Slimfit
  1. DÜNYA

Trampın reytinqi rekord həddə düşüb

Trampın reytinqi rekord həddə düşüb
Sakura

Trampın reytinqi rekord həddə düşüb

ABŞ Prezidenti Donald Trampın fəaliyyəti ilə bağlı reytinqi Ağ Evə qayıtdığı vaxtdan bəri ən aşağı səviyyəyə çatıb.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,"Ipsos" xidmətinin "Reuters" üçün keçirdiyi sorğuların nəticələrinə əsasən, bu gün amerikalıların yalnız 42%-i respublikaçının hazırkı siyasətini dəstəkləyir, 53%-i isə onun fəaliyyətindən narazılıq ifadə edir.

Analitiklərin fikrincə, reytinqin azalması həddindən artıq liberal elan edilmiş universitetlərə münasibətdə Tramp administrasiyasının son qərarları ilə də bağlı ola bilər. Xüsusilə, aprel ayında ABŞ-nin Təhsil Nazirliyi Harvard Universitetinə 2.2 milyard dollar məbləğində qrantları və 60 milyon dollar məbləğində uzunmüddətli müqavilələri dondurub.

 

 

Bundan əlavə, sorğuda iştirak edənlərin əksəriyyəti - 59% - hesab edir ki, ABŞ dünya arenasında təsirini itirir. Həmçinin, sorğu iştirakçılarının dörddəüçü Donald Trampın 2028-ci ildə üçüncü prezidentlik müddətinə namizədliyinin irəli sürülməsinə qarşıdır. 16-21 aprel tarixlərində keçirilən sorğuda 4.3 mindən çox amerikalı iştirak edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gözəl süni şəlalə

Redaktor seçimi

SON XƏBƏRLƏR