Slimfit
  1. TEXNOLOGİYA

Samsung təsadüfən işçilərini multimilyoner etdi

Samsung təsadüfən işçilərini multimilyoner etdi
Sakura

Samsung təsadüfən işçilərini multimilyoner etdi

Ens.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Samsung korporasiyasının broker şirkəti işçilərinə təsadüfən 105 milyard dollar dəyərində səhm paylayıb.

Şirkət səhmlərə sahib olan işçilərə hər kağız üçün min von (təxminən 0.94 dollar) dəyərində divident ödəməyi planlaşdırırdı.

Samsung Securities işçilərindən birinin səhvinə görə səhmdarlara dəyəri nəzəri cəhətdən 112,6 trilyon von (təxminən 105 milyard dollar) təşkil edən 2.8 milyard kağız verildi. Bu rəqəm Samsung Securities şirkətinin bazar dəyərini təxminən 30 dəfə üstələyir.

Səhmlərin əldə edilməsindən bir neçə dəqiqə sonra 16 əməkdaş 185 milyon dollardan yuxarı məbləğdə 5 milyon qiymətli kağız satmağı bacardı. Bu 6 aprel tarixində Samsung səhmlərinin bir neçə dəqiqə müddətində 12 faiz düşməsinə gətirib çıxardı.

Cənubi Koreya maliyyə nəzarətçisi Samsung Securities ilə bağlı yoxlamalara başladı. Səhvin günahkarı və səhmləri satanlar işdən kənarlaşdırıldılar.

Bloomberg bu hadisəni “baş barmaq” effekti (treyder təsadüfən yanlış düyməni basanda) adlanan ən böyük hallardan biri hesab edir.

 

Tərcümə: Famil Ələkbərov

Mənbə: Lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR