Slimfit
  1. ELM

Şəkər yoxsa stress: beyinə hansı daha zərərlidir?

Şəkər yoxsa stress: beyinə hansı daha zərərlidir?
Sakura

Şəkər yoxsa stress: beyinə hansı daha zərərlidir?

Laboratoriya siçanları ilə təcrübə apararaq alimlər şəkərin beyinə zərərini müəyyən etdilər: o stressin təsiri ilə müqayisə olunacaq dərəcədədir.

Şəkərin həddindən artıq istifadəsinin zərərləri barədə alimlər çoxdan xəbərdarlıq edib. Bu nəinki diabet və piylənmənin inkişafının yüksək riskidir, həmçinin ürək, xərçəng və s. ilə bağlı problemlərdir. Son zamanlar edilən araşdırmaların birinin nəticəsinə görə təkcə şirin qazlı içkilər hər il 184 min insanın ölümünə səbəb olur.

İndi isə alimlər şəkər ilə beyin fəaliyyətinin pozğunluğu arasında birbaşa əlaqəni müəyyən ediblər. Araşdırmaları Avstraliyanın bir sıra elmi müəssisələrinin tibb işçiləri aparıb. Son məqalədə müəlliflər xatırladır ki, uşaq vaxtı keçirilən güclü stress gələcəkdə psixoloji pozğunluqların yaranma riskini artırır. Alimlər bunu müəyyən etmək üçün laboratoriya siçanlarında təcrübələr apardılar.

Yeni doğulmuş heyvanları iki qrupa, onları da altqrupa ayırdılar. İlk qrup ilk doqquz gündə stress vəziyyətində böyüdü, ikinci qrupdakıların həyatına isə heç kim qarışmadı. Əsəbi şəraitdə böyüyənlərin yarısına adi yemək və su, digərində isə şəkər üstünlük təşkil edirdi. Eyni qida modeli stressiz yaşayan siçanlara tətbiq olundu.

Təcrübənin nəticələri başlayandan 15 həftə sonra müəyyən edildi. Aydın oldu ki, stressə məruz qalmayan və şirniyyatla qidalanan siçanlarda hippokamp uşaqlıqda ağır günlər yaşayan və hətta şəkərin dadına baxmayanlarla eyni formada dəyişib. Ən çox hippokamp “stress + şəkər” altqrupunda dəyişilib və ən sağlam adi şərait və qidalanmada olan heyvanlar oldu.

Beyin dəyişikliyi deyəndə “stress hormonu” – kortizolun ifrazını nəzərdə tuturlar. O yüksək səviyyədə olanda hippokampa mənfi təsir göstərir; beyin və ürək yüksək hazırlıq vəziyyətinə gətirilir və kortizolun səviyyəsinin qalxması ilə daha çox sinir hüceyrəsi məhv olur (yaddaş və koqnitiv (zehni) funksiyanın pozğunluğu yaranana qədər).

Alimlər kəşflərinin vacibliyini qeyd edir: müasir uşaqlar çoxlu şəkər qəbul edir ki, bu da gələcəkdə onların beyin fəaliyyətində öz əksini tapır.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR