Dərc edildi: Baxış sayı: 1581
Qul Əliyə (XIII əsr) məxsus “Qisseyi-Yusif” əsəri
Türkdilli ədəbiyyatda “Yusif və Züleyxa” məzmunlu ilk əsər Qul Əliyə (XIII əsr) məxsus “Qisseyi-Yusif” əsəri
Şərq dünyasında, xüsusən məsnəvi yaradıcılığında öz yüksək yerini
tapmış “Yusif və Züleyxa” süjetinə ən çox türkdilli xalqların ədəbiyyatında müraciət olunmuşdur. Türk ədəbiyyatı tarixi elminə məlum olan belə əsərlərin sayı 50-dən çoxdur
Türkdilli ədəbiyyatda “Yusif və Züleyxa” məzmunlu ilk əsər Qul Əliyə (XIII əsr) məxsus “Qisseyi-Yusif” əsəridir.
“Qisseyi-Yusif” əsərinin qısa məzmunu. Əsər Allahı həmdlə başlanır, daha sonra Peyğəmbər (s.), Hz.Əbu Bəkr (573-634), Hz.Osman (574-656), Hz.Ömər (~585-644), Hz.Əli (601-661), Peyğəmbərin iki nəvəsi və İmam Əbu Hənifənin (699-767) mədhi verilir. Sonra şair Allahdan ilham diləyərək Yusif əhvalatını nəzmə çəkmək istədiyini bildirir
Əlhəmd, şükr həm sipaslar ol Əhədə,
Həm ol mülki-bizəvalə ol Səmədə,
Mülkət içrə bişərikə, ol əhədə,
Anı baqi, həm zülcəlal bildik imdi.
Andın sonra, anın dostı Məhəmmədə,.
Peyğəmbərlər güzidəsi ol Əhmədə
Qabiqovseyn məqamlı ol Məhəmmədə,.
Anın üzrə telim durud olsun imdi
Andın sonra, ol siddiqi – Sahibi – qar
Ğarı içrə Mustafa tutdu anı yar
Yar olmağa gəldilərsə, tutmadı ar,.
Anin sidqi qamulardan artuq imdi.
Andın sonra, [həm ol] Ömər Xəttab oğlı.
Aləm içrə məşhur idi anın ədli,.
Yüz bin ərdən artuqraqdı anın fəzli,.
Dörd bin, dörd yüz məscid bina qılmış imdi
Andın sonra, əziz Osman şəhidi var,.
Anın vəsfin Quran içrə ökdü Cabbar
Zohi, rüfət ota vermiş ana Qəffar,.
Cəmi Quran xətü sözün düzmüş imdi.
Ândın sonra, həşəm güzar Əli Kərrar
Yüz min həzar əskər içrə siyasətvar.
Məşhurligi "La seyfə illa Zülfiqar,.
Lafəta, illa Əli Kərrar imdi. Zülfiqardan
Anın könli düşmüşü iki yigit,.
Din-mürüvvət aykılası iki rəşid,.
Biri Həsən, biri Hüseyn iki şəhid
Şəbab əhli-cənnət anlar olsun imdi
Andın sonra, ol ixtiyar ərənlərə,.
Heq Həbibi Mustafanı görənlərə,.
Heç əksiksiz otuz üç min ərənlərə,.
Barçasına müqtəda bulalım imdi.
Andın sonra, xüləfayi - Rəşdinlərə,.
Üləmai-şühəda ol tabeinlərə,.
Övliyai-ətqiya həm irənlərə,.
Cümləsindən xaliq razı olsun imdi.
Andın sonra, bir ər qobmış elm kani,.
Anın birlə müzəyyən bu islam dini,.
Zahir-əyan bilürmüsiz sizlər anı.
Sabit oğlı Neman ana derlər imdi.
Sabit oğlı Neman Əbu Hənifənin adıdır.
Əlyazmalar instutu “Qisseyi-Yusif” poemasının bu surətini 2019 cu ildə əldə edib. Bu nüsxə 1832-ci ildə Sankt-Peterburqda daha qədim bir əlyazmadan köçürülüb. Poemanın digər nüsxələri ilə müqayisədə daha mükəmməl olan bu əlyazma 5028 misradan ibarətdir.
Qeyd: F.Köprülüyə (1890-1966) görə, Əli hənəfi məzhəbindən olmuş, farsdilli ədəbiyyatdan o qədər də xəbəri olmamışdır və əsərində gözə çarpan “yeganə ədəbi təsir Xacə Əhməd Yəsəvi və təqibçilərinin tanınmış “Hikmət” tərzidir”
Köprülü, Fuad. Türk edebiyatı tarihi. İstanbul: Ötüken Neşriyat, 1980, 235s.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət