Slimfit
  1. MARAQLI

Sivilizasiyaların qastronomik münaqişəsi: ət yoxsa tərəvəz?

Sivilizasiyaların qastronomik münaqişəsi: ət yoxsa tərəvəz?
Sakura

Ət və tərəzəv yeyənlərin mübarizəsi – iki sivilizasiyanın münaqişəsinin sədasıdır

Bu gün nahara nə var?

Yemək stolunda münaqişə (biri eləcə salat yemək istəyir, digəri isə ət yeməyi) öz başlanğıcını eramızın III əsrindən götürür. Məhz o zaman iki sivilizasiyanın qarışması baş verirdi: varvarların dünyası və romalıların dünyası. Bir tərəfdə “çörək və şərab” nə olması bilməyən, “ancaq ovla məşğul olub ət yeyən” Şimali və Mərkəzi Avropanın meşələrində yaşayan qəbilələr, digər tərəfdə isə buğda sahələri, üzüm bağları və zeytun ağacları becərən dünya idi.

Üstünlük isə bitki tərkibli qidalanmada idi: yarma, çörək, tərəvəz, şərab, pendir və bir az ət. Əlbəttə ki, mədəniyyətlərin toqquşması menyuya təsir göstərməyə bilməzdi.

Roma taxtına varvar əsilli imperator gələndə onun haqqıda deyilən ən dəhşətli söz bu idi: o ümumiyyətlə tərəvəz yemir. Böhran səbəbindən hakimiyyəti əvəz edən imperatorlarda o zaman acgözlülük də fərqli idi. Varvar ancaq qaban, qızarmış ördək və durna yeyirdi, romalı isə səhər tezdən şaftalı , ona yaxın yemiş, iyirmi kilo üzüm səbəti fırladırdı.

Tədricən iki dünyanın qastronomik fərqliliyi düzəlməyə başladı. Qızardılmış donuz əti qarşısında ilk olaraq roma məmurları dayana bilmədi, aşağı təbəqə ondan uzaq dururdu. Bir Roma sakini “hərəyə bir kələm salatı, ilbiz, iki yumurta, ballı içki ilə buğda sıyığı, zeytun, çuğundur” dəvəti ilə yeməyə dəvət edir. Lakin qonaq gəlmir və ev sahibi şikayət tərkibli belə yazı yazır: “Təəssüf ki, qonaq gəlmədi! – “O dəniz ilbizi, donuz əti, dəniz kirpisini yeməyi üstün tutdu”.

Hər şey yeyən insan

Bu yarışmada eskaloplu kələm mədəni qarşıdurmanın indiyə qədər qalan qalığıdır, lakin qələbə yekunlaşmayıb. Alimlər hesab edir ki, menyuda əsas olan minilliklərlə formalaşmış müxtəliflikdir.

Eramızdan əvvəl insanın rasionu belə olub: tərkibində sellülozu çox olan bitkilər, meyvələr, qoz-fındıq, həşəratlar, çiçəklər, leş, yumurta və ov quşlarının əti. Dənli bitkilər, süd məhsulları, ev heyvanlarının əti, bitki yağı, doymuş yağlar olmayıb. Belə rasion qısa həyat dövrü və çox yüksək fiziki aktivliyi təxmin edir. Ən yaxşı halda müəyyən qida resurslarından asılı olmayanlar da var idi. Güman edilir ki, neandertallar ətə olan nəfsinə görə yox olublar. Onlar heyvan sürülərinin arxasında getməli olurdular.  Balıqçılıq və yığıcılıqla məşğul olan kromanyonların yaşamaq şansı daha çox idi.

İnsana hər şeyi yemək kömək edirdi: onun dişləri həm “yırtıcı” köpək dişləri və bitki mənşli qidanı çeynəmək üçün azı dişlər. Buna görə də biz hər hansı məhsuldan imtina ediriksə həyat əhəmiyyətli qida maddələr çatışmazlığından qurtula bilmirik. Məlumdur ki, hind təbəqəsi braxmanların nümayəndələri nəsildən nəsilə ancaq bitki mənşəli qidalar yeyirlər, buna görə də boyları balacadır. Bunun da səbəbi ancaq heyvan mənşəli zülalların çatışmazlığıdır. Steyk tərəfdarlarına isə ətin zərərləri barədə deyəndə onlar ancaq ət yediklərini deyirlər. Lakin belə xalqlar xüsusi haldır. Araşdırmalar göstərir ki: evenklər amerikanlılardan dörd dəfə artıq ət yesələr də onlardan həm yaşına, həm də boyuna görə üç dəfə kiçikdir. Fərq buradadır: biri oylaq maralının ətini yeyir, digəri isə tövlədə bəslənmiş heyvanın ətini yeyir. Birində enerji sərfiyyatı çoxdur, digərində isə fiziki yük azdır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR