Slimfit
  1. TEXNOLOGİYA

Samsung Galaxy Note8 flaqmanını rəsmən təqdim etdi

Samsung Galaxy Note8 flaqmanını rəsmən təqdim etdi
Sakura

Samsung Galaxy Note8 flaqmanını rəsmən təqdim etdi

Galaxy Note8 Samsung şirkətinin iki kameralı və şəklin ikiqat optim böyüdülməsinə malik olan ilk smartfonudur.

Smartfon əyilmiş yan kənarlar və sürüşkən korpus əldə edib. Arxa panel şüşədən hazırlanıb, - yanda metallik çərçivəsi var. Korpus IP68 standartı ilə sudan və tozdan qorunur. Galaxy Note8 ilə 1,5 metr dərinliyə və 30 dəqiqədən çox olmayaraq suya batırmaq olar.

Barmaq izi skanerini arxa paneldə kameranın yanında yerləşdiriblər. Həmçinin ön tərəfdə gözün qüzehli qişasının skaneri də var. O qaranlıqda da işləyir.

Note8 seriyasının xüsusi özəlliyi – S Pen qələmidir. Blok olunmuş displeydə qeydlər yaratmaq üçün sadəcə olaraq qələmi çıxarmaq lazımdır. S Pen köməyi ilə sürətlə mətni 70 dilə çevirmək, valyuta və ölçü vahidlərini çevirmək mümkündür.

İki 12 meqapikselli kamera adi obyektivdən və portretçidən ibarətdir ki, onun vasitəsilə şəkli iki dəfə optik yaxınlaşdırmaq mümkündür. Note8 eyni zamanda şəkli hər iki kameradan yaddaşda saxlaya bilir ki, istifadəçi daha sonra daha yaxşı şəkli seçə bilsin. Həmçinin arxa fonun dumanlı (blur) effekti ilə çəkiliş rejimi və çəkilişdən sonra fokus nöqtəsini seçmək imkanı var.

Əsas kameranın hər iki modulu optik stabilləşdirmə əldə edib. Ön kameranın ölçüsü 8 meqapikseldir.

Note8 satışı sentyabrın ortalarına planlaşdırılıb.

Galaxy Note 8 xarakteristikaları:

  • Displey: 2960x1440 pikselli 6,3 dyüm, Super AMOLED
  • Prosessor: 8 nüvəli Exynos 8895
  • Kamera: 12 Mp iki əsas kamera və avtofokuslu 8Mp frontal kamera
  • Yaddaş: 6QB Ram və 64Qb əsas yaddaş
  • Akkumulyator: 3300 mA/s
  • Ölçülər: 162,2x74,8x8,5mm

 

 Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR