Slimfit
  1. MARAQLI

Hər ikisinin eyni olduğunu düşündüyümüz məhsullar

Hər ikisinin eyni olduğunu düşündüyümüz məhsullar
Sakura

Deyirlər dünyada hər şeyi artıq icad edilib. Bununla razılaşmamaq də çətindir, çünki mağazalarda oxşar…

Pepsi və Coca-Cola

                Hamı bilir ki, insanları 2 qrupa ayırmaq olar: Pepsi xoşlayanlar və “Coca-Cola”ya üstünlük verənlər. Təcrübələr göstərdi ki, bu içkilərin dadı bir-birindən tamamilə fərqlidir. Pepsinin daha şirin və sitrus dadı var, eyni zamanda onun rəqibi vanil aromatı ilə fərqlənir.

Onların tərkibi isə demək olar eynidir. Pepsidən fərqli olaraq “Coca-Cola”-nın etiketində tərkibi birbaşa göstərilib, Pepsidə isə müxtəlif “E” adları ilə gizlədilib. Məs: ortofosfor turşusu E338 kimi qeyd olunmuşdur.

                “Coca-Cola”nın dəqiq formulu məlum deyil, ancaq Pepsinin tərkibini istehsalçılar gizlətmir.

                                              

Lay’s və Pringles

                Lay’s və Pringles – daha bir əbədi rəqiblərdir. İstehsalçıların təqdim etdikləri dadlar demək olar eynidir, lakin Lay’s sevənlər praktik olaraq heç vaxt Pringles yemir və əksinə.

                Əslində isə Pringles yalnız 42% kartof tərkiblidir və onun istehsalı üçün maya xəmirdən istifadə olunur. Lay’s İsə - klassik anlayışa uyğun olaraq qızardılmış kartof hissələrindən ibarətdir.

                Lakin istehsalçılar öz məhsullarının tərkibini gizlətmirlər, belə ki biz özümüz dada görə öz seçimimizi edə bilərik.

 

Lipton və Nestea

                Bu iki içkinin mübarizəsi çox məşhur olmasa da Pepsi və Coca-Cola kimi bir baz gərgindir. Dad hər ikisində demək olar eynidir, tərkibi də elə də fərqlənmir – tərkibinə çay konsentrantı, su və şəkər daxildir. Lakin etiketlərə əsasən Nestea qara çayın istehsalı üçün təbii aromatizatorlar, Lipton üçün təbii dada identik olanlardan istifadə olunur.

                Bununla belə Liptonun həvəskarları rəqabətə görə daha çoxdur. Nestea 2018-ci ildən Rusiya daxil olmaqla bir neçə ölkədə fəaliyyətini dayandırmağı planlaşdırır.

               

Orbit və Dirol

                Oxşar tərkib və identik dadlarının olmasına baxmayaraq bu saqqızlar fərqlidir. Məsələ qablaşdırmada da deyil, adi insanlar tərəfindən aparılmış sınaqlar göstərdi ki, Orbitin dadı Diroldan daha çox müddətdə qalır. Yeri gəlmişkən dadlar haqqında: bir araşdırmaya əsasən alıcıların çox hissəsi – 61% nanəli dadlı saqqızlara üstünlük verir.

            Bundan başqa əgər bu saqqızları uzun müddət çeynəsək sonda Orbit çürük bir maddəyə çevrilir, Dirol isə bərk olaraq qalır.

           

 BonAqua və Aqua Minerale

            Qazsız su istehsalı üzrə rəqiblər olan BonAqua və Aqua Minerale şirkətləri arasında fərqlər nədir? İlk baxışdan heç bir fərq olmasa da etiketə əsasən suyun codluluğu iki dəfə fərqlənir: BonAqua-da 3.5 vahiddirsə, bu Aqua Minerale-da 7-dir.

            Lakin bu əsasə fərq deyil. Hər ikisinin üzərindəki etiketləri oxusaq bu su mərkəzləşdirilmiş su mənbəyindən, sadə desək krandan götürülür. Düzdür o bir neçə təmizlənmə mərhələsindən keçir, lakin bu faktı dəyişmir.

 

Burger King və McDonald’s hamburgeri

            İstənilən fastfud restoranı üçün ən məşhur yemək – burgerdir. Lakin ət və balıq kotletli bulkalar eyni adlansa da çox fərlidir. Buna çizburger nümunə ola bilər.

            Burger King-də bulkaya küncüdlü toxumlar səpilir, McDonald’s-da isə yox. Burger King çizburgerləri romantik görüşlər üçün daha çox xoşa gəlir, çünki rəqibin burgerlərindən fərqli olaraq içərisində soğan yoxdur. Energetik dəyərinə gəldikdə isə istehsalçıların saytlarına əsasən McDonald’s çizburgeri 300kkal, Burger King buterbrodu isə 550kkal energetik dəyərə malikdir.

 

Müəllif: Famil Ələkbərov.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR