual altındadır.

Qeyd edək ki, reklam işlərinin idarəsi məqsədi ilə yaradılan komitənin rəhbəri Mike Gold “kapitalizm dünyada həqiqətən də qüsursuz işləyir. Ondan kosmosda da istifadə etməmək üçün heç bir səbəbimiz yoxdur”, - deyə, açıqlama verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR