Slimfit
  1. MARAQLI

Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir

Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir
Sakura

Qadınlar mobil oyunlara kişilərdən daha çox pul xərcləyir

“DeltaDNA” analitik şirkəti müəyyən edib ki, mobil oyunların tərtibatçıları üçün qadın auditoriyasını cəlb etmək daha sərfəlidir. 

İKT.lent.az-ın Life.ru saytına istinadən məlumatına görə, kişilərlə müqayisədə onlar bu cür oyunlarla daha çox maraqlanırlar. 

Şirkətin məlumatına əsasən, “Android” sahibləri arasında qadınların təxminən 34 faizi müəyyən dərəcədə bahalı, yəni qiyməti 300 dollardan başlayan smartfonlardan istifadə edir. Kişilər arasında isə bu göstərici 27 faiz təşkil edib. Öz növbəsində “iPhone”dan qadınların 21 faizi, kişilərin isə 15 faizi istifadə edir. Analitiklər belə bir nəticəyə gəliblər ki, mobil oyunlara qadınlar daha çox pul xərcləyir. 

“DeltaDNA”-nın məlumatına əsasən, qadınların 4,5 faizi, kişilərin isə 3,3 faizi pul xərcləyənlərdir. Nəticədə qadınlar orta hesabla 1,57 dollar, kişilər isə 1,09 dollar sərf edirlər. Bu hesablamalara əsasən, qadınlar mobil tərtibatçılar üçün 44 faiz daha dəyərlidir. 
 
Analitiklər belə nəticəyə gəliblər ki, qadınlar daha çox düşündürücü və kazino stilində olan oyunlarla maraqlanırlar. Strategiya və döyüş oyunlarına onlar daha laqeyd yanaşırlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR