Android Oero yenilənməsini ən tez bu smartfonlar əldə edəcək
Bu həftə Google Android O versiyasını təqdim etdi. Peçenyenin şərəfinə adlandırılmış əməliyyat sistemi bu ilin sonuna qədər bir çox istehsalçıların smartfonlarına quraşdırıla biləcək. Lakin onlardan ən tez hansı əldə edəcək?
“Biz partnyorlarımızsa sıx əməkdaşlıq edirik və bu ilin sonuna qədər aparat platformaları istehsalçılarının çoxu – Essential, General Mobile. HMD Global, Huawei, HTC, Kyocera, LG, Motorola, Samsing, Sharp və Sony Android Oreo idarəetməsi altında işləyən yeni cihazlar təqdim etməyə hazırlaşırlar”, - Google nümayəndələri press konfransda söyləyib.
Bu halda vacib dəqiqləşdirmə hansı mövcud cihazların yenilənəcəyi vədidir. Buradan belə çıxır ki, siyahıda adı olan istehsalçılar tezliklə yeniliyi hazırlayacaqlar. Güman edilir ki, Android Oreo-ya yenilənəcək ilk cihaz bu gün təqdim olunacaq Galaxy Note 8 olacaq.
Onun ardınca LG V30 və bütün Nokia smartfonları yeniliyi əldə edəcək. Bu barədə HMD Global nümayəndələri məlumat verib. Maraqlısı budur ki, Google Xiaomi ilə əməkdaşlıq məsələsinin müzakirəsindən yan keçdi. Buradan belə nəticə çıxarmaq olar ki, gələcək Xiaomi Mi MIX 2 yeniliyi gec əldə edəcək.
Müəllif: Famil Ələkbərov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət