Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Ballı banan faydaları

Ballı banan faydaları
Sakura

Ballı banan faydaları

Bananla balın qarışığı çox faydalı bir qarışımdır, çünki hər ikisi bol mineral və vitamin mənbəyidir. Sevilərək həm uşaqlar, həm böyüklər tərəfindən istifadə olunur, qanazlığında mükəmməl bir vasitədir. Bundan başqa hemoqlabin azlığında, cinsi zəiflikdə, zəifliklə bağlı sonsuzluqda, halsızlıqda, imtahan öncəsi stress və yorğunluqda, görmə zəifliyində əla bir vasitədir.

Bu qarışım həmçinin arıqlıqdan əziyyət çəkənlər üçün də çox faydalı olmaqla yanaşı, zəif, arıq uşaqlar üçün faydalı bir qida vasitəsidir. Deməli, gündə 2 dəfə 1 ədəd banan çəngəllə əzilir və üstünə 100 qram bal əlavə olunub yaxşı-yaxşı qarışdırılır, yeməkdən 1 saat əvvəl yeyilir. Əgər çox şirin olsa balı azalda bilərsiniz, bunu çalışın 1 ay yeyəsiniz. Yeməyə başlayandan 3 gün sonra təsirini hiss edəcəksiniz.

Xatırladım ki, hər iki nemət Quranda keçir, bananın güclü bir enerji mənbəyi, balın isə həm enerji, həm də toxumalara qida daşıyıcısı kimi əvəzsiz olduğunu düşünsək onda bu qarışım həqiqətən də mükəmməldir. Qeyd edim  ki, şəkər xəstələri və təzyiqi yüksək olanlar istifadə etməməlidirlər.

Müəllif: Fizuli Hüseynov

Mənbə: fizulihuseynov.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR