Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qadınların gündəlik qida rasionu üçün ən sağlam 10 qida secilib

Qadınların gündəlik qida rasionu üçün ən sağlam 10 qida secilib
Sakura

Qadınların gündəlik qida rasionu üçün ən sağlam 10 qida secilib

Mütəxəssislər tərəfindən seçilən məhsullar arasında təzə meyvə və tərəvəz, bütün dənli bitkilər, süd, qoz-fındıq, paxlalar və s. yer alir.

Ens.az-ın məlumatına görə, qidalanma mütəxəssisləri qadınların gündəlik qidası üçün ən sağlam məhsullari seciblər.  Onların tövsiyələri Times Now portalında verilib.

Dietoloqlarin  tərtib etdiyi siyahıya bunlar  daxildir:

Təzə, dondurulmuş, mövsümi meyvə və tərəvəz - immunitet sistemini gücləndirən vitaminlər və antioksidanlar mənbəyidir.

Bütün taxıl, dənli bitkilər - çəkini tənzimləməyə kömək edən kompleks karbohidratların tədarükçüləridir.

Süd.  Kalsiumun mühüm mənbəyi olmaqla bəzi qadınların orqanizmində osteoporoz riskini azaldır.

Kəsmik.  Qadın orqanizmində həzm sistemini təmizləməyə kömək edən təbii bir probiotik olaraq işləyir.

Fındıq. Qadin vücudunda xolesterini yaxşılaşdırır və ürək sağlamlığını dəstəkləyən omega-3 yağ turşuları ilə təmin edir.

Paxlalı bitkilər.  Onlar qadınların rifahını yaxşılaşdıran əla bir protein mənbəyi, minerallar və vitaminlərdir.

Soya.  Qadın sağlamlığı üçün onların üstünlüyü hormonal xərçəngdən qoruyan antioksidanların, izoflavonların çox olmasıdır.

Əridilmiş kərə yağı.  Kalsium, D vitamini kimi həyati elementlərlə bədəni təmin edir. Qadınların sağlam dəri və sümükləri qorumaq üçün keyfiyyətli yağlardan istifade etməsi vacibdir.

Balıq.  Bu məhsul ürək-damar sistemi üçün bir çox faydası olan omega-3 yağ turşularının ən zəngin mənbəyidir.

Su. Kökəlməyə gətirib çıxaran bəzi kalorili içkikərin əla alternativi olmaqla ən yaxşı içki ünvanına sahibdir.

Mənbə: www.medikforum.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR