Slimfit
  1. MARAQLI

Superqida deyilən bir şey varmı?

Superqida deyilən bir şey varmı?
Sakura

"Möcüzəli" yeməklər barədə hay-küyə inanmayın. Bu yeməklər heç vaxt deyildiyi qədər möcüzəli olmur.

"Pəhriz" sözünü Google edin və nəyisə udmağa cəhd etdiyiniz zamandan da kiçik vaxt kəsiyində yarım milyard nəticə əldə edəcəksiniz.

Elə pəhrizlər var ki, sizə karbohidratları hesablamağı təklif edəcək, elələri də var ki, qida qruplarına diqqət yetirmənizi istəyəcək.

Elə pəhrizlər də olacaq ki, karbohidratları tamamilə kəsməyinizi məsləhət görəcək, elə pəhrizlər də çıxacaq ki, əksinə, bolluca karbohidrat qəbulunu məsləhət görəcək.

Pəhrizlər də var ki, sizə bir ovuc qaragilə və ya qoz yeməyi, xörəklərinizin üstünə bol limon turşusu, sarıkök, darçın səpməyi məsləhət bilir. Yumurta, kartof, tam yağlı yeməklər ya pəhrizə daxil edilir, ya da oradan çıxarılır.

Bu qidalanmanın bir növ "vəhşi qərb" versiyasıdır, həm də heç bir mənası olmayan boş hay-küydür, deyib Rosemary Stanton ötən həftə Sidneydə keçirilmiş Dünyanı Dəyişən İdeyalar Sammitindəki çıxışında.

"Superqida hoqqabazlığı da bütün problemləri həll edəcək və heç vaxt bitməyən möcüzəli çarə axtarışının əlamətidir, - deyib xanım Stanton, - Qidaya bağlı sağlamlıq problemlərinin çoxfaktorlu təbiətini görməməzliyə vuran belə düşüncə, yəqin ki, ən böyük mifdir".

Əsas problem bizim fərdi qidalara və qida komponentlərinə aşırı diqqətimizdir. Xanım Stanton deyib ki, bu bizim diqqətimizi təzəcə yetişdirilmiş qidalardan emal edilmiş yeməklərə yayındırır. Bizim müəyyən vitamin və mineralların əhəmiyyətini şişirtməyimiz isə ona səbəb olur ki, istehsalçılar bu maddələri sadəcə ərzaqa qatıb onların sağlamlıq üçün xeyirli olduğunu iddia edirlər.

"Sonra bu qidalar sağlamlıq çələngi qazanaraq satılır və beləcə biz çox güclü şəkildə şirinləşdirilmiş səhər yeməyi yarmaları ilə üz-üzə qalırıq, - deyib Stanton, - Məni narahat edən budur ki, adamlar xeyirli bir qida tapıb bunu elə hey özlərinin Coco Pops yarmalarına qatırlar".

Stanton bildirir ki, o hələ Avstraliyada gücləndirilmiş dənli səhər yeməklərində çatışmayan elementləri aşkar etməlidir.

Stanton bu qənaətdədir ki, qidalara qatılan elementlərdən biri barədə xüsusi danışılmalıdır. Söhbət şəkərdən gedir.

Onun fikrincə ərzaq məhsullarındakı şəkərə əlavə vergi qoyulması elə ağıllı ideyadır ki hökumətlərin bundan faydalanmaması axmaqlıq olardı.

Lakin Stanton-un bəyəndiyi bu ideyaya qarşı bütün dünya boyunca yeyinti sənayesi dişi və dırnağı ilə döyüşə qalxıb.

"Elə ki, emal edilən ərzaqlar sənayesi cidd-cəhdlə nəyəsə qarşı çıxır, deməli həmin şeyi mütləq həyata keçirmək lazımdır" - deyir alim.

Ümumilikdə Stanton razılaşır ki, qədim qidalanma müdrikliyi hələ də qüvvədədir: çoxlu təzə meyvə-tərəvəz, təmizlənməmiş və ya qabıqlı dənli bitkilər, az miqdarda zülallar, xüsusilə də yağlı balıqlar və dəniz qidaları. Təsadüfi deyilidir ki, möcüzəli qida axtaranlar da daxil bir çoxları Aralıq dənizi pəhrizini qəbul edirlər. Bu qidlanmaya bolluca göy-göyərti əsaslı qidalar və yağlı balıqlar daxildir.

Pia Winberg deyir ki, dəniz yosunları gələcək qidalanmanın əsas komponentlərindən biri ola bilər.

 

Yosunlu makaron-vermişel

Stanton necə deyərlər "superqida" adlandırılan yeməklərin min-bir dərdin dərmanı kimi təriflənməsinin əleyhinə olsa da, o, balanslı qidalanmanın tərkibi kimi yeni və ətraf mühit baxımından davamlı qidaların kəşf olunmasını dəstəkləyir.

Venus Shell Systems firmasından olan dəniz ekoloqu Pia Winberg BBC Future proqramlarının Dünyanı Dəyişən İdeyalar Sammitinə tutarlı şəkildə izah edib ki, dəniz yosunları gələcək qidalanmanın əsas komponentlərindən biri ola bilər.

Onun dəniz yosunları ilə tanışlığı yosunlardan sahil boyunca ərazilərin ərzaq tullantılarından təmizlənməsində istifadəni nəzərdə tutan layihə ilə başlamışdı.

Winberg və həmkarlarının yetişdirdiyi dəniz yosunu zülallarla zəngin olmaqla yanaşı, onların tərkibində həm də omega 3 yağ turşuları, liflər, antioksidantlar, bir sıra vitamin və minerallar da var. Məhz bu səbəbdən də belə yosunlar balıq və başqa dəniz qidalarının davamlı alternativi ola bilər.

Amma çətinlik dəniz yosunu kimi komponentləri ərzaqı polistirol paketlərdə mağazalardan almağa adət etmiş birisinin qidalanmasına daxil etməkdədir.

"Biz adi qaydada qidalanan insanların yemək vərdişlərini dəyişməkdənsə, onları yeməyin özünə sövq etməyi bacarmalıyıq" - deyib Winberg sammitdə.

Buna nail olmaq üçün onlar dəniz yosunundan hazırlanmış cövhərə bütün mühüm ədva və əlavələri qatıblar. Belə bir qarışığı məsələn makaronların tərkibinə daxil etmək tamamilə mümkündür.

Dəniz yosunun ərzaq məhsulu kimi kütləvi istehsalı həm də tükənməkdə olan balıq populyasiyası üzərindəki təzyiqi qaldıra bilər.

"Dəniz yosunu sənayelərinin yaradılması sahilboylarının ekoloji təmizliyini təmin edərdi" - deyib Winberg.

 

Mənbə: BBC Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR