Slimfit
pH balansı
Sakura

İncə olmanın sirləri: pH balansı

Arıqlama baxımından qələvi dietası çox yaxşı işləyir. Bununla yanaşı kalorini də hesablasaq, ay ərzində 5-8kq çəki itirmək olar.

Dietaların çoxu daha çox zülal yemək məsləhəti ilə başlayır. Belə etsəniz siz həqiqətən ac qalmayacaqsınız – doyduran və proteinli yeməklər elə də kaloriyalı deyil. Lakin belə bir paradoks var: bu qaydaya əməl etdikdə hər zaman arıqlamaq mümkün olmur. Tərəvəz və meyvə mövsümündə pəhrizi kökündən dəyişməyin vaxtı çatıb.

                İş orasındadır ki, menyuda zülallı məhsulların həddindən artıq olması orqanizmin turşu-qələvi balansını (pH) dəyişir, bu da bir çox prosesləri pozur və normal çəki azaldılmasına mane olur.  pH dəyəri orqanizmin sərt fizioloji amillərindən biridir. Normal halda bu göstərici 7,36-7,42 çərçivəsində dəyişə bilər. Hətta kiçik dəyişmə ciddi patalogiyaların yaranmasına səbəb ola bilər. Xüsusilə turşu-qələvi balansının 0,1 səviyyədə dəyişməsi ürək-damar fəaliyyətinin pozulmasına gətirib çıxarır, 0,4 səviyyədə dəyişmə isə həyata təhlükə yaradır. Normal pH dəyərində orqanizmdə mübadilə prosesləri ideal sürətlə davam edir

Asidoz simptomları

Turşu-qələvi balansı həm qələviləşmə, həm də turşuluğun armasına doğru dəyişə bilər. Balans pozğunluğunun son variantı insanların əksəriyyəti üçün xarakterikdir və asidoz adlanır.

pH səviyyəsi dəyişən kimi sintez və parçalanma prosesləri ləngiyir (fermentlərin çoxu ancaq qələvi mühitində işləyə bilir). Bu həm xarici görünüşdə (əlavə çəki, selülit, sifətin rənginin solğun olması), həm də sağlamlıqda (ürək-damar sistemi, qaraciyər və böyrəklərin fəaliyyətinin pozulması) özünü göstərir.

Disbalansı normal səviyyəyə çatdırmaq üçün orqanizm qanın qələviləşməsində iştirak edən mikroelementləri – kalium, kalsium, natrium və maqneziumu həddindən artıq səviyyədə sərf etməyə başlayır. Buna görə də digər daxili orqanlar bu mineralların çatışmazlığından əziyyət çəkir. Bunun də nəticəsində onların funksionallığı pozulur və müxtəlif xəstəliklər yaranmağa başlayır.

Asidoz  zamanı aşağıdakı problemlər yarana bilər:

damarların davamlı spazması və qanda oksigen səviyyəsinin azalması da daxil olmaqla ürək-damar sistemləri xəstəlikləri;

  • çəkinin artıması və diabet;
  • böyrək və sidik kisəsi xəstəlikləri, daşın formalaşması;
  • immunitetin zəifləməsi;
  • onkogenezə səbəb olan amillərin zərərli təsirlərinin güclənməsi;
  • süd turşusunun yığılması ilə əlaqədar olaraq oynaqlarda ağrıların hiss olunması.

                Orqanizmdə pH dəyərinin turşuluğa doğru dəyişməsinin ümumi simptomları zəiflik və halsızlıq, qaraciyər və dəri ilə bağlı problemlər, bədəndən və ağızdan xoşagəlməz iyin gəlməsi, qəbizlik olur. pH dəyərinin dəyişməsini turşu-qələvi balansı üçün laboratoriya şəraitində sidik və qan analizi verməklə müəyyən oluna bilər.

Xeyirli və zərərli məhsullar

Müasir insanın menyusunda tərkibində pH səviyyəsini turşuluğa doğru dəyişmək üçün kifayət qədər  turşu olan çoxlu məhsullar var.  Bu necə baş verir? Turşu orqanizmdə hidrogen atomuna və turşu qalığına bölünür. Hidrogen atomları qana daxil olur ki, bu da pH səviyyəsini turşuluğa doğru dəyişir. Orqanizmdə xüsusi mexanizm – qanın bufer mexanizmi var, onun əsas funksiyası pH səviyyəsinin daim stabil saxlanmasıdır. Lakin əgər siz turşuluq gətirən çoxlu məshul yeyirsinizsə onda sistem bu məsələnin öhdəsindən gələ bilmir. Qanın turşulaşmasına bəzi xəstəliklər, xüsusilə mədə-bağırsaq traktı səbəb ola bilər. Buna hipoxlorhidriya – mədədə xlorid turşusunun az ifraz olunması aiddir. Bu pozğunluğun nəticəsində zülalların həll olunması çətinləşir, onlar bağırsaqda düzgün həzm olunmur, məshulların maddələr mübadiləsi qanda turşuluğu artırır.

Qələvi pəhrizi - əsas prinsiplər

Belə qidalanma növü orqanizmin pH səviyyəsini normallaşdırmağa və gələcəkdə onu həmin səviyyədə saxlamağa kömək edir. Qələvi-turşu balansı dəyişikliyinin əsas səbəbi rasionda bitki mənşəli məhsulların az olmasıdır (tərəvəzlərin və meyvələrin əksəriyyəti qələvili məhsullara aiddir). Turşulu və qələvili məhsulların balansını bu proporsiyalarda saxlamaq lazımdır: 30% turşulu məhsullar və 70% qələvili məhsullar.

Rasionu necə tərtib edək ki, pH səviyyəsi normada qalsın?

Rasionda zülalların balansını saxlayın. Kalorililiyinə görə onların səviyyəsi orqanizminizin günlük enerji tələbatının 12-15%-dən çox olmamalıdır. Lakin əgər siz aktiv olaraq idmanla məşğul olursunuzsa (həftədə 3-4 dəfə bir saat) zülal payını 20%-ə qədər qaldırmaq olar.

Həftədə ən azı 1 gün ət yeməyin.

Nişastasız tərəzəvlərin, şirin olmayan meyvələrin və göyərtinin sayını artırın. Amerika dietoloqlar assosiasiyasının məsləhətinə görə hər gün ən azı bu məhsullardan 700-800 qram yemək lazımdır.

Ət və balığın turşuluq effektini azaltmaq üçün onları böyük həcmdə tərəvəzlə yeyin. Porsiya həcminə görə tərəvəzlər zülallardan üç dəfə artıq olmalıdır.

Güclü turşuluq gətirən məhsullardan tamamilə imtina edin: qənd, alkoqol, ağ un məshulları.

Müəyyən məhsulların turşuluğunu azaldan üsullardan istifadə edin. Məs: quru meyvələri, paxlanə və arpanı qəbul etməzdən və bişirməzdən əvvəl sua isladın. Turşu bu zaman suya keçir və bu məhsullar neytrala yaxın olacaq. Qələvi dietasında sağlam qidalanmanın bütün qaydalarına rəayət olunur. Turşuluq gətirən məhsullar klassik dieta baxımından öz çəki və sağlamlığına fikir verən hər kəs tərəfindən qəbuledilməz sayılır.

 

Arıqlama baxımından qələvi dietası çox yaxşı işləyir. Bununla yanaşı kalorini də hesablasaq, ay ərzində 5-8kq çəki itirmək olar.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR