Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qaynar vanna qocalmanı dayandırmağa kömək edir

Qaynar vanna qocalmanı dayandırmağa kömək edir
Sakura

Qaynar vanna qocalmanı dayandırmağa kömək edir

Qaynar suyun yeni xüsusiyyətini britaniya alimləri aşkar edib. Məlum olub ki, qaynar vanna orqanizmin qocalmasının dayanmasına kömək edə bilər.

Alimlər hesab edir ki, su qəbulu proseduru zamanı stress vəziyyətindən ən çox qaynar su çıxmağa kömək edir. Bu kortizol hormonunun və orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olan digər maddələrin buraxılmasını azaldır. Bundan başqa üzmək qan dövranını yaxşılaşdırır və əzələlərdəki gərginlikdən yaxa qurtarmağa kömək edir.

Bununla yanaşı alimlər qeyd edir ki, qaynar vannanın daha yaxşı effektivliyi üçün suya tam girmək lazımdır.

Qaynar su prosedurunun orqanizm üçün faydalarını alimlər ilk dəfə deyil ki, aşkar edirlər. Belə ki daha əvvəllər xəbər verilmişdi ki, bədən temperaturunun bir dərəcə belə qalxması arıqlamağa kömək edir: qaynar vannada yarım saat qalmaq 130 kalori sərf etməyə səbəb olur.

Həmçinin qaynar vanna qəbul etdikdən sonra qanda şəkərin səiyyəsi 10% azalır, iltihab xəstəliklərinin yaranması ehtimalı azalır, ürək-damar xəstəliklərinin yaranma riski azalır.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR