Slimfit
  1. AZƏRBAYCAN

Xalqın ruhunu yaşadan irs xəzinəsi

Xalqın ruhunu yaşadan irs xəzinəsi
Sakura

Xalqın ruhunu yaşadan irs xəzinəsi

Azərbaycan xalqının əsrlərin yaşıdı olan yaradıcılıq inciləri, qədim və zəngin qeyri-maddi mədəniyyət nümunələrimiz bu gün dünya irs xəzinəsində layiqli yer tutur. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan Azərbaycan aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənətimiz, tar ifaçılığı, kəlağayı sənəti, Lahıc misgərlik sənəti bəşəri dəyər qazanıb.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsində təcrübələri nəzərə alınmaqla, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, təbliği və təşviqi istiqamətində aparılan çoxsaylı layihələr həyata keçirilir. 2010-cu ildən reallaşdırılan “Xalq Yaradıcılığı Paytaxtları” proqramı bu sırada xüsusi yer tutur.
Azərbaycan aşıq sənətinin qorunub saxlanılması, tanıdılması və təbliğ edilməsi, gənc nəslin aşıq sənətinə olan marağının yüksəldilməsi məqsədilə nazirlik tərəfindən Heydər Əliyev Fondunun və Azərbaycan Aşıqlar Birliyinin iştirakı ilə 2010 və 2014-cü illərdə beynəlxalq aşıq festivalları keçirilib. Festivalda Azərbaycan aşıqları ilə birlikdə Türkiyə, İran, Gürcüstan (Borçalı), Rusiya (Dağıstan), Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan aşıq və ozanları da iştirak ediblər. 2010-cu ildə Bakı və Şəki şəhərlərində TÜRKSOY təşkilatının “Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması” mövzusunda III beynəlxalq seminarı keçirilib.
Son illər ölkəmizdə qədim tarixə malik atçılıq ənənələrinin bərpasına da xüsusi diqqət göstərilir. Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə 2006-cı ildə Şəki Atçılıq Turizm Mərkəzinin və 2007-ci ildə onun əsasında Respublika Atçılıq Turizm Mərkəzinin yaradılması çövkən və digər milli atüstü oyunların bərpasına zəmin yaradıb. 2013-cü ildə çövkən - Qarabağ atüstü oyun ənənəsinin UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi Azərbaycan xalqının bu zəngin irsini bir daha dünyaya tanıdıb.
2006-cı ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Respublika Atçılıq Turizm Mərkəzində Prezident Kuboku uğrunda çövkən milli oyunu (dekabr) və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Atüstü Oyunlar Festivalı (may) keçirilir. Ötən 10 il ərzində tədbirlərdə iştirak edən komandaların sayı 3 dəfə artaraq 8-dən 24-ə çatıb.
Əgər 2006-cı ildə yalnız çövkən milli oyunu üzrə yarış keçirilirdisə, 2015-ci ildə artıq sürpapaq, papaq, baharbənd, yaylıq və güc sınağı kimi xalqımızın qədim milli atüstü oyunları üzrə də yarışlar təşkil edilib. Bütün bu tədbirlər xalqın milli yaddaşının təzələnməsi, qəhrəmanlıq tarixinin könüllərə hopması və ən əsası tarixə ehtiramın əyani sübutudur.

Mənbə: medeniyyet.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR