Çexiya prezidenti qaraçılarla bağlı vəziyyəti gərginləşdirir
Çexiyanın qaraçı icmasının üzvləri prezident Miloş Zemanın qaraçıların tüfeyli həyat sürməsi haqqında bəyanatına cavab olaraq Facebook sosial şəbəkəsində aksiya təşkil ediblər: onlar öz iş yerlərindən çəkilmiş fotoşəkilləri paylaşıblar. Lakin prezident Zeman bu aksiyadan sonra da öz bəyanatını geri götürməyib.
Ölkə başçısı vurğulayıb: "Belə adlandırılan sosial istisna rayonlarına səfərlərim nəticəsində mən bu nəticəyə gəldim ki, həmin regionlardakı qaraçıların 90 faizi işləmir. Bunu mənə həmin regionlardakı yerli administrasiyanın rəhbərləri və başqa nümayəndələri də bildirirdilər. Şadam ki, qalan 10 faizdən fotoşəkillər almışam və buna görə onlara təşəkkür edirəm".
Miloş Zeman bir qədər əvvəl Olomouts diyarına səfər edib. Prezident həmin səfər zamanı görüşlərində demişdi ki, sosializm illərində "qaraçılar işləməli idilər; onlar əsasən qazmaçı işləyirdilər, bu işdən imtina edənlər isə tüfeyli hesab edilir və barmaqlıq arxasına düşürdülər".
Çexiya başçısının bu sözləri qaraçı təşkilatlarını və hüquq müdafiəçilərini hiddətləndirib.
Mənbə: Femida.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət